gəlin dövri cədvəlin
qruplarından danışaq
qruplar barədə düşünməyin ən sadə yolu
onların dövri cədvəldə bir sütunda yerləşməsidir
və ümumi qanun onların nömrələnməsidir
bu 1ci sütundur yəni 1ci qrup
2ci sütun 3cü sütun 4 5 6
7 8, 9cu qrup, 10 11 12ci qrup
13 14 15 16 17 18ci qrup
və bir çoxlarnız düşünə bilərsiz ki
burdakı f orbital elementləri nədir?
Dövri cədvəli düzgün şəkildə yerinə yetirsəydik,
bunların hamısını,
d-orbital və p-orbitaldan başlayaraq sağa doğru dəyişərdik
və bu f-orbital elementlərinə yer ayırardıq,
amma qanun bunları nömrələməməyimizdir
Amma maraqlı olan şey budur ki,
niyə bu sütunlardan birinə,
bu sütunlara qrup adını veririk?
dövri cəvdəl haqqında maraqlı olan şey budur ki
sütundakı bütün elementlərin
əlbəttə ki, istisnalar var
amma elementlərin çoxunun
çox oxşar xüsusiyyətləri var
və bu da onların
xarici təbəqələrində
eynisayda elektron olduğna
görədir
onlar eyni sayda valent elektrona sahibdirlər
və xarici təbəqədəki valent elektronları və
elektronları üst-üstə düşməyə meyllidir,
baxmayaraq ki, bir az fərqli bir dəyişiklik var.
valent elektronları
reaksiyaya girirlər
onlar da əsasən xarici təbəqədə olurlar
amma istisnalar da var
əslində çox maraqlı istisnalar var
hansı ki d orbitalında baş verir
amma hələlik bundan danışmayacayıq
gəlin indi biraz
sizin eşitdiyiniz qruplardan danışaq
və görək ki bunlar niyə eyni cür reaksiyaya girir
əgər biz 1ci qrupa baxsaq
burada hidrogen
biraz qəribə elementdir
çünki hidrogen 8 valent elektronu
almaq üçün cəhd eləmir
hidrogen sadəcə helium kimi
2 valent elektronu istəyir,
hidrogen 1ci qrupdakı
digər hər şeylə,
məsələn ikinci qrupdakı bütün şeylər üçün
gözlədiyniz qədər.
ortaq bir şeyi paylaşmır.
əgər hidrogeni bir qırağa qoysaz
1ci qrup qələvi metallar adlanır
və hidrogen qələvi metal hesab olunmur
burdakı hamsı
qələvi metallardır
yaxşı bəs niyə bunların oxşar reaksiyaları var?
niyə onların oxşar xüsusiyyətləri var?
bunu düşünmək üçün
siz onların elektron konfiqurasiyasına baxmalısız
məsələn, litium üçün elektron konfiqurasiyası
heliumınki ilə
eyni olacaq
və sonra
siz 2ci təbəqəyə baxcagsız, bu da 2s1-dir
bir valent elektronu var
onun xarici təbəqəsində 1 elektronu var
bəs natriumda necədir?
natrium da neon ilə
eyni elektron konfiqurasiyasına malik olacaq
və bu da 3s1-dir
bunun da valent elektronu 1dir
xarici təbəqəsində 1 elektron var
və burdakı bütün narıncı rəngli
elementlərin hamsının 1 valent elektronu var
və onlar da oktet qaydasına
riayət etməyə çalışırlar
və siz təsəvvür edə bilərsiz ki, onlar çox reaktivdirlər
onlar reaksiyaya girəndə
xarici təbəqədəki elektronu itirmək istəyirlər
bu qələvi metallar çox reaktivdir
və onlarında oxşar xüsusiyyətləri var
onlar parlaq və yumşaqdırlar
onlar reaktiv olduqları üçün
onları başqa şeylərlə reaksiyaya girməmiş
tapmaq çox çətindir
gəlin indi başqa qruplara baxaq
əgər biz sağa baxsaq
burda 2ci qrup metalların görərik
bunlar da qələvi-torpaq metalları adlanır
qələvi, qələvi-torpaq metallar
və onların da oxşar xüsusiyyətləri var
çünki onların 2 valent elektronu var
xarici təbəqələrində 2 elektron var
və həmçinin onlar
qələvi metallar kimi reaktiv deyillər
qələvi torpaq metallar üçün
2 elektronu itirmək
8-ə tamamlamaq üçün 6 elektron qazanmaqdan asandır
və ona görə də onlar da nisbətən reaktivdirlər
reaksiyaya girərkən xarici 2 elektronun itirirlər
d orbitalına baxanda maraqlı bir şey baş verir
və biz bunu elektron konfiqurasiyasına baxdığmız zaman
öyrənmişdik
amma əgər siz skandiumun
elektron konfiqurasiyasına baxsaz
gəlin bunu bənövşəyi rəngdə göstərim
skandium üçün
elektron konfiqurasiyası
arqonla
eyni olacaqdır
arqonla eyni olacaqdır
aufbau prinsipi bizə deyir ki,
bizim kalsiumdakı kimi
4s2 elektron konfiqurasiyası olacaqdı
amma aufbau prinsipinə görə
bizim 3d orbitalında 1 elektronmuz da var
və bu 3d14s2 arqon olacaqdı
və xarici təbəqələr üçün doğru sıranı almaq üçün
gəlin bunu 3d14s2 kimi yazım
və insanlar aufbau prinsipi barədə düşünərkən
bütün bu d-orbital elementlərinın
bir şekildə d-yarımqrupunu doldurduğunu düşünürlər.
əvvəlki videolardan bilirik ki bu doğru deyil
amma elektron konfiqurasiyasını
ümumi halda düşünərkən bu faydalı ola bilər
və siz sonra bura gəlirsiz p qrupunu doldurursuz
məsələn, əgər siz
karbonun elektron konfiqurasiyasına baxsaz
karbonun helium ilə
eyni elektron konfiqurasiyası olduğnu görərsiz
və sonra s qrupunu doldurursuz 2s2
sonra da 2p2
2p2
indi bizim neçə valent elektronmuz var?
ikinci təbəqədə, ən axırıncı təbəqədə
2+2=4 valent elektronu var
və bu da bu qrupdakı bütün elementlər üçün belə olacaq
buna görə də
karbonun silisium ilə və qrupdakı başqa elementlər ilə
oxşar xüsusiyyətləri var.
və davam edərsək,
məsələn, oksigen, kükürd
hər ikisi də başqa elementdən
2 elektron götürmək istəyirlər, çünki onların 6 valent elektronu var
onlar eletron sayını 8-ə tamamlamaq istəyirlər
onların oxşar xüsusiyyətləri var
indi bu sarı qrupa baxsaz
bunlar halogenlərdir
bunların xüsusi adı var
bunlar halogen adlanır
onların hamısı çox reaktivdirlər
çünki onların 7 valent elektronu var
onlar 1 elektron almağı
çox sevirlər
və onlar reaksiyaya girməyi sevirlər
əsasən də
qələvi metallarla reaksiyaya girməyi sevirlər
və nəhayət
nəcib qazlara baxaq
belə ki 18-ci qrup elementlərnin adı
nəcib qazlardır
onların da reaksiyaya girməmək kimi
oxşar xüsusiyyətləri var
onlar niyə reaksiyaya girmirlər?
çünki onların xarici təbəqəsi tam doludur
elekton tapmaq istəmirlər,
onlar nəcib qazlardır
başqaları ilə reaksiyaya girmək məcburiyyətində deyillər.