1 00:00:00,400 --> 00:00:02,920 Gördüyünüz diaqram 1860-1900-cü illər arasında 2 00:00:02,920 --> 00:00:07,160 ABŞ-ın 4 şəhərindəki əhali artımını göstərir. 3 00:00:07,160 --> 00:00:09,530 Vətəndaş müharibəsindən əvvəl, yəni 1860-cı ildə 4 00:00:09,530 --> 00:00:12,840 Nyu-York ABŞ-ın ən böyük şəhəri olmasına baxmayaraq 5 00:00:12,840 --> 00:00:15,610 əhali sayı bir milyondan çox deyildi. 6 00:00:15,610 --> 00:00:17,530 Əslində, bütün ölkədə bir milyondan çox əhaliyə sahib 7 00:00:17,530 --> 00:00:19,450 şəhər yox idi desək, daha doğru olar. 8 00:00:19,450 --> 00:00:22,325 Təxminən 40 il sonra isə artıq 9 00:00:22,325 --> 00:00:25,840 üç şəhərin əhali sayı bir milyonu keçir, 10 00:00:25,840 --> 00:00:29,580 Nyu-York əhalisi isə 3,5 milyona çatır. 11 00:00:29,580 --> 00:00:32,020 Çikaqonun əhali artımı daha 12 00:00:32,020 --> 00:00:33,283 kəskin idi: belə ki, 1860-cı 13 00:00:33,283 --> 00:00:37,270 ildə yalnız yüz min olan 14 00:00:37,270 --> 00:00:40,080 əhali sayı 1900-cü illərdə 17 15 00:00:40,080 --> 00:00:42,710 dəfə artır və 1,7 milyon olur. 16 00:00:42,710 --> 00:00:43,680 Ənənəvi olaraq amerikalılar, əsasən, 17 00:00:43,680 --> 00:00:47,500 kənd təsərrüfatı ilə məşğul olublar, 18 00:00:47,500 --> 00:00:49,380 ancaq 19-cu əsrdən başlayaraq 19 00:00:49,380 --> 00:00:52,290 urbanizasiyaya meyil artdı. 20 00:00:52,290 --> 00:00:55,790 1920-ci ildən ilk dəfə şəhər əhalisinin 21 00:00:55,790 --> 00:00:57,790 sayı kənd əhalisinin sayını ötüb keçdi. 22 00:00:57,790 --> 00:01:01,700 Bu gün isə amerikalıların təxminən 80%-i şəhərlərdə yaşayırlar. 23 00:01:01,700 --> 00:01:04,900 Bəs vətəndaş müharibəsindən sonra baş 24 00:01:04,900 --> 00:01:06,950 verən bu artımın əsas səbəbi nə idi? 25 00:01:06,950 --> 00:01:08,935 Əsas faktorlar sənayeləşmə, 26 00:01:08,935 --> 00:01:13,935 immiqrasiya və miqrasiya idi. 27 00:01:13,940 --> 00:01:16,130 Bu zamana qədər birinci sənaye inqilabının ixtiralarından 28 00:01:16,130 --> 00:01:19,108 tutmuş 1840-cı illərdə alman 29 00:01:19,108 --> 00:01:22,029 və irland immiqrantların amerikalılarla 30 00:01:22,029 --> 00:01:26,533 birgə qərbə doğru köçünə qədər 31 00:01:26,533 --> 00:01:29,610 müxtəlif məsələlərdən bəhs etmişik. 32 00:01:29,610 --> 00:01:32,355 Bu üç anlayışın heç biri 33 00:01:32,355 --> 00:01:35,692 ABŞ cəmiyyətində 34 00:01:35,692 --> 00:01:38,860 yeni deyildi, ancaq 35 00:01:38,860 --> 00:01:40,943 hər biri şəhərlərin inkişafına 36 00:01:40,943 --> 00:01:44,630 xüsusi şəkildə təsir göstərir. 37 00:01:44,630 --> 00:01:46,810 Dəyişən amillərdən biri insanların 38 00:01:46,810 --> 00:01:48,460 çalışdığı peşələrlə bağlı idi. 39 00:01:48,460 --> 00:01:49,370 Qızıla bürünmüş dövrdə ABŞ əmək 40 00:01:49,370 --> 00:01:52,810 bazarında kəskin dönüş baş verir. 