Toplamanın yerdəyişmə
qanunundan istifadə edərək
5 + 5 + 8 misalını həll edək
və cəmi tapaq.
Yerdəyişmə qanuna əsasən, toplananların
yerini dəyişdikdə cəm dəyişmir.
Yəni, misalı hansı ardıcıllıqla etməyin
fərqi yoxdur.
Belə ki, biz bunu 5 + 8 + 5.
və ya 5 + 5 + 8 .
və ya 8 + 5 + 5 olaraq hesablaya bilərik.
Eyni rəqəmlərdən istifadə etdiyimizə görə
bu məntiqlidir.
Əgər 5 qələmim varsa, ona əvvəl 8 sonra 5
qələm də əlavə edirəmsə alınan say,
əvvəl 5 sonra isə 8 qələm aldıqda
alınan saya bərabərdir.
Bunların hər birini
yoxlaya bilərsiz.
Nəticə eyni olacaq.
İndi cəmi tapaq.
Cəmi tapmağın ən asan yolu--
gəlin hamısı ilə hesablayaq.
Amma ən asan yolu 5 + 5-lə başlamaqdır.
Çünki hamı həmin an bilir ki,
5 + 5 = 10.
Beləliklə, 5 + 5 = 10
10 + 8 = 18
Gəlin təsdiq edək ki, bu ikisi eynidirlər.
Burada, 5 + 8 = 13.
13 + 5 = 18.
Bu da həmçinin 18 edir.
Əgər aşağı düşsək, 8 + 5 = 13.
13 + 5 həmçinin 18 - ə bərabərdir.
Beləliklə, misalı necə və hansı
ardıcıllıqla etməyinizin fərqi yoxdur.
Toplananların yerini dəyişdikdə
cəm dəyişmir.