Xronik bronxitin necə yarandığına keçməzdən əvvəl, bədən haq Ağciyərlərimiz üçün ən yayğın xronik qıcıqlandırıcı siqaret çəkməkdir. Belə, bu siaqreti yandırırıq. Siqaretin ucundan çıxan tüstü ağciyərlərə daxil olub qalan milyardlarla hissəciklərdən təşkil olunub. Divarlarda olan vəzilər, cavab reaksiyası olaraq selik ifraz etməyə başlayırlar. Yadınızda saxlayın,bu, qıcıqlandırıcıya qarşı normal cavab reaksiyasıdır. Amma,əlbəttə ki,xroniklərdə davamlı, sabit illərdən söhbət gedir. Hər gün bu cürdür. Axırda, təmiz hava yolu olmalı yer seliklə dolur. Sanki, çubuq vasitəsilə stəkandan nəsə içirsiniz, Bu milkshake qatıdır və çubuğu tıxayır. İndi onu içmək üçün gərək daha güclü sorasınız. Eyni şəkildə, bəzən, selik, ağciyərin bu kiçik şaxəsini tıxaya biləcək qədər yığılır. Bu hissədə artıq qan mübadiləsi gedə bilmir və xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ağciyərin müxtəlif bölgələri, seliyə görə öz üstlərinə düşən tapşırığı yerinə yetirə bilmir.. Biz indi siqaret çəkməyin təsiri haqda danışdıq, amma əlbəttə ki,xronik bronxitə səbəb olan başqa şeylər də var. Vacib səbəblərində biri çirklənmədir. Havada hər zaman milyardlarla çirkləndiricilər də var. Bəzi ölkələrdə bu çox böyük bir problemdir və ona görə xronik bronxit oralarda geniş yayılmışdır. Yaxud da ki,kömür mədənlərində kömür tozuna məruz qalanlar, ya da Əsas tema qıcıqlandırıcının hava yollarına düşməsi və bu halın hər gün baş verməsidir. Əgər sadəcə bir neçə günlük siqaret çəkirəmsə və məndə çoxlu selik yaranırsa,bu məndə xronik bronxit var demək deyil. Bu patofiziologiya, vəzilərin həddən artıq böyüməsilə əlaqədardır. Deməli,biz toxumada hansısa dəyişiklik axtarırıq. İndi, xəstədə xronik bronxit diaqnozunu qoymaq üçün klinik diaqnoz kifayətdir, yəni bu zaman heç bir test yoxdur, sadəcə tarixçəyə əsasən müəyyən olunur. Amma, vəfat etmiş xəstələrin ağciyərlərinin müşahidəsi nəticəsində, toxumada dəyişiklik yarandığını bilirik. Hava yolunun bir hissəsini burda üfürdüm. Bunu, mənfəz adlandıracağıq. Mənfəz, borunun iç hissəsi deməkdir. Mənfəz burdadır, hava buradan keçir. Hər iki tərəfdə olan bu qara boşluq isə bronxun divarlarıdır. Əgər hava yolunun en kəsiyini aparsaq, ortadakı hissə mənfəz olacaq. İndi idə bronxun divarı haqda danışacam. Divarlar saya əzələ qatı ilə əhatə olunub. Bizdə öskürək refleksini də yaradan burda olan spazmdır. Mənfəzin düz yaxınlığında olan səthdə isə bu vəzi qatları yerləşir. Onların vəzifəsi,bayaqdan haqqında danışdığımız seliyi ifraz etməkdir. Gördüyünüz kimi onlar səthin altındadırlar. Onların işi isə seliyi mənfəzə ifraz etməkdir. Gəlin bu şəkli tamamlayaq mənfəzdə bir neçə qıcıqlandırıcı da çəkim. Yaxşı. adətən, normal divar bu cür görsənir. biz bunu ancaq vəfat etmiş insanların ağciyərləri laboratoriyada qalanda görmüşük, mikroskop altında ağciyərlərə baxıb