41 00:01:52,810 --> 00:01:55,600 1880-ci ildə müəyyən 42 00:01:55,600 --> 00:01:59,950 maaş qarşılığında 43 00:01:59,950 --> 00:02:01,730 sahibkarlar üçün çalışan 44 00:02:01,730 --> 00:02:03,830 işçilərin sayı öz işini 45 00:02:03,830 --> 00:02:07,160 özü idarə edən, istədiyi 46 00:02:07,160 --> 00:02:09,632 vaxt əkin-biçinlə məşğul olan 47 00:02:09,632 --> 00:02:12,530 fermerlərin sayını ötüb keçdi. 48 00:02:12,530 --> 00:02:13,825 Vətəndaş müharibəsindən sonra baş verən 49 00:02:13,825 --> 00:02:15,528 ikinci sənaye inqilabı dövründə 50 00:02:15,528 --> 00:02:20,180 sənaye istehsalı güclü şəkildə inkişaf edir. 51 00:02:20,180 --> 00:02:22,960 Fabrik-zavod sahəsində geniş iş imkanı vardı və bunların 52 00:02:22,960 --> 00:02:27,053 əksəriyyəti xüsusi bacarıq tələb etmədiyindən 53 00:02:27,053 --> 00:02:29,440 işçilər işə başlamazdan əvvəl 54 00:02:29,440 --> 00:02:31,930 heç bir məşğələ keçmirdilər. 55 00:02:31,930 --> 00:02:35,151 Qısası, insanlar ferma işlərindən uzaqlaşaraq 56 00:02:35,151 --> 00:02:40,151 sahibkarlar üçün görülən zavod işlərinə yönəlirlər. 57 00:02:42,070 --> 00:02:44,082 Digər bir dəyişiklik immiqrant və 58 00:02:44,082 --> 00:02:48,490 miqrantların milliyəti ilə bağlıdır. 59 00:02:48,490 --> 00:02:49,398 1840-cı ilə qədər ABŞ-a 60 00:02:49,398 --> 00:02:51,324 köçən immiqrantlar, əsasən, 61 00:02:51,324 --> 00:02:53,596 maddi vəziyyətləri yaxşı 62 00:02:53,596 --> 00:02:56,325 olan və Avropanın şimal və 63 00:02:56,325 --> 00:03:00,100 qərbindən gələn protestantlar idilər. 64 00:03:00,100 --> 00:03:03,657 Vətəndaş müharibəsindən sonra 65 00:03:03,657 --> 00:03:06,200 ABŞ-da mövcud olan iş imkanları 66 00:03:06,200 --> 00:03:07,742 və digər faktorlar ölkəyə 67 00:03:07,742 --> 00:03:11,450 müxtəlif insanlar cəlb edir. 68 00:03:11,450 --> 00:03:13,849 Bu yeni immiqrantlar, əsasən, 69 00:03:13,849 --> 00:03:16,805 cənubi və şərqi Avropadan, 70 00:03:16,805 --> 00:03:19,180 Meksikadan, Asiyadan idilər və 71 00:03:19,180 --> 00:03:22,331 əvvəlki immiqrantlardan özlərinin 72 00:03:22,331 --> 00:03:25,407 dəri rənginə, aşağı maddi 73 00:03:25,407 --> 00:03:28,850 vəziyyətlərinə, katolik, yaxud yəhudi 74 00:03:28,850 --> 00:03:30,400 olmalarına görə fərqlənirdilər. 75 00:03:30,400 --> 00:03:31,940 Əlavə olaraq afroamerikalılar da 76 00:03:31,940 --> 00:03:33,990 cənubdan şimal və Orta Qərb 77 00:03:33,990 --> 00:03:37,290 şəhərlərinə köçməyə başladılar. 78 00:03:37,290 --> 00:03:39,430 Bu yeni immiqrant və miqrantlar böyük 79 00:03:39,430 --> 00:03:42,794 işçi qüvvəsi mənasına gəlirdi. 80 00:03:42,794 --> 00:03:45,410 Bəs nəyə görə bütün bu insanlar şəhərlərə köçürdülər? 