gördüyünüz cədvəl 1860-1900-cü illərdə ABŞ-nin 4 şəhərindəki əhali artımını göstərir
1860-cı ildə yəni vətəndaş müharibəsindən əvvəl ny abş-nin ən böyük şəhəri olmasına baxmayaraq əhali sayı bir milyondan çox deyildi
əslində bütün ölkədə bu qədər əhaliyə sahib şəhər yox idi desək daha doğru olar
bu vəziyyəti 40 il sonrakı artıq mlyon nəfəri keçmiş üç şəhər və 3.5 milyon əhalisi olan ny ilə müqayisə edə bilərik
çikaqonun əhali artımı isə daha kəskin idi: belə ki 1860-cı ildə yalnız yüz min əhaliyə sahib olan şəhər 1900-cü illərdə 17 dəfə artır və 1.7 milyon olur
ənənəvi olaraq amerikalılar əsasən kənd həyatı sürüblər
ancaq XVIII əsrdən başlayaq urbanizasiyaya meyil artdı.
1920-ci ildən etibarən şəhər əhalisinin sayı kənd əhalisinin sayını ötüb keçdi
bu gün isə amerikalıların təxminən 80%-i şəhərlərdə yaşayır
bəs vətəndaş müharibəsindən sonra baş verən bu artımın əsas səbəbi nə idi
əsas səbəblər sənayeləşmə immiqrasiya və miqrasiya idi
bu vaxta qədər bu üç məsələ haqqında danışmışıq
birinci sənaye inqilabının ixtiralarından tutmuş 1840-cı illərdə alman və irland immiqramtların amerikalılarla birgı qərbə doğru köçünə qədər
bu üç anlayış yeni anlayışlar deyildilər abş cəmiyyətində
ancaq hər biri müxtəlif şəkildə şəhərlərin inkişafına təsir göstərirlər
dəyişən amillərdən biri insanlar gördüyü işlər idi
qızıla bürünmüş dövrdə amerika əmək bazarında dönüş nöqtəsi baş verir
1880-ci ildə müəyyən maaş qarşılığında sahibkarlar üçün çalışan insanların sayı
fermerlər kimi öz işinə özü qərar verən və heç kəsdən asılıığı olmayan işçilərin sayını keçdi
vətəndaş müharibəsindən sonra baş verən ikinci sənaye imqilabı dövründə
sənaye istehsalı özünün pik inkişag nöqtəsinəçatdı
məsələn çoxlu sayda fabrik zavod işləri vardı və onların əksəriyyəti də heç bir xüsusi bacarıq tələb etməyən işlər olduğundan işçilər işə başlamazdan əvvəl heç bir xüsusi məşğələ keçmirdilər
qısası pzünü idarə edən ferma işindən sahibkarlar üçün görülən zavod işlərinə jəskin keçid müşahidə olunur
digər bir dəyişiklik immiqrant və miqrantların milliyəti ilə bağlıdır.
1840-cı ilə qədər abş-yə köçən immiqrantlar əsasən avropanın şimal və qərbindən gələn protestantlar idilər hansı ki maliyyə cəhətdən yaxşı vəziyyətdə idilər
vətəndaş müharibəsindən sonra abş-də mövcud olan iş imkanları isə müxtəif immiqrantları cəlb edir ölkəyə
bu yeni immiqrantlar əsasən cənubi və şərqi avropadan meksikadan asiyadan idilər
bu insanlar əvvəlki immiqrantlardan özlərinin dəri rənginə maliyyə cəhətdən çox aşağı səviyyəli olmalarına və katolik yaxud yəhudi olmalarına görə fərqlənirdilər
əlavə olaraq afroamerikalılar da cənubdan şimal və orta qərb şəhərlərinə öçməyə başladılar
bütün bu immiqrant və miqrantlar böyük işçi qüvvəsi demək idi
bəs nəyə görə bütün bu insanlar şəhərə köçürdülər
gəlin iki cür faktorlara nəzər salaq
birinci faktorlar insanları öz yaşayış yerlərini tərk etməyə məcbur edən amillərdir
birinci səbəb kasıblıq və maliyyə durumunun yaxşı olmaması idi
məsələn kənd təsərrüfatının maşınlaşdırılması fermerlərə heç də müsbət təsir etmir
şəhərlərə köçən əhalinin təxminən 3/1 hissəi sənaye işləri üçün şəhərlərə üz tutan amerikalılar idi
digər bir faktor diskriminasiya və təqib idi
məəslən rusiya hökuməti bu dövrdə yəhudilərə qarşı dözülməzliyi artırır və avropada etnik təmizləmə həyata keçirir
cənubi amerikada cim krou qanunlarının yaranması və afroamerikalılara qarşı linçin çoxalması onları vadar edir ki yaşadıqları yerləri tərk etsinlər
bəs pull fakotrlar nələridi
çətin vəziyyətdə olan immiqrantların bir çoxu başqa yerə getmək üçün pula sahib deyildi
ona görə gələndən sonra getmədilər
əsas səbəb isə işlərin məhz şəhərlərdə olması idi