Xronik bronxitin necə yarandığına keçməzdən
əvvəl, orqanizmin
çalışma prinsipinə
tez göz gəzdirək.
Bu, orqanizmin xarici mühitə
girişidir.
Gəlin, bunu xarici mühit kimi adlandıraq.
Bu girişdən istənilən zaman
qıcıqlandırıcılar orqanizmə
daxil olur, qıcıqlandırıcılar dedikdə
bura aid olmayan
və toxumanı
iltihablandıran şeyləri nəzərdə tuturam.
Bədənin ilk qoruma
mexanizması, toxumada yerləşən
vəziləri,burada baş verən prosesə cəlb etməkdir.
Onlar bu boşluğa maye və yaxud
selik ifraz etməlidir.
Məqsəd isə, bu mayenin,
bu seliyin
qıcıqlandırıcılarla qarışıb, bədəndən
yuyularaq kənarlaşdırılmasıdır.
Əminəm ki, danışdığım bu şey
haqda,başqa nümunələr də
ağlınıza gəlir,məsələn göz yaşı.
Gözünüzə nəsə düşəndə,
gözləriniz yaşarır, düzdür?
Bu,göz yaşının,gözünüzdəki
qıcıqlandırıcını kənarlaşdırmaq üçün
baş verən mexaniki hadisədir.
Göz yaşı kimi, fırtıq da həmçinin.
Bağışlayın,bu biraz iyrəncdi
amma burununuzda olmaması lazım olan
nəsə olanda, fırtıq onu
bədəndən kənarlaşdırmalıdır.
Deyəcəyim üçünü
nümunə isə,
bugün danışacağımız
bəlğəmdir.
Nəsə, boğazınıza
ya da ağciyərlərinizə daxil olduqda
ağciyər divarları bəlğəmi əmələ gətirən
selik ifraz edir.
Ağciyərlərdəki bu sistem
öskürək refleksini də tətikləyir,
Gəlin bu divarları
qırmızı ilə çəkək.
Bu divarlar saya əzələ
qatı ilə örtülüb
və bu bölgə tətiklənəndə,
saya əzələ spazma uğrayır,
beləliklə də,bəlğəmi kənarlaşdıracaq
öskürək refleksi yaranır.
Yadınızda saxlayın ki,mən
bunu,orqanizmin birinci
müdafiə mexanizmi adlandırdım.
Bunlar yaxşı şeylərdir, siz
bədənin bunu etməsini istəyirsiniz.
Xronik bronxit isə
ifrat dərəcədə yaxşılığın olmasıdır.
Yəni, bu zaman selik o qədər çox ifraz
olunur ki, bədən bu qədər şeyi
təmizləyə bilmir,
onda da xronik bronxit əmələ gəlir.
Əlbəttə ki, burdakı "it" hissəsi
qıcıqlanmanı göstərir,
bronx isə ağciyərlərə işarə edir.
Yəni, xronik iltihab və
ağciyərlərin qıcıqlanması.
Yaxşı, gəlin hava yolu çəkək.
Burda traxeyamız ,
böyük əsas bronx və
ondan ayrılan şaxələr var.
Belə.
Burda 20-30 şaxə var və görürsünüz
ki,
onlar getdikcə balacalaşır.
Ağciyərlərimiz bu cür genişlənir.
Bildiyiniz kimi, oksigen ağciyərə daxil
olur və karbon dioksid isə xaric olunur.
Burdakı qıcıqlandırıcılar isə normalda
təmiz olan hava yolunu tutublar, bu zaman
ağciyərlərin işi çətinləşəcək.
Ağciyərlərimiz üçün ən yayğın
xronik qıcıqlandırıcı
siqaret çəkməkdir.
Belə, bu siaqreti
yandırırıq.
Siqaretin ucundan çıxan
tüstü
ağciyərlərə daxil olub
qalan
milyardlarla hissəciklərdən təşkil olunub.
Divarlarda olan vəzilər,
cavab reaksiyası olaraq
selik ifraz etməyə başlayırlar.
Yadınızda saxlayın,bu, qıcıqlandırıcıya
qarşı normal cavab reaksiyasıdır.
Amma,əlbəttə ki,xroniklərdə
davamlı, sabit
illərdən söhbət gedir.
Hər gün bu cürdür.
Axırda, təmiz hava yolu
olmalı yer
seliklə dolur.
Sanki, çubuqla
stəkandan
milkshake
içirsiniz.
Bu milkshake qatıdır
və çubuğu tıxayır.
İndi onu içmək üçün gərək
daha güclü sorasınız.
Eyni şəkildə, bəzən,
selik, ağciyərin bu kiçik
şaxəsini tıxaya biləcək
qədər yığılır.
