Toplamanın yerdəyişmə qanunundan istifadə edərək 5 + 5 + 8 misalını həll edək və cəmi tapaq. Yerdəyişmə qanuna əsasən, toplananların yerini dəyişdikdə cəm dəyişmir. Yəni, misalı hansı ardıcıllıqla etməyin fərqi yoxdur. Belə ki, biz bunu 5 + 8 + 5. və ya 5 + 5 + 8 . və ya 8 + 5 + 5 olaraq hesablaya bilərik. Eyni rəqəmlərdən istifadə etdiyimizə görə bu məntiqlidir. Əgər 5 qələmim varsa, ona əvvəl 8 sonra 5 qələm də əlavə edirəmsə alınan say, əvvəl 5 sonra isə 8 qələm aldıqda alınan saya bərabərdir. Bunların hər birini yoxlaya bilərsiz. Nəticə eyni olacaq. İndi cəmi tapaq. Cəmi tapmağın ən asan yolu-- gəlin hamısı ilə hesablayaq. Amma ən asan yolu 5 + 5-lə başlamaqdır. Çünki hamı həmin an bilir ki, 5 + 5 = 10. Beləliklə, 5 + 5 = 10 10 + 8 = 18 Gəlin təsdiq edək ki, bu ikisi eynidirlər. Burada, 5 + 8 = 13. 13 + 5 = 18. Bu da həmçinin 18 edir. Əgər aşağı düşsək, 8 + 5 = 13. 13 + 5 həmçinin 18 - ə bərabərdir. Beləliklə, misalı necə və hansı ardıcıllıqla etməyinizin fərqi yoxdur. Toplananların yerini dəyişdikdə cəm dəyişmir.