gördüyünüz cədvəl 1860-1900-cü illərdə ABŞ-nin 4 şəhərindəki əhali artımını göstərir 1860-cı ildə yəni vətəndaş müharibəsindən əvvəl ny abş-nin ən böyük şəhəri olmasına baxmayaraq əhali sayı bir milyondan çox deyildi əslində bütün ölkədə bu qədər əhaliyə sahib şəhər yox idi desək daha doğru olar bu vəziyyəti 40 il sonrakı artıq mlyon nəfəri keçmiş üç şəhər və 3.5 milyon əhalisi olan ny ilə müqayisə edə bilərik çikaqonun əhali artımı isə daha kəskin idi: belə ki 1860-cı ildə yalnız yüz min əhaliyə sahib olan şəhər 1900-cü illərdə 17 dəfə artır və 1.7 milyon olur ənənəvi olaraq amerikalılar əsasən kənd həyatı sürüblər ancaq XVIII əsrdən başlayaq urbanizasiyaya meyil artdı. 1920-ci ildən etibarən şəhər əhalisinin sayı kənd əhalisinin sayını ötüb keçdi bu gün isə amerikalıların təxminən 80%-i şəhərlərdə yaşayır bəs vətəndaş müharibəsindən sonra baş verən bu artımın əsas səbəbi nə idi əsas səbəblər sənayeləşmə immiqrasiya və miqrasiya idi bu vaxta qədər bu üç məsələ haqqında danışmışıq birinci sənaye inqilabının ixtiralarından tutmuş 1840-cı illərdə alman və irland immiqramtların amerikalılarla birgı qərbə doğru köçünə qədər bu üç anlayış yeni anlayışlar deyildilər abş cəmiyyətində ancaq hər biri müxtəlif şəkildə şəhərlərin inkişafına təsir göstərirlər dəyişən amillərdən biri insanlar gördüyü işlər idi qızıla bürünmüş dövrdə amerika əmək bazarında dönüş nöqtəsi baş verir 1880-ci ildə müəyyən maaş qarşılığında sahibkarlar üçün çalışan insanların sayı fermerlər kimi öz işinə özü qərar verən və heç kəsdən asılıığı olmayan işçilərin sayını keçdi vətəndaş müharibəsindən sonra baş verən ikinci sənaye imqilabı dövründə sənaye istehsalı özünün pik inkişag nöqtəsinəçatdı məsələn çoxlu sayda fabrik zavod işləri vardı və onların əksəriyyəti də heç bir xüsusi bacarıq tələb etməyən işlər olduğundan işçilər işə başlamazdan əvvəl heç bir xüsusi məşğələ keçmirdilər qısası pzünü idarə edən ferma işindən sahibkarlar üçün görülən zavod işlərinə jəskin keçid müşahidə olunur digər bir dəyişiklik immiqrant və miqrantların milliyəti ilə bağlıdır. 1840-cı ilə qədər abş-yə köçən immiqrantlar əsasən avropanın şimal və qərbindən gələn protestantlar idilər hansı ki maliyyə cəhətdən yaxşı vəziyyətdə idilər vətəndaş müharibəsindən sonra abş-də mövcud olan iş imkanları isə müxtəif immiqrantları cəlb edir ölkəyə bu yeni immiqrantlar əsasən cənubi və şərqi avropadan meksikadan asiyadan idilər bu insanlar əvvəlki immiqrantlardan özlərinin dəri rənginə maliyyə cəhətdən çox aşağı səviyyəli olmalarına və katolik yaxud yəhudi olmalarına görə fərqlənirdilər əlavə olaraq afroamerikalılar da cənubdan şimal və orta qərb şəhərlərinə öçməyə başladılar bütün bu immiqrant və miqrantlar böyük işçi qüvvəsi demək idi bəs nəyə görə bütün bu insanlar şəhərə köçürdülər gəlin iki cür faktorlara nəzər salaq birinci faktorlar insanları öz yaşayış yerlərini tərk etməyə məcbur edən amillərdir birinci səbəb kasıblıq və maliyyə durumunun yaxşı olmaması idi məsələn kənd təsərrüfatının maşınlaşdırılması fermerlərə heç də müsbət təsir etmir şəhərlərə köçən əhalinin təxminən 3/1 hissəi sənaye işləri üçün şəhərlərə üz tutan amerikalılar idi digər bir faktor diskriminasiya və təqib idi məəslən rusiya hökuməti bu dövrdə yəhudilərə qarşı dözülməzliyi artırır və avropada etnik təmizləmə həyata keçirir cənubi amerikada cim krou qanunlarının yaranması və afroamerikalılara qarşı linçin çoxalması onları vadar edir ki yaşadıqları yerləri tərk etsinlər bəs pull fakotrlar nələridi çətin vəziyyətdə olan immiqrantların bir çoxu başqa yerə getmək üçün pula sahib deyildi ona görə gələndən sonra getmədilər əsas səbəb isə işlərin məhz şəhərlərdə olması idi