81 00:03:45,410 --> 00:03:48,928 Gəlin qızıla bürünmüş dövrdə buna təkan 82 00:03:48,928 --> 00:03:51,452 verən və şəhər həyatında insanları 83 00:03:51,452 --> 00:03:55,080 cəlb edən bəzi amillərə nəzər salaq. 84 00:03:55,080 --> 00:03:58,410 Təkanverici amillər insanları öz yaşayış yerlərini 85 00:03:58,410 --> 00:04:02,160 tərk etməyə məcbur edən amillərdir. 86 00:04:02,160 --> 00:04:04,561 Birinci səbəb kimi kasıblıq və maddi vəziyyətin 87 00:04:04,561 --> 00:04:07,730 yaxşı olmamasını göstərə bilərik. 88 00:04:07,730 --> 00:04:10,414 Kənd təsərrüfatının maşınlaşdırılması fermerlərin 89 00:04:10,414 --> 00:04:13,300 işinə heç də müsbət təsir göstərmir. 90 00:04:13,300 --> 00:04:16,746 Miqrasiya edən insanların təxminən 1/3 hissəsi fermaları tərk edib 91 00:04:16,746 --> 00:04:20,930 sənaye işlərində çalışmağı düşünən amerikalılar idi. 92 00:04:20,930 --> 00:04:23,410 Digər təkanverici amil 93 00:04:23,410 --> 00:04:25,100 diskriminasiya və təqiblər idi. 94 00:04:25,100 --> 00:04:26,300 Rusiya hökuməti 95 00:04:26,300 --> 00:04:29,870 bu dövrdə yəhudilərə 96 00:04:29,870 --> 00:04:30,880 qarşı kəskin dözülməzlik nümayiş 97 00:04:30,880 --> 00:04:32,810 etdirərək Avropada etnik 98 00:04:32,810 --> 00:04:35,490 təmizləmə siyasəti həyata keçirir. 99 00:04:35,490 --> 00:04:39,020 Cənubi Amerikada Cim Krou qanunlarının yaranması və 100 00:04:39,020 --> 00:04:42,120 afroamerikalılara qarşı linçin artması onları 101 00:04:42,120 --> 00:04:45,530 yaşadıqları yerləri tərk etməyə məcbur edir. 102 00:04:45,530 --> 00:04:49,380 Bəs şəhərlərin hansı "cəlbedici" tərəfləri onları burada qalmağa vadar edir? 103 00:04:49,380 --> 00:04:52,370 İlkin səbəb budur ki, immiqrantların bir çoxu şəhərlərə gəldikdən sonra buranı 104 00:04:52,370 --> 00:04:54,480 tərk etmək üçün kifayət qədər pula sahib deyildilər. 105 00:04:54,480 --> 00:04:57,040 Ona görə də geri qayıda bilmirlər. 106 00:04:57,040 --> 00:04:59,180 Digər əsas səbəb isə iş imkanlarının 107 00:04:59,180 --> 00:05:01,050 məhz şəhərlərdə olması idi. 108 00:05:01,050 --> 00:05:04,010 Buxar mühərriki və elektrifikasiyanın inkişafı fabrik-zavodları 109 00:05:04,010 --> 00:05:07,430 suyollarından kənarda da inşa etməyə imkan verdi. 110 00:05:07,430 --> 00:05:10,220 Başqa sözlə, şəhərlər sənaye mərkəzlərinə çevrildilər. 111 00:05:10,220 --> 00:05:12,910 Hər şəhər, əsasən, bir sahə üzrə inkişaf edirdi: 112 00:05:12,910 --> 00:05:17,250 Pitsburq polad istehsalı üzrə, Çikaqo 113 00:05:17,250 --> 00:05:20,840 ət qablaşdırılması, Nyu-York isə geyim istehsalı üzrə. 114 00:05:20,840 --> 00:05:24,520 Şəhərlərdə artıq müxtəlif icmalar da yaranır. 