Kəsən, tənliyi y bərabərdir ln x olan əyrini x koordinatları 2 və 2+h olan iki nöqtədə kəsir. Kəsənin bucaq əmsalı nəyə bərabərdir? Bizə əyrinin üzərində olan 2 nöqtə verilib. X 2 olanda y nəyə bərabər olur? Tənliyə görə y bərabərdir ln x. Buna görə y burada ln 2 olacaq. Bəs x 2 üstəgəl h olanda y nəyə bərabərdir? Y həmişə ln x-dir. Deməli, burada y ln 2 üstəgəl h olacaq. Kəsənin üzərindəki 2 nöqtə bunlardır. Əyrinin üzərindəki 2 nöqtəni biliriksə, kəsənin bucaq əmsalını tapa bilərik. Bucaq əmsalı y-in dəyişməsi böl x-in dəyişməsinə bərabərdir. İkinci nöqtəni son nöqtə, birinci nöqtəni başlanğıc nöqtə hesab etsək, y-in dəyişməsi son nöqtə çıx başlanğıc nöqtə, yəni ln 2 üstəgəl h çıx ln 2 olacaq. X-in dəyişməsi son nöqtənin x-nin qiyməti 2 üstəgəl h çıx başlanğıc nöqtənin x-nin qiyməti 2 olacaq. Bu ikilər 0-a bərabər olur. Gördüyünüz kimi variantlardan biri tam olaraq bizim yazdığıma uyğun gəlir. Bax bu. ln 2 üstəgəl h çıx ln 2 böl h. İndi gəlin daha yaxşı anlamaq üçün bunun qrafikini çəkək. Qoy bunu silim ki, qrafiki çəkməyə yer olsun. Bu olsun y oxu, bu da olsun x oxu. y bərabərdir ln x təxminən belə olacaq. Əlimlə çəkdiyim üçün tam dəqiq olmasa da, təxminən belədir. Nöqtələrimizdən biri 2 vergül ln 2-dir. Bu nöqtdə burada olar. Bu 2, bu da ln 2. Bura 2 vergül ln 2 nöqtəsidir. Digər nöqtəmizin x-i 2 üstəgəl h-dir. Yəni 2 üstəgəl nəysə. Bura olsun 2 üstəgəl h. Bura da 2 üstəgəl h vergül ln 2 üstəgəl h nöqtəsi olacaq. Bayaqkı sualda bizdən bu iki nöqtəni birləşdirən xəttin bucağını tapmağımız istənirdi. Həmin xətt təxminən belədir. Cavabı necə tapmalı olduğumuzu bayaq göstərdim. Y-in dəyişməsi nəyə bərabərdir? Y bərabərdir ln 2-dən y bərabərdir ln 2 üstəgəl h-ə gedirik. Deməli, y-in dəyişməsi ln 2 üstəgəl h çıx ln 2-dir. Bəs x-in dəyişməsi nəyə bərabərdir? 2-dən 2 üstəgəl h-ə getdik. 2-dən 2 üstəgəl h-ə getdik. X h qədər artdı. 2-dən 2 üstəgəl h-ə gedəndə x-in dəyişməsi h olur. Deməli, qrafikimizlə iki nöqtədə kəsişən kəsənin bucaq əmsalı y-in dəyişməsi böl x-in dəyişməsi olacaq. O da burada göstərilib.