gördüyünüz cədvəl 1860-1900-cü illərdə ABŞ-nin 4 şəhərindəki əhali artımını göstərir 1860-cı ildə yəni vətəndaş müharibəsindən əvvəl ny abş-nin ən böyük şəhəri olmasına baxmayaraq əhali sayı bir milyondan çox deyildi əslində bütün ölkədə bu qədər əhaliyə sahib şəhər yox idi desək daha doğru olar bu vəziyyəti 40 il sonrakı artıq mlyon nəfəri keçmiş üç şəhər və 3.5 milyon əhalisi olan ny ilə müqayisə edə bilərik çikaqonun əhali artımı isə daha kəskin idi: belə ki 1860-cı ildə yalnız yüz min əhaliyə sahib olan şəhər 1900-cü illərdə 17 dəfə artır və 1.7 milyon olur ənənəvi olaraq amerikalılar əsasən kənd həyatı sürüblər ancaq XVIII əsrdən başlayaq urbanizasiyaya meyil artdı. 1920-ci ildən etibarən şəhər əhalisinin sayı kənd əhalisinin sayını ötüb keçdi bu gün isə amerikalıların təxminən 80%-i şəhərlərdə yaşayır bəs vətəndaş müharibəsindən sonra baş verən bu artımın əsas səbəbi nə idi əsas səbəblər sənayeləşmə immiqrasiya və miqrasiya idi bu vaxta qədər bu üç məsələ haqqında danışmışıq birinci sənaye inqilabının ixtiralarından tutmuş 1840-cı illərdə alman və irland immiqramtların amerikalılarla birgı qərbə doğru köçünə qədər bu üç anlayış yeni anlayışlar deyildilər abş cəmiyyətində ancaq hər biri müxtəlif şəkildə şəhərlərin inkişafına təsir göstərirlər dəyişən amillərdən biri insanlar gördüyü işlər idi qızıla bürünmüş dövrdə amerika əmək bazarında dönüş nöqtəsi baş verir 1880-ci ildə müəyyən maaş qarşılığında sahibkarlar üçün çalışan insanların sayı fermerlər kimi öz işinə özü qərar verən və heç kəsdən asılıığı olmayan işçilərin sayını keçdi vətəndaş müharibəsindən sonra baş verən ikinci sənaye imqilabı dövründə sənaye istehsalı özünün pik inkişag nöqtəsinəçatdı məsələn çoxlu sayda fabrik zavod işləri vardı və onların əksəriyyəti də heç bir xüsusi bacarıq tələb etməyən işlər olduğundan işçilər işə başlamazdan əvvəl heç bir xüsusi məşğələ keçmirdilər qısası pzünü idarə edən ferma işindən sahibkarlar üçün görülən zavod işlərinə jəskin keçid müşahidə olunur digər bir dəyişiklik immiqrant və miqrantların milliyəti ilə bağlıdır. 1840-cı ilə qədər abş-yə köçən immiqrantlar əsasən avropanın şimal və qərbindən gələn protestantlar idilər hansı ki maliyyə cəhətdən yaxşı vəziyyətdə idilər vətəndaş müharibəsindən sonra abş-də mövcud olan iş imkanları isə müxtəif immiqrantları cəlb edir ölkəyə bu yeni immiqrantlar əsasən cənubi və şərqi avropadan meksikadan asiyadan idilər bu insanlar əvvəlki immiqrantlardan özlərinin dəri rənginə maliyyə cəhətdən çox aşağı səviyyəli olmalarına və katolik yaxud yəhudi olmalarına görə fərqlənirdilər əlavə olaraq afroamerikalılar da cənubdan şimal və orta qərb şəhərlərinə öçməyə başladılar bütün bu immiqrant və miqrantlar böyük işçi qüvvəsi demək idi bəs nəyə görə bütün bu insanlar şəhərə köçürdülər gəlin iki cür faktorlara nəzər salaq birinci faktorlar insanları öz yaşayış yerlərini tərk etməyə məcbur edən amillərdir birinci səbəb kasıblıq və maliyyə durumunun yaxşı olmaması idi məsələn kənd təsərrüfatının maşınlaşdırılması fermerlərə heç də müsbət təsir etmir şəhərlərə köçən əhalinin təxminən 3/1 hissəi sənaye işləri üçün şəhərlərə üz tutan amerikalılar idi digər bir faktor diskriminasiya və təqib idi məəslən rusiya hökuməti bu dövrdə yəhudilərə qarşı dözülməzliyi artırır və avropada etnik təmizləmə həyata keçirir cənubi amerikada cim krou qanunlarının yaranması və