gördüyünüz cədvəl 1860-1900-cü illərdə ABŞ-nin 4 şəhərindəki əhali artımını göstərir
1860-cı ildə yəni vətəndaş müharibəsindən əvvəl ny abş-nin ən böyük şəhəri olmasına baxmayaraq əhali sayı bir milyondan çox deyildi
əslində bütün ölkədə bu qədər əhaliyə sahib şəhər yox idi desək daha doğru olar
bu vəziyyəti 40 il sonrakı artıq mlyon nəfəri keçmiş üç şəhər və 3.5 milyon əhalisi olan ny ilə müqayisə edə bilərik
çikaqonun əhali artımı isə daha kəskin idi: belə ki 1860-cı ildə yalnız yüz min əhaliyə sahib olan şəhər 1900-cü illərdə 17 dəfə artır və 1.7 milyon olur
ənənəvi olaraq amerikalılar əsasən kənd həyatı sürüblər
ancaq XVIII əsrdən başlayaq urbanizasiyaya meyil artdı.
1920-ci ildən etibarən şəhər əhalisinin sayı kənd əhalisinin sayını ötüb keçdi
bu gün isə amerikalıların təxminən 80%-i şəhərlərdə yaşayır
bəs vətəndaş müharibəsindən sonra baş verən bu artımın əsas səbəbi nə idi
əsas səbəblər sənayeləşmə immiqrasiya və miqrasiya idi
bu vaxta qədər bu üç məsələ haqqında danışmışıq
birinci sənaye inqilabının ixtiralarından tutmuş 1840-cı illərdə alman və irland immiqramtların amerikalılarla birgı qərbə doğru köçünə qədər
bu üç anlayış yeni anlayışlar deyildilər abş cəmiyyətində
ancaq hər biri müxtəlif şəkildə şəhərlərin inkişafına təsir göstərirlər
dəyişən amillərdən biri insanlar gördüyü işlər idi
qızıla bürünmüş dövrdə amerika əmək bazarında dönüş nöqtəsi baş verir
1880-ci ildə müəyyən maaş qarşılığında sahibkarlar üçün çalışan insanların sayı
fermerlər kimi öz işinə özü qərar verən və heç kəsdən asılıığı olmayan işçilərin sayını keçdi
vətəndaş müharibəsindən sonra baş verən ikinci sənaye imqilabı dövründə
sənaye istehsalı özünün pik inkişag nöqtəsinəçatdı
məsələn çoxlu sayda fabrik zavod işləri vardı və onların əksəriyyəti də heç bir xüsusi bacarıq tələb etməyən işlər olduğundan işçilər işə başlamazdan əvvəl heç bir xüsusi məşğələ keçmirdilər
qısası pzünü idarə edən ferma işindən sahibkarlar üçün görülən zavod işlərinə jəskin keçid müşahidə olunur
digər bir dəyişiklik immiqrant və miqrantların milliyəti ilə bağlıdır.
1840-cı ilə qədər abş-yə köçən immiqrantlar əsasən avropanın şimal və qərbindən gələn protestantlar idilər hansı ki maliyyə cəhətdən yaxşı vəziyyətdə idilər
vətəndaş müharibəsindən sonra abş-də mövcud olan iş imkanları isə müxtəif immiqrantları cəlb edir ölkəyə
bu yeni immiqrantlar əsasən cənubi və şərqi avropadan meksikadan asiyadan idilər
bu insanlar əvvəlki immiqrantlardan özlərinin dəri rənginə maliyyə cəhətdən çox aşağı səviyyəli olmalarına və katolik yaxud yəhudi olmalarına görə fərqlənirdilər
əlavə olaraq afroamerikalılar da cənubdan şimal və orta qərb şəhərlərinə öçməyə başladılar
bütün bu immiqrant və miqrantlar böyük işçi qüvvəsi demək idi
bəs nəyə görə bütün bu insanlar şəhərə köçürdülər
gəlin iki cür faktorlara nəzər salaq
birinci faktorlar insanları öz yaşayış yerlərini tərk etməyə məcbur edən amillərdir
birinci səbəb kasıblıq və maliyyə durumunun yaxşı olmaması idi
məsələn kənd təsərrüfatının maşınlaşdırılması fermerlərə heç də müsbət təsir etmir
şəhərlərə köçən əhalinin təxminən 3/1 hissəi sənaye işləri üçün şəhərlərə üz tutan amerikalılar idi
digər bir faktor diskriminasiya və təqib idi
məəslən rusiya hökuməti bu dövrdə yəhudilərə qarşı dözülməzliyi artırır və avropada etnik təmizləmə həyata keçirir
