Deyək ki, bu ev
bir neçə həftədir ki bazardadır və
qiyməti 310 000 dollardır.
Bu, sizin bəyəndiyiniz evdir
və bu evi almaq üçün
bazardasınız. Fikirləşirsiniz ki,
bu, mənim və ailəmin birlikdə yaşaya
biləcəyi evdir, mən
bu evi almaq istəyirəm.
Amma bu qiymətin bir neçə
həftədir
bazarda olduğunu
düşünürsünüz.
Daha yaxşı sövdələşmə ola biləcəyini
düşünürsünüz və təklif etmək
qərarına gəlirsiniz.
Siz daha aşağı, yəni 300 000 dollar
təklif edirsiniz.
Sual budur ki, təklif vermək üçün siz
və ya sizin təmsilçiniz
necə edir?
Siz prosses boyu sadəcə satıcıya
ya da onun agentliyinə yaxınlaşaraq
sizə 300 000 dollar təklif edirik
deyə bilməzsiniz.
Çünki onlar sizin ciddi
olub-olmadığınızı bilmirlər.
Onlar sizin həqiqətən bunu almaq üçün
pulunuzun olub-olmadığını, buna uyğun
vəzifədə olduğunuzu və ya sadəcə
boş yerə vaxt sərf etdiyinizi bilmirlər.
Onların vaxtını boş yerə sərf etmədiyinizi
sübut etmək üçün siz təklif müqaviləsi
hazırlayır və doldurursunuz.
Təklif müqaviləsində nəyin
yazılmalı olduğu haqqında
düşünək.
Təmsilçinizdən, daşınmaz
əmlak üzrə vəkilinizdən və ya
internetdən bunların müəyyən formalarını
tapıb müqavilə hazırlaya bilərsiniz.
Burada bilmək istədiyiniz
əsas məlumatlar var.
Burada əsasən
mülk,
onun adresi,
alıcı,
satıcı, müqavilənin
nə haqqında
olması kimi
məlumatlar yazılır.
Bu, əmlak və bu
müqaviləyə
kimin daxil olması ilə
əlaqədardır.
Sonra isə öz
təklifiniz
haqqında məlumatlar
əlavə edirsiniz.
Siz 300 000 dollar təklif
edəcəyinizi deyirsiniz.
Onlara bu məsələdə
ciddi olduğunuzu
sübut etməyə çalışırsınız.
Bu qərar ciddi qəbul olunur və
siz bu müqaviləni imzaladıqda
əmanət və ya depozit vermək
səciyyəvidir.
Yüksək depozit daha yaxşıdır,
çünki o, sizin bu müqavilədə
nə qədər ciddi
olduğunuzu göstərir.
Depozitin miqdarı evin həqiqi
qiymətinin 1, 2, 3
4, 5 faizi ola bilər.
Ən çox rastlaşdığım 3 faizdir,
amma 3% olmaq məcburiyyətində deyil.
Bu, satıcı üçün sizin ciddi
olduğunuzun göstəricisidir.
Beləliklə, siz müqaviləyə əsasən
təklif qiymətinin 3%-ni
təşkil edən çek yazırsınız.
300 000 dolların 3%-i
9 000 dollardır, yəni
bu, 9 000 dollarlıq çekdir.
Bəzi yerlərdə bu, faizlə
ifadə olunmur.
Onlar sadəcə 1 000, 2 000 dollar
yaxud hər hansı bir məbləğ
ödənməsini istəyirlər.
Bu pul müqaviləyə əsasən
yazdığınız bir təklif çekidir.
Bu, sizin ciddi olduğunuzu
göstərir.
Hər hansı bir səbəbdən müqaviləni
yerinə yetirmədikdə satıcı
həmin pulu saxlaya bilər.
Bu da yenidən sizin ciddiliyinizin
göstəricisidir.
Bu, sizin qərarlı olduğunuzu,
sizi ciddi qəbul etməli
olduqlarını
və artıq əmlakın bağlanılması
prosessinə
başlamalı olduqlarını
göstərir.
Əmlakın bağlanması haqqında
növbəti videolarda danışacağıq.
İndi bu əmlakı birbaşa
almayacağınızı fikirləşə
bilərsiniz.
Bu evi dolaşdım, xoşladım,
ətraf əraziləri
bəyəndim və yaxşı
vəziyyətdə
olduğunu düşündüyünüzü
deyə bilərsiniz.
Ancaq bunu araşdırmadan,
mütəxəsislər gətirib buranın yaxşı
vəziyyətdə olduğuna əmin olmadan
buna inana bilməzsiniz.
Buna əmin olmaq üçün
müqaviləyə bəzi
gözlənilməz halların əlavə
edilməsi normaldır.
Ən sıradan hallardan biri sizin araşdırma
tələb etməyinizdir.