afroamerikalılara qarşı linçin çoxalması onları vadar edir ki yaşadıqları yerləri tərk etsinlər bəs pull fakotrlar nələridi çətin vəziyyətdə olan immiqrantların bir çoxu başqa yerə getmək üçün pula sahib deyildi ona görə gələndən sonra getmədilər əsas səbəb isə işlərin məhz şəhərlərdə olması idi buxar gücü və elektriləşdirmənin inkişafı ilə fabrik-zavodlar artıq su yoluna yaxın yerləşmli deyildilər başqa sözlə şəhərlər sənaye mərkəzlərinə çevrildilər hər şəhər əsasən bir sahə üzrə inkişf edirdi. məsələnə pitsburq polad üzrə çikaqo ət qablaşdırması nyu york isə geyim sahəsi üzrə hətta şəhərlərdə artıq dəstək cəmiyyətləri də yaranmışdı ilk immiqrantlar öz ailələrinə köçmək və çalışmaq barədə kömək edərək onlara həm pul göndərir həm də məlumat ötürə bilərdilər bu şəhərlərdə qonşuluğun inkişafına səbəb oldu eyni keçmişə sahib insanlar eyni dildə danışır eyni yeməkləri yeyir və bir-birlərinə kömək edirdilər bu etnik anklavlarda insanlar qəzet ala bilir hətta öz dillərində teatr tamaşalarına baxa bilirdilər indi isə gəlin bu dövrdə amerikada immiqrasiya etmiş iki şəxsin dilindən parçalara baxaq bunlardan birincisi lii çudur 1880-ci ildə 16 yaşında çindən san fransiskoya köçmüşdü o yazırdı çinlilərin təcrid aktı qəbul olunmamışdı ki mən san fransiskoya gəldim yarı ac idim çünki bu əcnəbi xalqın yeməklərini yeməkdən çəkinirdim ancaq bir neçə gün çinlilər üçün ayrılmış sığınacaqda qaldıqdan sonra özümə gəldim bir nəfər mənə bir amerikalı ailədə qulluqçu işi tapdı bu ailə üçün çalışmağa başlayanda ingilis dilində bircə dənə belə söz bilmirdim ev işlərindən də başım çıxmırdı ev sahibəsinin nə dediyini başa düşmürdüm amma o mənə bişirmək yumaq ütüləmək süpürmək toz almaq yataqları toplamaq qab yumaq pəncərə silmək boyamaq bıçaq və çəngəlləri parlatmaq və s öyrətdi 6 ay içində artıq hər şeyi bacarırdım həftəyə 5 dollar qazanır və onun 4 dollar 25 sentini kənara qoya bilirdim bir qədər ingilis dili də öyrənmişdim ailəmə pul da göndərirdim yaxşı geyinməyimə zövqlə yaşamağıma tez-tez çin teatrına getməyimə və çin qəsəbəsində nahar yığıncaqlarına getməyimə baxmayaraq ilk 6 ayda artıq 50 dollar yığa blmişdim ikinci məktub meri entindəndir bu gün belarus olaraq tanınan ölkədən bostona 1894-cüildə 13 yaşında köçür o deyir ilk yeməyimiz çox fərqli bir dərs idi sanki atam əsasən üstündə müxtəlif yazılar olan konserv qablarından yeməklər hazırlayırdı o bizə qəribə sürüşkən bir meyvə göstərmişdi hansı ki banandır ancaq həmin an bundan vaz keçmişdi ikinci günümüzdə qarşıdan bir balaca qız gəlib bizə məktəbi gəzdirməyi təklif etdi atam istəmədi amma biz 5 nəfər də bir neçə ingiliscə söz bilirdik cəmisi məktəb sözünü bilirdik və onu başa düşdük bizi dünənə qədər görməmiş bizdən heç də yaxşı tərzə geyinməmiş və adlarımızı belə tələffüz edə bilməyən bu uşaq bizə bostonun məktəb azadlığını təklif edirdi biz məcbur olduq dükanları gəzək və təpədən dırnağa qədər amerika paltarları geyindik dəmir peçin sirlərini çitiləmə taxtasını danışma borusunu və ən önəmlisi ingilis dilini öyrənməli idik xor görülən köhnə paltarlarımızla yanaşı yəhudi adlarımızı da geridə qoyduq amerikada birneçə il yaşadıqdan sonra dostlarımızın bir komitəsi bizim üçün amerikalı adları uydurdu bəs siz lii çu və meri entinin yaşadıqları arasında hansı bənzərlikləri görürsünüz sizcə nəyə görə amerikaya köçdülər və sizcə həyatları irəliləyən illərdə necə idi