Gəlin 18 sütunlu dövri cədvəlin
qruplarından danışaq.
Qrup deyəndə ən sadə şəkildə
dövri cədvəldəki sütunları düşünə bilərsiniz
və ümumi qayda onlaraq onlar nömrələnir.
Bu, 1ci sütundur yəni 1ci qrup,
2-ci sütun 3-cü qrup, 4 5 6
7 8, 9cu qruplar, 10, 11, 12-ci qrup
13, 14, 15, 16 ,17, 18-ci qrup
və bir çoxlarnız düşünə bilərsiz ki,
burdakı f orbital elementləri nədir?
Dövri cədvəli düzgün şəkildə yerinə yetirsəydik,
bunların hamısını,
d-orbital və p-orbitaldan başlayaraq sağa doğru dəyişərdik
və bu f-orbital elementlərinə yer ayırardıq,
amma qaydaya əsasən bunlar nömrələnmir.
Amma maraqlı olan şey budur ki,
niyə bu sütunların hər birini,
bu sütunları qrup adlandırırıq?
Dövri cəvdəllə bağlı maraqlısı budur ki,
sütundakı bütün elementlərin
əlbəttə ki, istisnalar var
amma elementlərin çoxunun
çox oxşar xüsusiyyətləri var
və bu da onların
xarici təbəqələrində
eynisayda elektron olduğuna
görədir.
Onlar eyni sayda valent elektrona sahibdirlər
yəni xarici təbəqədəki valent elektronları eynidir və
onların xüsusiyyətləri üst-üstə düşməyə meyllidir,
baxmayaraq ki, bir az fərqli bir dəyişikliklər var.
Valent elektronları reaksiyaya
girmə qabiliyyəti olan elektronlardır
və əsasən xarici elektron
təbəqəsində yerləşirlər
amma istisnalar da var.
Əslində çox maraqlı istisnalar var
və bu əsasən d orbitalında baş verir.
Amma hələlik bundan danışmayacayıq.
Gəlin indi biraz
sizin eşitdiyiniz qruplardan danışaq
və görək bunlar niyə eyni cür reaksiyaya girir?
Əgər biz 1ci qrupa baxsaq
burada hidrogen
biraz fərqli elementdir.
Çünki hidrogen 8 valent elektronuna
çatmaq üçün cəhd etmir.
Hidrogen sadəcə helium kimi
2 valent elektronu istəyir,
Hidrogen bir növ
birinci qrupdakı digər elementlərlə
o qədər də ortaq xüsusiyyəti
yoxdur,
həmçinin ikinci qrup elementləri ilə də.
Əgər hidrogeni bir qırağa qoysaq
1ci qrup qələvi metallar adlanır
və hidrogen qələvi metal hesab olunmur.
Buradakı hamsı
qələvi metallardır.
Yaxşı bəs niyə bunların oxşar
reaksiyalara daxil olur?
Niyə onların oxşar xüsusiyyətləri var?
Bunu bilmək üçün
siz onların elektron konfiqurasiyasına baxmalısınız.
Məsələn, litium üçün elektron konfiqurasiyası
heliumunki ilə
eyni olacaq
və sonra
2ci orbitala baxacağıq, 2s1-dir
Bir valent elektronu var.
onun xarici təbəqəsində 1 elektronu var
Bəs natriumda necədir?
Natrium da neon ilə
eyni elektron konfiqurasiyasına malik olacaq,
3s1 olur.
Bunun da valent elektronu 1dir,
xarici təbəqəsində 1 elektron var
və burdakı bütün narıncı rəngli
elementlərin hamsının 1 valent elektronu var
və onlar da oktet qaydasına
riayət etməyə çalışırlar
və siz təsəvvür edə bilərsiniz ki, onlar çox reaktivdirlər
onlar reaksiyaya girəndə
xarici təbəqədəki elektronu itirmək istəyirlər
bu qələvi metallar çox reaktivdir
və onlar da oxşar xüsusiyyətlər paylaşırlar.
