Gördüyünüz diaqram 1860-1900-cü illər arasında ABŞ-nin 4 şəhərindəki əhali artımını göstərir. Vətəndaş müharibəsindən əvvəl, yəni 1860-cı ildə Nyu York ABŞ-nin ən böyük şəhəri olmasına baxmayaraq əhali sayı bir milyondan çox deyildi. Əslində, bütün ölkədə bir milyondan çox əhaliyə sahib şəhər yox idi desək, daha doğru olar. Təxminən 40 il sonra isə artıq üç şəhərin əhalisi bir milyonu keçir, Nyu York əhalisi isə 3,5 milyona çatır. Çikaqonun əhali artımı daha kəskin idi: belə ki, 1860-cı ildə yalnız yüz min olan əhali sayı 1900-cü illərdə 17 dəfə artır və 1,7 milyon olur. Ənənəvi olaraq amerikalılar, əsasən, kənd təsərrüfatı ilə məşğul idilər, ancaq XVIII əsrdən başlayaq urbanizasiyaya meyil artdı. 1920-ci ildən ilk dəfə şəhər əhalisinin sayı kənd əhalisinin sayını ötüb keçdi. Bu gün isə amerikalıların təxminən 80%-i şəhərlərdə yaşayırlar. Bəs vətəndaş müharibəsindən sonra baş verən bu artımın əsas səbəbi nə idi? Əsas faktorlar sənayeləşmə, immiqrasiya və miqrasiya idi. Bu zamana qədər birinci sənaye inqilabının ixtiralarından tutmuş 1840-cı illərdə alman və irland immiqrantların amerikalılarla birgə qərbə doğru köçünə qədər müxtəlif məsələlərdən bəhs etmişik. Bu üç anlayışın heç biri ABŞ cəmiyyətində yeni deyildi, ancaq hər biri şəhərlərin inkişafına xüsusi şəkildə təsir göstərir. Dəyişən amillərdən biri insanların çalışdığı peşələrlə bağlı idi. Qızıla bürünmüş dövrdə ABŞ əmək bazarında kəskin dönüş baş verir. 1880-ci ildə müəyyən maaş qarşılığında sahibkarlar üçün çalışan işçilərin sayı öz işini özü idarə edən, istədiyi vaxt əkin-biçinlə məşğul olan fermerlərin sayını ötüb keçdi. Vətəndaş müharibəsindən sonra baş verən ikinci sənaye inqilabı dövründə sənaye istehsalı yüksək şəkildə inkişaf edir. Fabrik-zavod sahəsində geniş iş imkanı vardı və bunların əksəriyyəti xüsusi bacarıq tələb etmədiyindən işçilər işə başlamazdan əvvəl heç bir məşğələ keçmirdilər. Qısası, insanlar ferma işlərindən uzaqlaşaraq sahibkarlar üçün görülən zavod işlərinə yönəlirlər. Digər bir dəyişiklik immiqrant və miqrantların milliyəti ilə bağlıdır. 1840-cı ilə qədər ABŞ-yə köçən immiqrantlar, əsasən, maddi vəziyyətləri yaxşı olan və Avropanın şimal və qərbindən gələn protestantlar idilər. Vətəndaş müharibəsindən sonra ABŞ-də mövcud olan iş imkanları və digər faktorlar ölkəyə müxtəlif insanlar cəlb edir. Bu yeni immiqrantlar, əsasən, cənubi və şərqi Avropadan, Meksikadan, Asiyadan idilər əvvəlki immiqrantlardan özlərinin dəri rənginə, aşağı maddi vəziyyətlərinə, katolik, yaxud yəhudi olmalarına görə fərqlənirdilər. Əlavə olaraq afroamerikalılar da cənubdan şimal və Orta Qərb şəhərlərinə köçməyə başladılar. Bütün immiqrant və miqrantlar böyük işçi qüvvəsi mənasına gəlirdi. Bəs nəyə görə bütün bu insanlar şəhərlərə köçürdülər? Gəlin qızıla bürünmüş dövrdə buna təkan verən və şəhər həyatında insanları cəlb edən bəzi amillərə nəzər salaq. Təkanverici amillər insanları öz yaşayış yerlərini tərk etməyə məcbur edən amillərdir. Birinci səbəb kimi kasıblıq və maddi vəziyyətin yaxşı olmamasını göstərə bilərik. Kənd təsərrüfatının maşınlaşdırılması fermerlərin işinə heç də müsbət təsir göstərmir. Miqrasiya edən insanların təxminən 1/3 hissəsi fermaları tərk edib sənaye işlərində çalışmağı düşünən amerikalılar idi. Digər təkanverici amil diskriminasiya və təqiblər idi. Rusiya hökuməti bu dövrdə yəhudilərə qarşı dözülməzlik nümayiş etdirərək Avropada etnik təmizləmə siyasəti həyata keçirir. Cənubi Amerikada Cim Krou qanunlarının yaranması və afroamerikalılara qarşı linçin artması onları