Gəlin verilən tənliyi
həll
etməyə çalışaq.
Gəlin deyək ki, bizim 1/3 üstəgəl a
bərabərdir 5/3 ifadəmiz var.
Bu tənliyin cavabı olan a nəyə bərabərdir?
Əgər mənim 1/3 üstəgəl a
ifadəm varsa, 1/3-lə
topladıqda 5/3 alınması üçün
a neçə olmalıdır?
Bunu həll etməyin bir neçə yolu var
və tənliklər haqqında maraqlı olan da elə
onların həlli
yollarının çox olmasıdır.
Amma gəlin mənə görə ən sadə olan yolla
həll edək.
Həmişəki kimi mən bunu etməzdən öncə siz
videonu saxlayıb özünüz cəhd etməlisiniz.
Düşünmək istədiyim odur ki, ifadənin
sadəcə bir tərəfində a ola bilər?
Sol tərəfdə olduğundan, gəlin
onu solda saxlamağa çalışaq,
amma 1/3-i çıxaraq.
Ən sadə yol tənliyin
sol tərəfindən
1/3 çıxmaqdır.
Mən indi bunu tənliyin hər iki tərəfinə
tətbiq etməliyəm.
Əgər 1/3 üstəgəl a bərabərdir 5/3 olarsa
və mən tənliyin sadəcə sol tərəfindən
1/3 çıxsam,
onda onlar artıq bərabər olmayacaq.
Onda bu 1/3 daha az olacaq,
bu isə dəyişməyəcək.
Solda gördüyünüz hissə
5/3-dən kiçik olacaq.
Tənliyi bərabər saxlamaq üçün solda
etdiklərimi sağda da etməliyəm.
Mən hər iki tərəfdən 1/3 çıxmalıyam.
Əgər belə etsəm, onda sol tərəfdə
1/3 çıxılsın 1/3 olar, burada
1/3-dən 1/3 çıxdım
və burada a bərabərdir
5/3 çıxılsın 1/3 qalır.
5/3 çıxılsın
1/3 və bu neçəyə bərabər olacaq?
Burada məndə 5/3 var və
ondan 1/3-i çıxıram.
Onda 4/3 qalacaq.
Mən a bərabərdir 4/3 yaza bilərdim.
Bunun doğruluğunu
yoxlaya bilərsiniz.
1/3 üstəgəl 4/3 bərabərdir 5/3.
Gəlin başqa bir nümunəyə baxaq.
Gəlin düşünək ki, bizim k
çıx 8 bərabərdir 11.8 tənliyimiz var.
və mən k-nı tapmaq istəyirəm.
Mən sadəcə sol tərəfdə
k qalmasını istəyirəm.
Mən buradakı çıxmanı,
yəni səkkizi istəmirəm.
Bu səkkizdən qurtulmaq üçün gəlin sol
tərəfə səkkiz əlavə edək.
Təbii ki, mən bunu sol
tərəfdə etsəm,
onda sağ tərəfdə də etməliyəm.
Biz hər iki tərəfə səkkiz əlavə edirik.
Sol tərəfdə isə səkkiz çıxırsınız və
səkkizi əlavə edirsiniz.
Bunlar ixtisar olunacaq və
sadəcə k qalacaq.
Sağ tərəfdə isə 11.8 üstəgəl 8.
Deməli, 11 üstəgəl 8 bərabərdir 19.
Deməli, bu 19.8 olacaq.
Bir daha bunu etdik və siz sualın
cavabını yoxlaya bilərsiniz.
19.8 çıx 8 bərabərdir 11.8.
Gəlin birini də edək.
Deməli, düşünək ki, 5/13 bərabərdir
t çıx 6/13 formasında tənliyim var.
Bu maraqlıdır, çünki indi məchul
sağ tərəfdədir.
Gəlin onu burada saxlayaq.
Gəlin indi sağ tərəfdəkiləri çıxarıb t-ni
tapmağa çalışaq.
Əvvəl etdiyim kimi 6/13-nı çıxıramsa,
niyə yenə əlavə etməyim?
6/13 əlavə edə bilərəm.
Mən bunu sadəcə sağda edə bilmərəm.
Çünki bu halda hər iki tərəf bərabər olmaz,
deməli, bərabərliyi saxlamaq üçün sol
tərəfdə də etməliyəm.
Nə baş verir?
Necə olur?
Sol tərəfdə,
biraz boşluqda yazım bunu,
orada 5/13 üstəgəl
6/13
bərabərdir...
Deməli, mən 6/13-nı çıxırdım, indi isə
əlavə edirəm.
Deməli, onlar sadəcə sıfıra bərabər olacaq.
6/13 çıxılsın 6/13 bərabərdir 0.
Deməli, t qalır.
Deməli, t budur.
Əgər 5/13 varsa və ona 6/13 əlavə edirəmsə,
onda 11/13 alınacaq.
Deməli, bu 11/13 bərabər t olacaq
və ya bunu fərqli formada yaza bilərəm.
t = 11/13.