Bu hissələrin hər biri piroqun sahəsinin 1/4-nə bərabərdir? Burada bir piroq verilmişdir. O, 1, 2, 3, 4 hissəyə bölünmüşdür. Piroq 4 hissəyə bölünüb. Bunların hər biri piroqun 1/4 hissəsinə bərabərdir? 1/4 hissə dedikdə nə nəzərdə tutulduğunu aydınlaşdırmağa çalışaq. Surətdə yazılan 1, hissələrin sayını göstərir. Burada bir hissə var. Piroqun bir hissəsi. Məxrəcdə yazılan 4 isə bərabər ölçülərin sayını göstərir. Bərabər ölçülü hissələr. Burada 4 bərabər hissə var. Sual belədir: Bu hissələrin hər biri 1/4-ə bərabərdir? Piroqa nəzər salın. Gördüyünüz kimi kənarda yerləşən bu hissələr ortada yerləşən hissələrə nəzərən daha kiçikdir. Piroq sevirsinizsə, bu hissələr sizə kifayət etməyəcək. Çünki onlar kiçikdir. Hissələr bərabər deyil. Bunlar 4 hissədən biridir. Lakin 4 hissə bir-birinə bərabər deyil. Odur ki, bu, 1/4 deyil. Cavabı tapdıq. Cavab xeyrdir. Hər bir hissə piroqun 1/4 hissəsinə bərabər deyil.