Bu hissədə artıq qan mübadiləsi
gedə bilmir və
xəstəliyin ağırlıq
dərəcəsindən asılı olaraq
ağciyərin müxtəlif bölgələri, seliyə görə
öz üstlərinə düşən tapşırığı
yerinə yetirə bilmir..
Biz indi siqaret çəkməyin
təsiri haqda danışdıq,
amma əlbəttə ki,xronik bronxitə
səbəb olan başqa şeylər də var.
Vacib səbəblərində biri çirklənmədir.
Havada hər zaman milyardlarla
çirkləndiricilər də var.
Bəzi ölkələrdə
bu çox böyük bir problemdir
və ona görə xronik bronxit
oralarda geniş yayılmışdır.
Yaxud da ki,kömür mədənlərində
kömür tozuna məruz qalanlar,
ya da asbestosla işləyənlər,
gəmiqayırma işçilərində də yayılmışdır.
Əsas tema qıcıqlandırıcının hava yollarına
düşməsi və bu halın
hər gün baş verməsidir.
Əgər sadəcə bir neçə günlük
siqaret çəkirəmsə və
məndə çoxlu selik yaranırsa,bu
məndə xronik bronxit var demək deyil.
Bu patofiziologiya, vəzilərin
həddən artıq böyüməsilə əlaqədardır.
Deməli,biz toxumada hansısa dəyişiklik axtarırıq.
İndi, xəstədə xronik
bronxit diaqnozunu qoymaq üçün
klinik diaqnoz kifayətdir, yəni bu zaman
heç bir test yoxdur,
sadəcə tarixçəyə əsasən müəyyən olunur.
Amma, vəfat etmiş xəstələrin ağciyərlərinin
müşahidəsi nəticəsində,
toxumada dəyişiklik yarandığını bilirik.
Hava yolunun bir
hissəsini burda üfürdüm.
Bunu, mənfəz adlandıracağıq.
Mənfəz, borunun iç
hissəsi deməkdir.
Mənfəz burdadır,
hava buradan keçir.
Hər iki tərəfdə olan bu qara boşluq isə
bronxun divarlarıdır.
Əgər hava yolunun en
kəsiyini aparsaq,
ortadakı hissə mənfəz olacaq.
İndi idə bronxun
divarı haqda danışacam.
Divarlar saya əzələ qatı ilə
əhatə olunub.
Bizdə öskürək refleksini də yaradan
burda olan spazmdır.
Mənfəzin düz yaxınlığında olan səthdə isə
bu vəzi qatları yerləşir.
Onların vəzifəsi,bayaqdan haqqında
danışdığımız seliyi ifraz etməkdir.
Gördüyünüz kimi onlar
səthin altındadırlar.
Onların işi isə seliyi
mənfəzə ifraz etməkdir.
Gəlin bu şəkli tamamlayaq
mənfəzdə bir neçə qıcıqlandırıcı da çəkim.
Yaxşı.
adətən, normal divar bu
cür görsənir.
Bunu qiymətləndirmək üçün
bir yol var.
Bunu da ancaq,
ancaq vəfat etmiş
insanların ağciyərləri
laboratoriyada qalanda görmüşük,biz
mikroskop altında ağciyərlərə
baxıb Reid indeksini görə bilərik.
Bu indeks vəzilərin
qalınlığının, bütün divar qalınlığına
nisbətini ölçməyin
bir yoludur.
Normal Reid indeksi 40%-dən aşağı olur.
Burada bu qalınlığın, ümumi divarın
qalınlığa nisbətini görə bilərik.
Məndə vəya sizdə bu,40%-dən aşağı olmalıdır.
Əlbəttə ki, bu orta hissədə
qığırdaq ya da birləşdirici toxuma
kimi başqa şeylər də var.
İndi isə buraları
biraz dolduracayıq.
Xronik bronxitdə, vəzinin
qalınlığı
böyüyür.
Vzəilər çoxalmağa başlayır
çünki bizə o qədər selik lazımdır ki,
original miqdar kifayət deyil,
beləliklə, orqanizm daha çox
vəzi yaratmaq üçün
səfərbər olur və onlar saya əzələ qatına kimi genişlənir.
Xronik bronxitdə,
Reid indeksi 50%-dən yuxarı olur.
Bütün divarın qalınlığının
yarısından çoxu
vəzilərdən ibarət olur.
Yadınızda saxlayın ki, bunu
qanlı-canlı insanların üstündə etmirik
çünki, bunun üçün onların ağciyərlərinin kəsib çıxartmalıyıq.
Bu, xəstəliyi qiymətləndirmək
üçün bir yoldur,
amma adətən xəstələr simptomlara
əsasən diaqnoz qoyulub müalicə edilir.
Bütün simptomlar da
toxumadakı dəyişikliyə və
seliyin həddən artıq ifrazına görə üzə çıxır.