Xronik bronxitin necə yarandığına keçməzdən
əvvəl, orqanizmin
çalışma prinsipinə
tez göz gəzdirək.
Bu, orqanizmin xarici mühitə
girişidir.
Gəlin, bunu xarici mühit kimi adlandıraq.
Bu girişdən istənilən zaman
qıcıqlandırıcılar orqanizmə
daxil olur, qıcıqlandırıcılar dedikdə
bura aid olmayan
və toxumaya zərər vura
biləcək şeyləri nəzərdə tuturam.
Bədənin ilk müdafiə
mexanizmi, toxumada yerləşən
vəziləri, burada baş verən
prosesə cəlb etməkdir.
Onlar bu boşluğa maye və yaxud
selik ifraz etməlidirlər.
Məqsəd bu mayenin,
bu seliyin
qıcıqlandırıcılarla qarışıb, bədəndən
yuyularaq kənarlaşdırılmasıdır.
Əminəm ki, danışdığım bu şey
haqda başqa nümunələr də
ağlınıza gəlir,məsələn göz yaşı.
Gözünüzə nəsə düşəndə,
gözləriniz yaşarır, düzdür?
Bu, göz yaşının gözünüzdəki
qıcıqlandırıcını kənarlaşdırması üçün
baş verən mexaniki hadisədir.
Göz yaşı kimi, fırtıq da həmçinin.
Bağışlayın,bu biraz iyrəncdi,
amma burnunuzda yad cisim
olduqda, fırtıq onu
bədəndən kənarlaşdırmalıdır.
Deyəcəyim üçüncü
nümunə isə
bugün danışacağımız
bəlğəmdir.
Nəsə, boğazınıza
ya da ağciyərlərinizə daxil olduqda
ağciyər divarları bəlğəmi əmələ gətirən
selik ifraz edir.
Ağciyərlərdəki bu sistem
öskürək refleksini də tətikləyir.
Gəlin bu divarları
qırmızı ilə çəkək.
Bu divarlar saya əzələ
qatı ilə örtülüb
və bu bölgə tətiklənəndə,
saya əzələ spazma uğrayır,
beləliklə də,bəlğəmi kənarlaşdıracaq
öskürək refleksi yaranır.
Yadınızda saxlayın ki,mən
bunu,orqanizmin birinci
müdafiə mexanizmi adlandırdım.
Bu orqanizm üçün
faydalıdır.
Xronik bronxit isə
ifrat dərəcədə müdafiənin
nəticəsidir.
Yəni, bu zaman selik o qədər çox istehsal
olunur ki, bədən bu qədər şeyi
təmizləyə bilmir və
xronik bronxit əmələ gəlir.
Əlbəttə ki, burdakı "it" hissəsi
qıcıqlanmanı göstərir,
bronx isə ağciyərlərə işarə edir.
Yəni, xronik iltihab və
ağciyərlərin qıcıqlanması.
Yaxşı, gəlin hava yolu çəkək.
Burda traxeyamız ,
böyük əsas bronx və
ondan ayrılan şaxələr var.
Belə.
Burda 20-30 şaxə var və görürsünüz
ki,
onlar getdikcə balacalaşır.
Ağciyərlərimiz bu cür genişlənir.
Bildiyiniz kimi, oksigen ağciyərə daxil
olur və karbon dioksid isə xaric olunur.
Burdakı qıcıqlandırıcılar isə normalda
təmiz olan hava yolunu tutublar, bu zaman
ağciyərlərin işi çətinləşəcək.
Ağciyərlərimiz üçün ən yayğın
xronik qıcıqlandırıcı
siqaret çəkməkdir.
Belə, bu siqareti
yandırırıq.
Siqaretin ucundan çıxan
tüstü
ağciyərlərə daxil olub
qalan
milyardlarla hissəciklərdən təşkil olunub.
Divarlarda olan vəzilər,
cavab reaksiyası olaraq
selik ifraz etməyə başlayırlar.
Yadınızda saxlayın,bu, qıcıqlandırıcıya
qarşı normal cavab reaksiyasıdır.
Amma,əlbəttə ki,xroniklərdə
davamlı, sabit
illərdən söhbət gedir.
Hər gün bu cürdür.
Axırda, təmiz hava yolu
olmalı yer
seliklə dolur.
Sanki, çubuqla
stəkandan
milkshake
içirsiniz.
Bu milkshake qatıdır
və çubuğu tıxayır.
İndi onu içmək üçün gərək
daha güclü sorasınız.
Eyni şəkildə, bəzən,
selik, ağciyərin bu kiçik
şaxəsini tıxaya biləcək
qədər yığılır.
