Normal bir iqtisadiyyatda
məşğulluğun ümumi
tələbinin artacağını bilirik.
Əgər bizdə yüksək məşğulluq
və ya az işsizlik varsa,
insanlar daha çox işə
sahib olacaqlar və
daha yüksək maaş alacaqlar
və bu da daha yüksək
tələbə səbəb olacaqdır.
Yaxud əksinə gedərsə,
işlərini itirsələr,
tələb azalacaq, maaşlar
azalmağa başlayacaq
və insanların cibində pul olmayacaq.
Buna görə məşğulluq tələbi artır.
Tələbi görə bilərik - və mən
burada böyük bir sadələşdirmə aparıram -
tələb istehsalın inkişafına
səbəb olacaqdır.
Bəlkə, onu təklif
kimi düşünək?
Bu, tələb artıracaq və qiyməti idarə edəcək.
Əlbətdə ki, hər ikisi üçün
mənfi rəylər var.
Tələb yüksəkdirsə və qiymət yüksəkdirsə,
bu tələb üçün bir az mənfi hal
ola bilər.
Oxun əvəzinə, buradakı bu
xətt mənfi rəy deməkdir.
Burada az mənfi işarəsi qoyacağam.
Deyək ki, tələb yüksəkdir,
buna görə də təklif də yüksəkdir.
Əslində, təklifin yüksək olması
qiymətin aşağı düşməsinə səbəb olardı.
Bəlkə, mən də buradakı kimi
mənfi rəy yazmalıyam.
Yüksək təklif aşağı qiymət deməkdir.
Ancaq bu videoda nəzərinizə çatdırmaq
istədiyim bu deyil.
Burada daha çox sətir
əlavə eedə bilərik.
Ancaq bu, çox sadə yanaşmadır.
Lakin ümumi fikir budur ki,
təklif və qiymət, hətta,
fərdi bir iş sahibi üçün
belə korporativ mənfəəti və ya
ümumiyyətlə,mənfəəti artıracaqdır.
Sonra mənfəət məşğulluğu artıracaq.
İndi belə bir vəziyyət təsəvvür edək.
Pis iqtisadiyyatdayıq, bəlkə də
depressiyaya bənzər bir iqtisadiyyatdayıq.
Beləliklə, bu vəziyyətdə,
həqiqətən, bu dairənin
istənilən nöqtəsindən
başlaya bilərsiniz.
Yalnız məşğulluqdan başlayacağam.
Tutaq ki,
məşğulluq, həqiqətən, azdır.
Onda bu, tələbi aşağı salacaq.
Tələb həqiqətən azdırsa, təklif
azalacaq, qiymət də enəcək.
Bundan sonra mənfəət azalacaq.
Bu, məşğulluğu daha da
aşağı səviyyəyə gətirəcəkdir.
Beləliklə, tapdığımız bu cür
tənəzzül və ya depressiya sahəsi mühitinə
deflyasiya spiralı deyilir.
Bu, bir spiraldır, çünki pis bir
iqtisadiyyat aşağı qiymətlərə
sürükləyir və bu da pis bir
iqtisadiyyata aparır.
Vəziyyəti daha da
pisləşdirmək üçün, bu, kifayət
qədər uzun müddət davam
edərsə və ya bu qiymət
enmələri kifayət qədər şiddətli olarsa,
insanların “baxın, cibimdə bu dollar var”
deyənlərini xəyal edə bilərsiniz.
Bu dolları xərcləməyəcəyəm, çünki hər
an işimi itirə bilərəm və bilirəm ki,
dollar daha da güclənir, gözlədiyim hər
dəqiqə daha çoxunu ala bilərəm.
Qiymət aşağı düşdükcə, bütün bu qorxunc
hadisələr baş verdikcə , məşğulluq azalır,
mənfəət azalır, qiymətlər
enir. Bu da insanları malları
inflyasiya spiralında edəcəkləri şəkildə
yığmamağa məcbur edir.
Ancaq bu, onları pula qənaət etməyə məcbur edir.
Mərkəzi bankirlər və ya
hökumətlər üçün niyə
son dərəcə qorxulu olmasının səbəbi
iqtisadiyyat üzərində yetəri qədər nəzarətə sahib olmamalarıdır.
Yalnız çap maşınlarını işlətməklə bu
vəziyyətdə iqtisadiyyatı
stimullaşdırmağa çalışa
bilməzlər, çünki əgər insanlar bu
gün belə mühafizəkardırlarsa, --
təsəvvür edin ki, bəlkə, bir
depressiya illərlə və illərlə davam edir.
Deyək ki, bir növ vertolyot götürürlər.
Bu, əslində pul kütləsinə
necə pul payladığınız
deyil, ancaq bir nümunə göstərmək üçündür.
Beləliklə, bir vertolyot götürürlər və
insanlara pul atmağa başlayırlar.
Nağd pul çap edirlər və
insanlara atmağa başlayırlar.
Beləliklə, ölkədəki hər kişi, qadın və
uşaq 10 dollarlıq çek alır.
İnsanlar, həqiqətən, qorxurlarsa, o 10
dollarlıq əskinasları götürüb
döşəklərinə dolduracaqlar
və heç nə dəyişməyəcək.
Bu dollar əslində pul
kütləsinə girməyəcək.
Dövriyyəsi 0 olacaq.