yaşadıqları yerləri tərk etməyə vadar edir. Bəs şəhər həyatının hansı tərəfləri onları burada qalmağa vadar edir? İlkin səbəb budur ki, immiqrantların bir çoxu şəhərlərə gəldikdən sonra buranı tərk etmək üçün kifayət qədər pula sahib deyildilər. Ona görə də geri qayıda bilmirlər. Digər əsas səbəb isə iş imkanlarının məhz şəhərlərdə olması idi. Buxar mühərriki və elektrifikasiyanın inkişafı fabrik-zavodların suyollarından kənarda da inşa etməyə imkan verdi. Başqa sözlə, şəhərlər sənaye mərkəzlərinə çevrildilər. Hər şəhər, əsasən, bir sahə üzrə inkişaf edirdi: Pitsburq polad istehsalı üzrə, Çikaqo ət qablaşdırılması, Nyu York isə geyim istehsalı üzrə. hətta şəhərlərdə artıq dəstək cəmiyyətləri də yaranmışdı Əvvəlki immiqrantlar öz ailələrinə köçmək və çalışmaq barədə kömək edərək onlara həm pul göndərir həm də məlumat ötürə bilərdilər Bu, şəhərlərdə qonşuluq əlaqələrinin inkişafına səbəb oldu: oxşar tarixi keçmişə sahib insanlar eyni dildə danışır, eyni yeməkləri yeyir və bir-birlərinə yardım edirdilər. Bu etnik anklavlarda insanlar öz dillərində qəzet ala və hətta teatr tamaşalarına baxa bilirdilər. İndi isə gəlin bu dövrdə A Amerikaya köçmüş iki immiqrantla tanış olaq. Bunlardan birincisi 1880-ci ildə, 16 yaşında ikən Çindən San Fransiskoya köçmüş Lii Çudur. O yazırdı: "Mən San Fransiskoya gələndə Çinlilərin təcrid aktı hələ qəbul olunmamışdı. Yarı ac, yarı tox idim, çünki bu əcnəbi xalqın yeməklərini yeməkdən çəkinirdim. Bir neçə gün çinlilər üçün ayrılmış sığınacaqda qaldıqdan sonra özümü daha yaxşı hiss etməyə başladım. Bir şəxsin yardımı ilə amerikalı bir ailə məni qulluqçu kimi işə götürdü. Çalışmağa başlayanda ingilis dilində bircə dənə belə söz bilmirdim, ev işlərindən isə başım çıxmırdı. Ev sahibəsinin nə dediyini başa düşmürdüm, ona görə də mənə necə bişirməli, yumalı, ütüləməli, süpürməli, toz almalı, yataqları toplamalı, qab yumalı, pəncərə silməli, boyamalı, bıçaq və çəngəlləri parlatmalı olduğumu göstərərək öyrətdi. 6 aydan sonra artıq hər şeyin öhdəsindən bacarıqla gəlirdim. Həftəlik qazandığım 5 dolların 4 dollar 25 sentini kənara qoyurdum. Müəyyən qədər ingilis dili də öyrənmişdim. Ailəmə pul da göndərirdim. Yaxşı geyinməyimə, tez-tez Çin teatrına getməyimə və Çin qəsəbəsində nahar etməyimə baxmayaraq ilk 6 ayda artıq 50$ toplaya bilmişdim." İkinci immiqrant Belarusdan Bostona 1894-cü ildə, 13 yaşında ikən köçən Meri Entindir. O yazırdı: "ilk yeməyimiz çox fərqli bir dərs idi sanki Atam qabında müxtəlif yazılar olan konserv məhsullarından müxtəlif yeməklər hazırlayırdı. o bizə qəribə sürüşkən bir meyvə göstərmişdi hansı ki banandır ancaq həmin an bundan vaz keçmişdi ikinci günümüzdə qarşıdan bir balaca qız gəlib bizə məktəbi gəzdirməyi təklif etdi atam istəmədi amma biz 5 nəfər də bir neçə ingiliscə söz bilirdik cəmisi məktəb sözünü bilirdik və onu başa düşdük bizi dünənə qədər görməmiş bizdən heç də yaxşı tərzə geyinməmiş və adlarımızı belə tələffüz edə bilməyən bu uşaq bizə bostonun məktəb azadlığını təklif edirdi biz məcbur olduq dükanları gəzək və təpədən dırnağa qədər amerika paltarları geyindik dəmir peçin sirlərini çitiləmə taxtasını danışma borusunu və ən önəmlisi ingilis dilini öyrənməli idik xor görülən köhnə paltarlarımızla yanaşı yəhudi adlarımızı da geridə qoyduq amerikada birneçə il yaşadıqdan sonra dostlarımızın bir komitəsi bizim üçün amerikalı adları uydurdu bəs siz lii çu və meri entinin yaşadıqları arasında hansı bənzərlikləri görürsünüz sizcə nəyə görə amerikaya köçdülər və sizcə həyatları irəliləyən illərdə necə idi