115 00:05:24,520 --> 00:05:27,710 Əvvəlki immiqrantlar geridə qoyduqları ailələrinə 116 00:05:27,710 --> 00:05:29,610 köçmək üçün maddi yardım və özləri 117 00:05:29,610 --> 00:05:32,520 haqda məlumat göndərə bilirdilər. 118 00:05:32,520 --> 00:05:35,770 Bu, şəhərlərdə qonşuluq əlaqələrinin inkişafına səbəb oldu: 119 00:05:35,770 --> 00:05:37,459 oxşar tarixi keçmişə sahib 120 00:05:37,459 --> 00:05:40,166 insanlar eyni dildə danışır, eyni yeməkləri yeyir 121 00:05:40,166 --> 00:05:42,570 və bir-birlərinə yardım edirdilər. 122 00:05:42,570 --> 00:05:43,702 Bu etnik anklavlarda insanlar öz 123 00:05:43,702 --> 00:05:46,440 dillərində qəzet ala və hətta teatr 124 00:05:46,440 --> 00:05:49,027 tamaşalarına da baxa bilirdilər. 125 00:05:49,027 --> 00:05:51,540 İndi isə gəlin həmin dövrdə 126 00:05:51,540 --> 00:05:53,821 Amerikaya köçmüş iki 127 00:05:53,821 --> 00:05:57,030 immiqrantla tanış olaq. 128 00:05:57,030 --> 00:06:00,230 Bunlardan birincisi 1880-ci ildə, 16 yaşında ikən 129 00:06:00,230 --> 00:06:05,230 Çindən San Fransiskoya köçmüş Lii Çudur. 130 00:06:05,320 --> 00:06:06,153 O yazırdı: 131 00:06:06,153 --> 00:06:07,577 "Mən San Fransiskoya gələndə çinlilərin 132 00:06:07,577 --> 00:06:10,042 təcrid aktı hələ qəbul olunmamışdı. 133 00:06:10,042 --> 00:06:12,327 Yarı ac, yarı tox idim, çünki bu əcnəbi 134 00:06:12,327 --> 00:06:14,049 xalqın yeməklərini yeməkdən çəkinirdim. 135 00:06:14,049 --> 00:06:16,537 Bir neçə gün çinlilər üçün ayrılmış sığınacaqda qaldıqdan sonra 136 00:06:16,537 --> 00:06:17,747 özümü daha yaxşı hiss etməyə başladım. 137 00:06:17,747 --> 00:06:19,897 Bir şəxsin yardımı ilə amerikalı bir ailə 138 00:06:19,897 --> 00:06:21,317 məni qulluqçu kimi işə götürdü. 139 00:06:21,317 --> 00:06:23,077 Çalışmağa başlayanda ingilis dilində 140 00:06:23,077 --> 00:06:24,927 bir söz belə bilmirdim, 141 00:06:24,927 --> 00:06:26,355 ev işlərindən isə başım çıxmırdı. 142 00:06:26,355 --> 00:06:28,747 Ev sahibəsinin nə dediyini başa düşmürdüm, 143 00:06:28,747 --> 00:06:32,427 ona görə də mənə necə bişirməli, yumalı, ütüləməli, süpürməli, toz almalı, 144 00:06:32,427 --> 00:06:35,877 yataqları toplamalı, qab yumalı, pəncərə silməli, boyamalı, bıçaq 145 00:06:35,877 --> 00:06:38,127 və çəngəlləri parlatmalı olduğumu göstərərək öyrətdi. 146 00:06:38,127 --> 00:06:38,960 6 aydan sonra 147 00:06:38,960 --> 00:06:41,097 artıq hər şeyin öhdəsindən bacarıqla gəlirdim. 148 00:06:41,097 --> 00:06:43,337 Həftəlik qazandığım 5 dolların 149 00:06:43,337 --> 00:06:45,587 4 dollar 25 sentini kənara qoyurdum. 150 00:06:45,587 --> 00:06:47,157 Müəyyən qədər ingilis dili də öyrənmişdim. 151 00:06:47,157 --> 00:06:49,457 Ailəmə pul da göndərirdim. 