cənubi amerikada cim krou qanunlarının yaranması və afroamerikalılara qarşı linçin çoxalması onları vadar edir ki yaşadıqları yerləri tərk etsinlər
bəs pull fakotrlar nələridi
çətin vəziyyətdə olan immiqrantların bir çoxu başqa yerə getmək üçün pula sahib deyildi
ona görə gələndən sonra getmədilər
əsas səbəb isə işlərin məhz şəhərlərdə olması idi
buxar gücü və elektriləşdirmənin inkişafı ilə fabrik-zavodlar artıq su yoluna yaxın yerləşmli deyildilər
başqa sözlə şəhərlər sənaye mərkəzlərinə çevrildilər
hər şəhər əsasən bir sahə üzrə inkişf edirdi. məsələnə pitsburq polad üzrə çikaqo ət qablaşdırması nyu york isə geyim sahəsi üzrə
hətta şəhərlərdə artıq dəstək cəmiyyətləri də yaranmışdı
ilk immiqrantlar öz ailələrinə köçmək və çalışmaq barədə kömək edərək onlara həm pul göndərir həm də məlumat ötürə bilərdilər
bu şəhərlərdə qonşuluğun inkişafına səbəb oldu eyni keçmişə sahib insanlar eyni dildə danışır eyni yeməkləri yeyir və bir-birlərinə kömək edirdilər
bu etnik anklavlarda insanlar qəzet ala bilir hətta öz dillərində teatr tamaşalarına baxa bilirdilər
indi isə gəlin bu dövrdə amerikada immiqrasiya etmiş iki şəxsin dilindən parçalara baxaq
bunlardan birincisi lii çudur
1880-ci ildə 16 yaşında çindən san fransiskoya köçmüşdü
o yazırdı
çinlilərin təcrid aktı qəbul olunmamışdı ki mən san fransiskoya gəldim
yarı ac idim çünki bu əcnəbi xalqın yeməklərini yeməkdən çəkinirdim
ancaq bir neçə gün çinlilər üçün ayrılmış sığınacaqda qaldıqdan sonra özümə gəldim
bir nəfər mənə bir amerikalı ailədə qulluqçu işi tapdı
bu ailə üçün çalışmağa başlayanda ingilis dilində bircə dənə belə söz bilmirdim
ev işlərindən də başım çıxmırdı
ev sahibəsinin nə dediyini başa düşmürdüm
amma o mənə bişirmək yumaq ütüləmək süpürmək toz almaq yataqları toplamaq qab yumaq pəncərə silmək boyamaq bıçaq və çəngəlləri parlatmaq və s öyrətdi
6 ay içində artıq hər şeyi bacarırdım
həftəyə 5 dollar qazanır və onun 4 dollar 25 sentini kənara qoya bilirdim
bir qədər ingilis dili də öyrənmişdim
ailəmə pul da göndərirdim
yaxşı geyinməyimə zövqlə yaşamağıma tez-tez çin teatrına getməyimə və çin qəsəbəsində nahar yığıncaqlarına getməyimə baxmayaraq ilk 6 ayda artıq 50 dollar yığa blmişdim
ikinci məktub meri entindəndir
bu gün belarus olaraq tanınan ölkədən bostona 1894-cüildə 13 yaşında köçür
o deyir
ilk yeməyimiz çox fərqli bir dərs idi sanki
atam əsasən üstündə müxtəlif yazılar olan konserv qablarından yeməklər hazırlayırdı
o bizə qəribə sürüşkən bir meyvə göstərmişdi hansı ki banandır
ancaq həmin an bundan vaz keçmişdi
ikinci günümüzdə qarşıdan bir balaca qız gəlib bizə məktəbi gəzdirməyi təklif etdi
atam istəmədi amma biz 5 nəfər də bir neçə ingiliscə söz bilirdik cəmisi
məktəb sözünü bilirdik
və onu başa düşdük
bizi dünənə qədər görməmiş bizdən heç də yaxşı tərzə geyinməmiş və adlarımızı belə tələffüz edə bilməyən bu uşaq bizə bostonun məktəb azadlığını təklif edirdi
biz məcbur olduq dükanları gəzək və təpədən dırnağa qədər amerika paltarları geyindik
dəmir peçin sirlərini çitiləmə taxtasını danışma borusunu və ən önəmlisi ingilis dilini öyrənməli idik
xor görülən köhnə paltarlarımızla yanaşı yəhudi adlarımızı da geridə qoyduq
amerikada birneçə il yaşadıqdan sonra dostlarımızın bir komitəsi bizim üçün amerikalı adları uydurdu
bəs siz lii çu və meri entinin yaşadıqları arasında hansı bənzərlikləri görürsünüz
sizcə nəyə görə amerikaya köçdülər
və sizcə həyatları irəliləyən illərdə necə idi