Bu hissələrin hər biri
piroqun sahəsinin 1/4-nə bərabərdir?
Burada bir piroq verilmişdir.
O, 1, 2, 3, 4 hissəyə bölünmüşdür.
Piroq 4 hissəyə bölünüb.
Bunların hər biri piroqun 1/4 hissəsinə
bərabərdir?
1/4 hissə dedikdə nə nəzərdə
tutulduğunu
aydınlaşdırmağa çalışaq.
Surətdə yazılan 1,
hissələrin sayını göstərir.
Burada bir hissə var.
Piroqun bir hissəsi.
Məxrəcdə yazılan 4 isə
bərabər ölçülərin sayını göstərir.
Bərabər
ölçülü
hissələr.
Burada 4 bərabər hissə var.
Sual belədir:
Bu hissələrin hər biri 1/4-ə
bərabərdir?
Piroqa nəzər salın.
Gördüyünüz kimi
kənarda yerləşən bu hissələr
ortada yerləşən hissələrə nəzərən
daha kiçikdir.
Piroq sevirsinizsə,
bu hissələr sizə kifayət etməyəcək.
Çünki onlar kiçikdir.
Hissələr bərabər deyil.
Bunlar 4 hissədən biridir.
Lakin 4 hissə bir-birinə
bərabər deyil.
Odur ki, bu, 1/4 deyil.
Cavabı tapdıq.
Cavab xeyrdir.
Hər bir hissə piroqun
1/4 hissəsinə bərabər deyil.