152 00:06:49,457 --> 00:06:52,307 Yaxşı geyinməyimə, tez-tez Çin teatrına getməyimə 153 00:06:52,307 --> 00:06:53,968 və Çin qəsəbəsində nahar 154 00:06:53,968 --> 00:06:56,047 etməyimə baxmayaraq ilk 155 00:06:56,047 --> 00:06:59,120 6 ayda artıq 50 dollar toplaya bilmişdim." 156 00:06:59,120 --> 00:07:01,163 İkinci immiqrant Belarusdan 157 00:07:01,163 --> 00:07:04,482 Bostona 1894-cü ildə, 13 158 00:07:04,482 --> 00:07:08,650 yaşında ikən köçən Meri Entindir. 159 00:07:08,650 --> 00:07:09,483 O yazırdı: 160 00:07:09,483 --> 00:07:13,087 "İlk yeməyimiz çox fərqli bir təcrübə idi. 161 00:07:13,087 --> 00:07:16,127 Atam qabında müxtəlif yazılar 162 00:07:16,127 --> 00:07:18,527 olan konserv məhsullarından 163 00:07:18,527 --> 00:07:20,177 müxtəlif yeməklər hazırlayırdı. 164 00:07:20,177 --> 00:07:22,507 O bizə "banan" adlanan qəribə, 165 00:07:22,507 --> 00:07:25,347 sürüşkən bir meyvə göstərmək istəmiş, 166 00:07:25,347 --> 00:07:27,367 ancaq həmin an bundan vaz keçmişdi. 167 00:07:27,367 --> 00:07:30,037 Buradakı ikinci günümüzdə balaca bir qız bizə yaxınlaşaraq 168 00:07:30,037 --> 00:07:32,327 məktəbə getməyi təklif etdi. 169 00:07:32,327 --> 00:07:34,827 Atamdan fərqli olaraq biz beşimiz 170 00:07:34,827 --> 00:07:36,987 ingiliscə bir neçə söz bilirdik. 171 00:07:36,987 --> 00:07:38,177 Bunlardan biri məktəb sözü idi 172 00:07:38,177 --> 00:07:39,087 və qızcığazın nə demək istədiyini başa düşdük. 173 00:07:39,087 --> 00:07:41,647 Dünənə qədər bizi tanımayan, adlarımızı belə tələffüz 174 00:07:41,647 --> 00:07:43,337 edə bilməyən, bizdən heç də 175 00:07:43,337 --> 00:07:45,287 yaxşı geyinməmiş bu uşaq bizə Bostonun 176 00:07:45,287 --> 00:07:47,646 azad təhsil imkanını təklif edirdi. 177 00:07:47,646 --> 00:07:50,697 Biz başdan ayağa qədər amerikalı kimi 178 00:07:50,697 --> 00:07:53,517 geyinmək üçün mağazalara getdik. 179 00:07:53,517 --> 00:07:56,047 Dəmir sobanın sirlərini, paltaryuma taxtası və 180 00:07:56,047 --> 00:07:58,127 danışma borusundan istifadə etməyi, 181 00:07:58,127 --> 00:08:00,207 ən önəmlisi isə ingilis dilini öyrənməli idik. 182 00:08:00,207 --> 00:08:02,487 Xor görülən köhnə paltarlarımızla yanaşı 183 00:08:02,487 --> 00:08:05,957 yəhudi adlarımızı da geridə qoyduq. 184 00:08:05,957 --> 00:08:07,107 Bir neçə ildən sonra 185 00:08:07,107 --> 00:08:09,607 dostlarımızdan ibarət bir komitə 186 00:08:09,607 --> 00:08:10,587 köhnə adlarımızın 187 00:08:10,587 --> 00:08:13,280 Amerika versiyalarını yaratdı." 188 00:08:13,280 --> 00:08:16,380 Bəs siz Lii Çu və Meri Entinin təcrübələri 189 00:08:16,380 --> 00:08:20,110 arasında hansı oxşar və fərqli cəhətləri görürsünüz? 190 00:08:20,110 --> 00:08:22,950 Sizcə, Amerikaya köçmə səbəbləri nə idi 191 00:08:22,950 --> 00:08:25,448 və həyatları qarşıdan 192 00:08:25,448 --> 00:08:27,753 gələn illərdə necə olacaq?