Onlar parlaq və yumşaqdırlar,
reaktiv olduqları üçün
onlara sərbəst halda
rast gəlinmir.
Gəlin indi başqa qruplara baxaq.
Əgər biz sağa baxsaq,
burada 2-ci qrup metallarını görərik.
Bunlar isə qələvi-torpaq metalları adlanır.
Qələvi, qələvi-torpaq metallar
və onların da oxşar xüsusiyyətləri var.
Çünki onların 2 valent elektronu var yəni,
xarici təbəqələrində 2 elektron var
və həmçinin onlar
qələvi metallar kimi reaktiv deyillər.
Qələvi torpaq metallar üçün
2 elektronu itirmək
8-ə tamamlamaq üçün 6 elektron qazanmaqdan asandır
və ona görə də onlar da
müəyyən qədər reaktivdirlər
reaksiyaya girərkən
xarici 2 elektronunu itirirlər.
d blok elementlərdə
vəziyyət daha maraqlıdır.
Biz bunu elektron konfiqurasiyasına
baxdığmız zaman
öyrənmişdik
amma əgər siz skandiumun
elektron konfiqurasiyasına baxsanız
gəlin bunu bənövşəyi rəngdə göstərim
skandium üçün
elektron konfiqurasiyası
arqonla
eyni olacaqdır
bəli,arqonla eyni olacaqdır.
aufbau prinsipi bizə deyir ki,
bizim kalsiumdakı kimi
4s2 elektron konfiqurasiyası olmalı idi
amma aufbau prinsipinə görə
bizim 3d orbitalında 1 elektronmuz da var
və bu, 3d14s2 arqon olmalıdır
və xarici təbəqələr üçün doğru sıranı almaq üçün
gəlin bunu 3d14s2 kimi yazım
və insanlar aufbau prinsipi barədə
bütün bu d-orbital elementlərinın
necəsə d-yarımqrupunu doldurduğunu düşünürlər.
Əvvəlki videolardan bilirik ki, bu doğru deyil,
amma elektron konfiqurasiyasını
ümumi halda düşünərkən bu faydalı ola bilər.
və siz sonra bura gəlirsiz p blokunu doldurursuz
məsələn, əgər siz
karbonun elektron konfiqurasiyasına baxsanız
karbonun helium ilə
eyni elektron konfiqurasiyası olduğunu görərsiniz
və sonra s blokunu doldururuq 2s2
sonra da 2p2
2p2
indi bizim neçə valent elektronmuz var?
ikinci təbəqədə, ən axırıncı təbəqədə
2+2=4 valent elektronu var
və bu da bu qrupdakı bütün elementlər üçün belə olacaq
buna görə də
karbonun silisium ilə və qrupdakı başqa elementlər ilə
oxşar xüsusiyyətlərdaşıyır
və davam edərsək,
məsələn, oksigen, kükürd
hər ikisi də başqa bir atomdan
2 elektron qoparmaq istəyirlər, çünki onların 6 valent elektronu var
onlar eletron sayını 8-ə tamamlamaq istəyirlər
onların oxşar xüsusiyyətləri var.
İndi bu sarı qrupa baxsaq
bunlar halogenlərdir,
bunların xüsusi adı var
bunlar halogen adlanır.
Onların hamısı çox reaktivdirlər.
Çünki onların 7 valent elektronu var.
Onlar özlərinə 1 elektron birləşdirməyi
çox sevirlər
və onlar reaksiyaya girməyi sevirlər,
əsasən də
qələvi metallarla reaksiyaya girməyi xoşlayırlar
və nəhayət
təsirsiz qazlara baxaq
Belə ki 18-ci qrup elementlərnin adı
nəcib qazlardır.
onların da reaksiyaya girməmək kimi
oxşar xüsusiyyətləri var.
Onlar niyə reaksiyaya girmirlər?
Çünki onların xarici təbəqəsi tam doludur
Tamamlanmaq üçün əlavə
elektrona ehtiyacları yoxdur.
Onlar nəcib qazlardır,
başqaları ilə reaksiyaya girmək məcburiyyətində deyillər.