Xronik bronxitin necə yarandığına keçməzdən əvvəl, bədən haq Bu, orqanizmin xarici mühitə girişidir. Gəlin, bunu xarici mühit kimi adlandıraq. Bu girişdən istənilən zaman qıcıqlandırıcılar orqanizmə daxil olur, qıcıqlandırıcılar dedikdə bura aid olmayan və toxumanı iltihablandıran şeyləri nəzərdə tuturam. Bədənin ilk qoruma mexanizması, toxumada yerləşən vəziləri,burada baş verən prosesə cəlb etməkdir. Onlar bu boşluğa maye və yaxud selik ifraz etməlidir. Məqsəd isə, bu mayenin, bu seliyin qıcıqlandırıcılarla qarışıb, bədəndən yuyularaq kənarlaşdırılmasıdır. Əminəm ki, danışdığım bu şey haqda,başqa nümunələr də ağlınıza gəlir,məsələn göz yaşı. Gözünüzə nəsə düşəndə, gözləriniz yaşarır, düzdür? Bu,göz yaşının,gözünüzdəki qıcıqlandırıcını kənarlaşdırmaq üçün baş verən mexaniki hadisədir. Göz yaşı kimi, fırtıq da həmçinin. Bağışlayın,bu biraz iyrəncdi amma burununuzda olmaması lazım olan nəsə olanda, fırtıq onu bədəndən kənarlaşdırmalıdır. Deyəcəyim üçünü nümunə isə, bugün danışacağımız bəlğəmdir. Nəsə, boğazınıza ya da ağciyərlərinizə daxil olduqda ağciyər divarları bəlğəmi əmələ gətirən selik ifraz edir. Ağciyərlərdəki bu sistem öskürək refleksini də tətikləyir, Gəlin bu divarları qırmızı ilə çəkək. Bu divarlar saya əzələ qatı ilə örtülüb və bu bölgə tətiklənəndə, saya əzələ spazma uğrayır, beləliklə də,bəlğəmi kənarlaşdıracaq öskürək refleksi yaranır. Yadınızda saxlayın ki,mən bunu,orqanizmin birinci müdafiə mexanizmi adlandırdım. Bunlar yaxşı şeylərdir, siz bədənin bunu etməsini istəyirsiniz. Xronik bronxit isə ifrat dərəcədə yaxşılığın olmasıdır. Yəni, bu zaman selik o qədər çox ifraz olunur ki, bədən bu qədər şeyi təmizləyə bilmir, onda da xronik bronxit əmələ gəlir. Əlbəttə ki, burdakı "it" hissəsi qıcıqlanmanı göstərir, bronx isə ağciyərlərə işarə edir. Yəni, xronik iltihab və ağciyərlərin qıcıqlanması. Yaxşı, gəlin hava yolu çəkək. Burda traxeyamız , böyük əsas bronx və ondan ayrılan şaxələr var. Belə. Burda 20-30 şaxə var və görürsünüz ki, onlar getdikcə balacalaşır. Ağciyərlərimiz bu cür genişlənir. Bildiyiniz kimi, oksigen ağciyərə daxil olur və karbon dioksid isə xaric olunur. Burdakı qıcıqlandırıcılar isə normalda təmiz olan hava yolunu tutublar, bu zaman ağciyərlərin işi çətinləşəcək. Ağciyərlərimiz üçün ən yayğın xronik qıcıqlandırıcı siqaret çəkməkdir. Belə, bu siaqreti yandırırıq. Siqaretin ucundan çıxan tüstü ağciyərlərə daxil olub qalan milyardlarla hissəciklərdən təşkil olunub. Divarlarda olan vəzilər, cavab reaksiyası olaraq selik ifraz etməyə başlayırlar. Yadınızda saxlayın,bu, qıcıqlandırıcıya qarşı normal cavab reaksiyasıdır. Amma,əlbəttə ki,xroniklərdə davamlı, sabit illərdən söhbət gedir. Hər gün bu cürdür. Axırda, təmiz hava yolu olmalı yer seliklə dolur. Sanki, çubuq vasitəsilə stəkandan nəsə içirsiniz, Bu milkshake qatıdır və çubuğu tıxayır. İndi onu içmək üçün gərək daha güclü sorasınız. Eyni şəkildə, bəzən, selik, ağciyərin bu kiçik şaxəsini tıxaya biləcək qədər yığılır. Bu hissədə artıq qan mübadiləsi gedə bilmir və xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ağciyərin müxtəlif bölgələri, seliyə görə öz üstlərinə düşən tapşırığı yerinə yetirə bilmir.. Biz indi siqaret çəkməyin təsiri haqda danışdıq, amma əlbəttə ki,xronik bronxitə səbəb olan başqa şeylər də var. Vacib səbəblərində biri çirklənmədir. Havada hər zaman milyardlarla çirkləndiricilər də var. Bəzi ölkələrdə bu çox böyük bir problemdir və ona görə xronik bronxit oralarda geniş yayılmışdır. Yaxud da ki,kömür mədənlərində kömür tozuna məruz qalanlar, ya da Əsas tema qıcıqlandırıcının hava yollarına düşməsi və bu halın hər gün baş verməsidir. Əgər sadəcə bir neçə günlük siqaret çəkirəmsə və məndə çoxlu selik yaranırsa,bu məndə xronik bronxit var demək deyil. Bu patofiziologiya, vəzilərin həddən artıq böyüməsilə əlaqədardır. Deməli,biz toxumada hansısa dəyişiklik axtarırıq. İndi, xəstədə xronik bronxit diaqnozunu qoymaq üçün klinik diaqnoz kifayətdir, yəni bu zaman heç bir test yoxdur, sadəcə tarixçəyə əsasən müəyyən olunur. Amma, vəfat etmiş xəstələrin ağciyərlərinin müşahidəsi nəticəsində, toxumada dəyişiklik yarandığını bilirik. Hava yolunun bir hissəsini burda üfürdüm. Bunu, mənfəz adlandıracağıq. Mənfəz, borunun iç hissəsi deməkdir. Mənfəz burdadır, hava buradan keçir. Hər iki tərəfdə olan bu qara boşluq isə bronxun divarlarıdır. Əgər hava yolunun en kəsiyini aparsaq, ortadakı hissə mənfəz olacaq. İndi idə bronxun divarı haqda danışacam. Divarlar saya əzələ qatı ilə əhatə olunub. Bizdə öskürək refleksini də yaradan burda olan spazmdır. Mənfəzin düz yaxınlığında olan səthdə isə bu vəzi qatları yerləşir. Onların vəzifəsi,bayaqdan haqqında danışdığımız seliyi ifraz etməkdir. Gördüyünüz kimi onlar səthin altındadırlar. Onların işi isə seliyi mənfəzə ifraz etməkdir. Gəlin bu şəkli tamamlayaq mənfəzdə bir neçə qıcıqlandırıcı da çəkim. Yaxşı. adətən, normal divar bu cür görsənir. biz bunu ancaq vəfat etmiş insanların ağciyərləri laboratoriyada qalanda görmüşük, mikroskop altında ağciyərlərə baxıb Reid indeksini görə bilərsiniz. Bu indeks vəzilərin qalınlığının, bütün divar qalınlığına nisbətini ölçməyin bir yoludur. Normal Reid indeksi 40%-dən aşağı olur. Burada bu qalınlığın, ümumi divarın qalınlığa nisbətini görə bilərik. Məndə vəya sizdə bu,40%-dən aşağı olmalıdır. Əlbəttə ki, bu orta hissədə qığırdaq ya da birləşdirici toxuma kimi başqa şeylər də var. İndi isə buraları biraz dolduracayıq. Xronik bronxitdə, vəzinin qalınlığı böyüyür. Vzəilər çoxalmağa başlayır çünki bizə o qədər selik lazımdır ki, original miqdar kifayət deyil, beləliklə, orqanizm daha çox vəzi yaratmaq üçün səfərbər olur və onlar saya əzələ qatına kimi genişlənir. Xronik bronxitdə, Reid indeksi 50%-dən yuxarı olur. Bütün divarın qalınlığının yarısından çoxu vəzilərdən ibarət olur. Yadınızda saxlayın ki, bunu qanlı-canlı insanların üstündə etmirik çünki, bunun üçün onların ağciyərlərinin kəsib çıxartmalıyıq. amma adətən xəstələr simptomlara əsasən diaqnoz qoyulub müalicə edilir. Bütün simptomlar da toxumadakı dəyişikliyə və seliyin həddən artıq ifrazına görə üzə çıxır.