Gəlin biraz tənlikləri həll etməyə
çalışaq.
Gəlin deyək ki, bizim 1/3 üstəgəl A
bərabərdir 5/3 ifadəmiz var.
Bu tənliyin cavabı olan A nəyə bərabərdir?
Əgər mənim 1/3 + A ifadəm varsa, 1/3-lə
topladıqda 5/3 alınması üçün A neçə olmalıdır?
Bunu həll etməyin bir neçə yolu var
və tənliklər haqqında maraqlı olan da elə
onlaın sadəcə
bir yolla həll olmamalarıdır.
Amma gəlin mənə görə ən sadə olan yolla
həll edək.
Həmişəki kimi mən bunu etməzdən qabaq siz
videonu saxlayın özünüz cəhd etməlisiniz.
Düşünmək istədiyim odur ki, ifadənin
sadəcə bir tərəfində A ola bilər?
Sol tərəfdə olduğundan, gəlin
onu solda saxlamağa çalışaq,
amma 1/3-ləri çıxaraq.
Ən sadə yol tənliyin
sol tərəfindən
1/3 çıxmaqdır.
Mən indi bunu tənliyin sol tərəfindən
həll edə bilərəm.
Əgər 1/3 + A = 5/3 olarsa
və mən tənliyin sadəcə sol tərəfindən
1/3 çıxsam,
onda onlar artıq bərabər olmayacaq.
Onda bu 1/3 daha az olacaq,
hansı ki, dəyişməyəcək.
Solda gördüyünüz hissə
5/3-dən kiçik olacaq.
Tənliyi bərabər saxlamaq üçün solda
etdiklərimi sağda da etməliyəm.
Mən hər iki tərəfdən 1/3 çıxmalıyam.
Əgər belə etsəm, onda sol tərəfdə
1/3 çıxılsın 1/3 olar, burada
1/3-dən 1/3 çıxdım
və burada 5/3 çıxılsın 1/3 bərabərdir A
qalır 5/3 çıxılsın 1/3,
çıxılsın 1/3 və bu neçəyə bərabər olacaq?
Burada məndə 5/3 var və
ondan 1/3-i çıxıram.
Onda 4/3 qalacaq.
Mən A = 4/3 yaza bilərdim.
Bunun doğruluğunu yoxlaya bilərsiniz.
1/3 + 4/3 = 5/3.
Gəlin başqa bir nümunəyə baxaq.
Gəlin düşünək ki, bizim K - 8 = 11.8
tənliyimiz var.
Bir daha K-nı tapmaq istəyirəm.
Mən sadəcə sol tərəfdə K qalmasını istəyirəm.
Mən buradakı çıxmanı yəni səkkizi istəmirəm.
Bu səkkizi yox etmək üçün gəlin sol
tərəfə səkkiz əlavə edək.
Təbii ki, mən bunu sol tərəfdə etsəm,
onda sağ tərəfdə də etməliyəm.
Biz hər iki tərəfə səkkiz əlavə edirik.
Sol tərəfdə isə səkkiz çıxırsınız və
səkkizi əlavə edirsiniz.
Bunlar ixtisar olunacaq və
sadəcə K qalacaq.
Sağ tərəfdə isə 11.8 + 8.
Deməli, 11 + 8 = 19, deməli bu 19.8 olacaq.
Bir daha bunu etdik və siz sualın
cavabını yoxlaya bilərsiniz.
19.8 - 8 = 11.8.
Gəlin birini də edək çox maraqlıdır.
Deməli, düşünək ki, mənim T - 6/13 = 5/13
formasında tənliyim var.
Bu maraqlıdır çünki, indi dəyişənim
sağ tərəfdədir.
Gəlin onu burada saxlayaq.
Gəlin indi sağ tərəfdəkiləri çıxarıb T-ni
tapmağa çalışaq.
Əvvəl etdiyim kimi 6/13-nı çıxıramsa,
niyə yenə əlavə etmirəm?
Niyə elə 6/13-nı toplamıram?
Mən bunu sadəcə sağda edə bilmərəm.
Çünki, bu halda hər iki tərəf bərabər olmaz,
deməli, bərabərliyi saxlamaq üçün sol
tərəfdə də etməliyəm.
Nə baş verir?
Necə olur?
Sol tərəfdə,
biraz boşluqda yazım bunu,
orada 5/13 + 6/13,
+ 6/13
bərabərdir...
Deməli, mən 6/13-nı çıxırdım, indi isə
toplayıram.
Deməli onlar sadəcə sıfıra bərabər olacaq.
6/13 çıxılsın 6/13 = 0, deməli T qalır.
Deməli, T budur.
Əgər 5/13 varsa və ona 6/13 əlavə edirəmsə,
onda 11/13 olacaq.
Deməli, bu 11/13 bərabər T olacaq
və ya bunu fərqli formada yaza bilərəm.
T = 11/13 kimi.