Siz termitləri, evin təməlini,
santexnikanı və elektriki yoxlayıb
təhlükəsiz olduğuna
əmin olmaq istəyirsiniz.
Yoxlama zamanı ev sizin
düşündüyünüz
kimi olmazsa, müqaviləni
ləğv edib depoziti
geri alma hüququnuz var.
Əlavə şərtlər qoymaq
istədiyiniz sahələr ola bilər.
Siz 300 000 dolları əldə
edəcəyinizi düşünürsünüz.
Bəlkə, depozit üçün yetərli
pul yığmısınız.
Siz bu məbləğin 20%-ni, yəni
60 000 dollar və ya
70, 80 min dollar yığmış
ola bilərsiniz.
Sizin gələcək videolarda danışacağımız
bağlanma xərclərini ödəməyə pula
ehtiyacınız olacaq.
Siz mebel almaq üçün 70, 80 min dollar
yığmısınız, qalanını isə borc alacaqsınız.
Bunu bankdan borc alacaqsınız.
Bank sizə məktub yazaraq
gəlirinizə və kredit keçmişinizə
əsaslanaraq kreditiniz əvvəlcədən
təstiqləndiyini və sizə kredit
verəcəyini bildirir.
Ancaq bu, kredit almaqla
eyni deyil.
Bankın əvvəl fərqinə varmadığı
nəsə baş verə bilər və ya
kreditinizin təstiqləndiyi vaxt ilə
onu alacağınız vaxt arasında
vəziyyət dəyişə bilər.
Başqa bir gözlənilməz halda
ola bilər.
Siz bu evi almaq istədiyinizi, amma
maliyyə dəstəyi olmadan
onu ala bilməyəcəyinizi
deyə bilərsiniz.
Digər məsələ isə
sığorta ilə bağlı ola bilər.
Niyə sığorta ilə bağlı şərtlərə
ehtiyacınız olsun?
Buna az rast gəlinir,
ona görə də
buraya ulduz qoyacam.
Bura çoxlu daşqınlar olan
bir yer ola bilər.
Köhnə ev sahibinin
daşqına qarşı
sığortası var idi.
Amma indi sığorta şirkəti yeni sığorta
vermir, çünki ərazi
daşqına meyllidir.
Daşqın sığortası bura əlavə olunur.
Bu evi almaq istədikdə sizə lazım olan
və ya lazım ola biləcəklər
haqqında ayrıca başlıq var.
Bunun haqqında növbəti videolarda
danışacağıq.
Bunlardan biri ilə bağlı
problem yaranarsa,
bu, sizə müqaviləni ləğv
etmək haqqı verir.
Siz rəqabətli bir əmlak
bazarındasınızsa,
insanlar eyni əmlak üçün
bir çox təklif verirsə,
hətta bəziləri nağd pulla
ödəmək kimi yaxşı
təkliflər irəli sürürsə,
gözlənilməz halların olması
atipik deyil.
Çünki satıcılar daha ciddi
alıcılara üstünlük verir.
Kimsə bu hallardan imtina edərək
hər şəraitdə bu evi
almağa hazırdırsa,
bu, satıcı üçün
daha çəkici bir təklifdir.
O, hər hansı bir səbəbdən
müqavilənin
pozulmayacağına əmindir.
Bu, çox rəqabətli bazarda
baş verə bilər.
Daha sıradan əmlak bazarında
siz maklerlərlə, başqa
sənayedəki insanlarla
bazarın vəziyyəti haqqında
danışa bilərsiniz.
Təftiş, maliyyələşdirmə kimi
işlərin olması tipikdir.
İndi sonuncu hissənin
və bəzi detalların üstündən
keçəcəm.
Gələcək videolarda real
müqavilələrə baxa bilərik.
Bağlanış tarixini kənara qoymaq
istəyə bilərsiniz.
Tutaq ki, bu müqavilə
15 Oktyabr 2015-ci ildə
hazırlanmışdır.
Siz bunun bağlanmasını və
bütün işlərin hazır olmasını
istəyirsiniz.
Siz satıcıya bütün pulu verərək
əmlakı almağı və
bunun iki ay içində, yəni
15/12/2015-ə qədər tamamlanmasını
istəyirsiniz.
Satıcının nöqteyi-nəzərindən
bağlanış tarixinin yaxın olması
müqavilənin daha yaxşı baş
tutması deməkdir.
Əgər satıcıya daha yaxşı təklif
vermək istəyirsinizsə,
daha az gözlənilməz hallarınız olmalı və
bağlanış tarixi mümkün qədər
tez olmalıdır.
Əgər çox rəqabəli bir əmlak bazarında
deyilsinizsə,
bunları etməyə ehtiyac yoxdur.
Təftişlər, gözlənilməz hallar
və digər bunun kimi
hadisələrin olması
kifayət qədər tədbirli addımdır.