Bu hissədə qan mübadiləsi
gedə bilmir və
xəstəliyin ağırlıq
dərəcəsindən asılı olaraq
ağciyərin müxtəlif bölgələri, seliyə görə
öz üstlərinə düşən tapşırığı
yerinə yetirə bilmir.
Biz indi siqaret çəkməyin
təsiri haqda danışdıq,
amma əlbəttə ki,xronik bronxitə
səbəb olan başqa şeylər də var.
Vacib səbəblərindən biri çirklənmədir.
Havada hər zaman milyardlarla
çirkləndirici var.
Bəzi ölkələrdə
bu çox böyük bir problemdir
və ona görə xronik bronxit
oralarda geniş yayılmışdır.
Yaxud da ki, kömür mədənlərində
kömür tozuna məruz qalanlar,
ya da asbestlə işləyənlər,
gəmiqayırma işçilərində də yayılmışdır.
Əsas mövzu qıcıqlandırıcının
hava yollarına
düşməsi və bu halın
hər gün baş verməsidir.
Əgər sadəcə bir neçə günlük
siqaret çəkirəmsə və
məndə çoxlu selik yaranırsa,bu
məndə xronik bronxit var demək deyil.
Bu patofiziologiya, vəzilərin
həddən artıq böyüməsilə əlaqədardır.
Deməli,biz toxumada hansısa dəyişiklik axtarırıq.
İndi, xəstəyə xronik
bronxit diaqnozunu qoymaq üçün
klinik diaqnoz kifayətdir, yəni bu zaman
heç bir test yoxdur,
sadəcə tarixçəyə əsasən müəyyən olunur.
Amma, vəfat etmiş xəstələrin ağciyərlərinin
müşahidəsi nəticəsində,
toxumada dəyişiklik yarandığını bilirik.
Hava yolunun bir
hissəsini burda daha geniş göstərdim.
Bunu, mənfəz adlandıracağıq.
Mənfəz, borunun iç
hissəsi deməkdir.
Mənfəz burdadır,
hava buradan keçir.
Hər iki tərəfdə olan bu qara boşluq isə
bronxun divarlarıdır.
Əgər hava yolunun en
kəsiyini aparsaq,
ortadakı hissə mənfəz olacaq.
İndi idə bronxun
divarı haqda danışacam.
Divarlar saya əzələ qatı ilə
əhatə olunub.
Bizdə öskürək refleksini də yaradan
burda olan spazmdır.
Mənfəzin düz yaxınlığında olan səthdə isə
bu vəzi qatları yerləşir.
Onların vəzifəsi,bayaqdan haqqında
danışdığımız seliyi ifraz etməkdir.
Gördüyünüz kimi onlar
səthin altındadırlar.
Onların işi isə seliyi
mənfəzə ifraz etməkdir.
Gəlin bu şəkli tamamlayaq.
Mənfəzdə bir neçə qıcıqlandırıcı çəkim.
Yaxşı.
Adətən, normal divar bu
cür görsənir.
Bunu qiymətləndirmək üçün
bir yol var.
Bunu da ancaq,
vəfat etmiş
insanların ağciyərləri
laboratoriyada qalanda görmüşük,biz
mikroskop altında ağciyərlərə
baxıb Reid indeksini görə bilərik.
Bu indeks vəzilərin
qalınlığının, bütün divar qalınlığına
nisbətini ölçməyin
bir yoludur.
Normal Reid indeksi 40%-dən aşağı olur.
Burada bu qalınlığın, ümumi divarın
qalınlığa nisbətini görə bilərik.
Məndə vəya sizdə bu,40%-dən aşağı olmalıdır.
Əlbəttə ki, bu orta hissədə
qığırdaq ya da birləşdirici toxuma
kimi başqa şeylər də var.
İndi isə buraları
biraz dolduracayıq.
Xronik bronxitdə, vəzi qatının
qalınlığı
artır.
Vəzilər çoxalmağa başlayır
çünki bizə o qədər selik lazımdır ki,
orijinal miqdar kifayət deyil,
beləliklə, orqanizm daha çox
vəzi yaratmaq üçün
səfərbər olur və onlar saya əzələ qatına kimi genişlənir.
Xronik bronxitdə,
Reid indeksi 50%-dən yuxarı olur.
Yəni bütün divarın qalınlığının
yarısından çoxu
vəzilərdən ibarət olur.
Yadınızda saxlayın ki, bunu
canlı insanların üstündə etmirik,
çünki bunun üçün onların
ağciyərlərinin kəsib çıxartmalıyıq.
Bu, xəstəliyi qiymətləndirmək
üçün bir yoldur,
amma adətən xəstələrə simptomlara
əsasən diaqnoz qoyulur və müalicə edilir.
Bütün simptomlar da
toxumadakı dəyişikliyə və
seliyin həddən artıq
istehsalına görə üzə çıxır.