Gəlin 18 sütunlu dövri cədvəlin qruplarından danışaq. Qrup deyəndə ən sadə şəkildə dövri cədvəldəki sütunları düşünə bilərsiniz və ümumi qayda onlaraq onlar nömrələnir. Bu, 1ci sütundur yəni 1ci qrup, 2-ci sütun 3-cü qrup, 4 5 6 7 8, 9cu qruplar, 10, 11, 12-ci qrup 13, 14, 15, 16 ,17, 18-ci qrup və bir çoxlarnız düşünə bilərsiz ki, burdakı f orbital elementləri nədir? Dövri cədvəli düzgün şəkildə yerinə yetirsəydik, bunların hamısını, d-orbital və p-orbitaldan başlayaraq sağa doğru dəyişərdik və bu f-orbital elementlərinə yer ayırardıq, amma qaydaya əsasən bunlar nömrələnmir. Amma maraqlı olan şey budur ki, niyə bu sütunların hər birini, bu sütunları qrup adlandırırıq? Dövri cəvdəllə bağlı maraqlısı budur ki, sütundakı bütün elementlərin əlbəttə ki, istisnalar var amma elementlərin çoxunun çox oxşar xüsusiyyətləri var və bu da onların xarici təbəqələrində eynisayda elektron olduğuna görədir. Onlar eyni sayda valent elektrona sahibdirlər yəni xarici təbəqədəki valent elektronları eynidir və onların xüsusiyyətləri üst-üstə düşməyə meyllidir, baxmayaraq ki, bir az fərqli bir dəyişikliklər var. Valent elektronları reaksiyaya girmə qabiliyyəti olan elektronlardır və əsasən xarici elektron təbəqəsində yerləşirlər amma istisnalar da var. Əslində çox maraqlı istisnalar var və bu əsasən d orbitalında baş verir. Amma hələlik bundan danışmayacayıq. Gəlin indi biraz sizin eşitdiyiniz qruplardan danışaq və görək bunlar niyə eyni cür reaksiyaya girir? Əgər biz 1ci qrupa baxsaq burada hidrogen biraz fərqli elementdir. Çünki hidrogen 8 valent elektronuna çatmaq üçün cəhd etmir. Hidrogen sadəcə helium kimi 2 valent elektronu istəyir, Hidrogen bir növ birinci qrupdakı digər elementlərlə o qədər də ortaq xüsusiyyəti yoxdur, həmçinin ikinci qrup elementləri ilə də. Əgər hidrogeni bir qırağa qoysaq 1ci qrup qələvi metallar adlanır və hidrogen qələvi metal hesab olunmur. Buradakı hamsı qələvi metallardır. Yaxşı bəs niyə bunların oxşar reaksiyalara daxil olur? Niyə onların oxşar xüsusiyyətləri var? Bunu bilmək üçün siz onların elektron konfiqurasiyasına baxmalısınız. Məsələn, litium üçün elektron konfiqurasiyası heliumunki ilə eyni olacaq və sonra 2ci orbitala baxacağıq, 2s1-dir Bir valent elektronu var. onun xarici təbəqəsində 1 elektronu var Bəs natriumda necədir? Natrium da neon ilə eyni elektron konfiqurasiyasına malik olacaq, 3s1 olur. Bunun da valent elektronu 1dir, xarici təbəqəsində 1 elektron var və burdakı bütün narıncı rəngli elementlərin hamsının 1 valent elektronu var və onlar da oktet qaydasına riayət etməyə çalışırlar və siz təsəvvür edə bilərsiniz ki, onlar çox reaktivdirlər onlar reaksiyaya girəndə xarici təbəqədəki elektronu itirmək istəyirlər bu qələvi metallar çox reaktivdir və onlar da oxşar xüsusiyyətlər paylaşırlar. Onlar parlaq və yumşaqdırlar, reaktiv olduqları üçün onlara sərbəst halda rast gəlinmir. Gəlin indi başqa qruplara baxaq. Əgər biz sağa baxsaq, burada 2-ci qrup metallarını görərik. Bunlar isə qələvi-torpaq metalları adlanır. Qələvi, qələvi-torpaq metallar və onların da oxşar xüsusiyyətləri var. Çünki onların 2 valent elektronu var yəni, xarici təbəqələrində 2 elektron var və həmçinin onlar qələvi metallar kimi reaktiv deyillər. Qələvi torpaq metallar üçün 2 elektronu itirmək 8-ə tamamlamaq üçün 6 elektron qazanmaqdan asandır və ona görə də onlar da müəyyən qədər reaktivdirlər reaksiyaya girərkən xarici 2 elektronunu itirirlər. d blok elementlərdə vəziyyət daha maraqlıdır. Biz bunu elektron konfiqurasiyasına baxdığmız zaman öyrənmişdik amma əgər siz skandiumun elektron konfiqurasiyasına baxsanız gəlin bunu bənövşəyi rəngdə göstərim skandium üçün elektron konfiqurasiyası arqonla eyni olacaqdır bəli,arqonla eyni olacaqdır. aufbau prinsipi bizə deyir ki, bizim kalsiumdakı kimi 4s2 elektron konfiqurasiyası olmalı idi amma aufbau prinsipinə görə bizim 3d orbitalında 1 elektronmuz da var və bu, 3d14s2 arqon olmalıdır və xarici təbəqələr üçün doğru sıranı almaq üçün gəlin bunu 3d14s2 kimi yazım və insanlar aufbau prinsipi barədə bütün bu d-orbital elementlərinın necəsə d-yarımqrupunu doldurduğunu düşünürlər. Əvvəlki videolardan bilirik ki, bu doğru deyil, amma elektron konfiqurasiyasını ümumi halda düşünərkən bu faydalı ola bilər. və siz sonra bura gəlirsiz p blokunu doldurursuz məsələn, əgər siz karbonun elektron konfiqurasiyasına baxsanız karbonun helium ilə eyni elektron konfiqurasiyası olduğunu görərsiniz və sonra s blokunu doldururuq 2s2 sonra da 2p2 2p2 indi bizim neçə valent elektronmuz var? ikinci təbəqədə, ən axırıncı təbəqədə 2+2=4 valent elektronu var və bu da bu qrupdakı bütün elementlər üçün belə olacaq buna görə də karbonun silisium ilə və qrupdakı başqa elementlər ilə oxşar xüsusiyyətlərdaşıyır və davam edərsək, məsələn, oksigen, kükürd hər ikisi də başqa bir atomdan 2 elektron qoparmaq istəyirlər, çünki onların 6 valent elektronu var onlar eletron sayını 8-ə tamamlamaq istəyirlər onların oxşar xüsusiyyətləri var. İndi bu sarı qrupa baxsaq bunlar halogenlərdir, bunların xüsusi adı var bunlar halogen adlanır. Onların hamısı çox reaktivdirlər. Çünki onların 7 valent elektronu var. Onlar özlərinə 1 elektron birləşdirməyi çox sevirlər və onlar reaksiyaya girməyi sevirlər, əsasən də qələvi metallarla reaksiyaya girməyi xoşlayırlar və nəhayət təsirsiz qazlara baxaq Belə ki 18-ci qrup elementlərnin adı nəcib qazlardır. onların da reaksiyaya girməmək kimi oxşar xüsusiyyətləri var. Onlar niyə reaksiyaya girmirlər? Çünki onların xarici təbəqəsi tam doludur Tamamlanmaq üçün əlavə elektrona ehtiyacları yoxdur. Onlar nəcib qazlardır, başqaları ilə reaksiyaya girmək məcburiyyətində deyillər.