Deyək ki, bu ev bir neçə həftədir ki bazardadır və qiyməti 310 000 dollardır. Bu, sizin bəyəndiyiniz evdir və bu evi almaq üçün bazardasınız. Fikirləşirsiniz ki, bu, mənim və ailəmin birlikdə yaşaya biləcəyi evdir, mən bu evi almaq istəyirəm. Amma bu qiymətin bir neçə həftədir bazarda olduğunu düşünürsünüz. Daha yaxşı sövdələşmə ola biləcəyini düşünürsünüz və təklif etmək qərarına gəlirsiniz. Siz daha aşağı, yəni 300 000 dollar təklif edirsiniz. Sual budur ki, təklif vermək üçün siz və ya sizin təmsilçiniz necə edir? Siz prosses boyu sadəcə satıcıya ya da onun agentliyinə yaxınlaşaraq sizə 300 000 dollar təklif edirik deyə bilməzsiniz. Çünki onlar sizin ciddi olub-olmadığınızı bilmirlər. Onlar sizin həqiqətən bunu almaq üçün pulunuzun olub-olmadığını, buna uyğun vəzifədə olduğunuzu və ya sadəcə boş yerə vaxt sərf etdiyinizi bilmirlər. Onların vaxtını boş yerə sərf etmədiyinizi sübut etmək üçün siz təklif müqaviləsi hazırlayır və doldurursunuz. Təklif müqaviləsində nəyin yazılmalı olduğu haqqında düşünək. Təmsilçinizdən, daşınmaz əmlak üzrə vəkilinizdən və ya internetdən bunların müəyyən formalarını tapıb müqavilə hazırlaya bilərsiniz. Burada bilmək istədiyiniz əsas məlumatlar var. Burada əsasən mülk, onun adresi, alıcı, satıcı, müqavilənin nə haqqında olması kimi məlumatlar yazılır. Bu, əmlak və bu müqaviləyə kimin daxil olması ilə əlaqədardır. Sonra isə öz təklifiniz haqqında məlumatlar əlavə edirsiniz. Siz 300 000 dollar təklif edəcəyinizi deyirsiniz. Onlara bu məsələdə ciddi olduğunuzu sübut etməyə çalışırsınız. Bu qərar ciddi qəbul olunur və siz bu müqaviləni imzaladıqda əmanət və ya depozit vermək səciyyəvidir. Yüksək depozit daha yaxşıdır, çünki o, sizin bu müqavilədə nə qədər ciddi olduğunuzu göstərir. Depozitin miqdarı evin həqiqi qiymətinin 1, 2, 3 4, 5 faizi ola bilər. Ən çox rastlaşdığım 3 faizdir, amma 3% olmaq məcburiyyətində deyil. Bu, satıcı üçün sizin ciddi olduğunuzun göstəricisidir. Beləliklə, siz müqaviləyə əsasən təklif qiymətinin 3%-ni təşkil edən çek yazırsınız. 300 000 dolların 3%-i 9 000 dollardır, yəni bu, 9 000 dollarlıq çekdir. Bəzi yerlərdə bu, faizlə ifadə olunmur. Onlar sadəcə 1 000, 2 000 dollar yaxud hər hansı bir məbləğ ödənməsini istəyirlər. Bu pul müqaviləyə əsasən yazdığınız bir təklif çekidir. Bu, sizin ciddi olduğunuzu göstərir. Hər hansı bir səbəbdən müqaviləni yerinə yetirmədikdə satıcı həmin pulu saxlaya bilər. Bu da yenidən sizin ciddiliyinizin göstəricisidir. Bu, sizin qərarlı olduğunuzu, sizi ciddi qəbul etməli olduqlarını və artıq əmlakın bağlanılması prosessinə başlamalı olduqlarını göstərir. Əmlakın bağlanması haqqında növbəti videolarda danışacağıq. İndi bu əmlakı birbaşa almayacağınızı fikirləşə bilərsiniz. Bu evi dolaşdım, xoşladım, ətraf əraziləri bəyəndim və yaxşı vəziyyətdə olduğunu düşündüyünüzü deyə bilərsiniz. Ancaq bunu araşdırmadan, mütəxəsislər gətirib buranın yaxşı vəziyyətdə olduğuna əmin olmadan buna inana bilməzsiniz. Buna əmin olmaq üçün müqaviləyə bəzi gözlənilməz halların əlavə edilməsi normaldır. Ən sıradan hallardan biri sizin araşdırma tələb etməyinizdir. Siz termitləri, evin təməlini, santexnikanı və elektriki yoxlayıb təhlükəsiz olduğuna əmin olmaq istəyirsiniz. Yoxlama zamanı ev sizin düşündüyünüz kimi olmazsa, müqaviləni ləğv edib depoziti geri alma hüququnuz var. Əlavə şərtlər qoymaq istədiyiniz sahələrdə ola bilər. Siz 300 000 dolları əldə edəcəyinizi düşünürsünüz. Bəlkə, depozit üçün yetərli pul yığmısınız. Siz bu məbləğin 20%-ni, yəni 60 000 dollar və ya 70, 80 min dollar yığmış ola bilərsiniz. Sizin gələcək videolarda danışacağımız bağlanma xərclərini ödəməyə pula ehtiyacınız olacaq. Siz mebel almaq üçün 70, 80 min dollar yığmısınız, qalanını isə borc alacaqsınız. Bunu bankdan borc alacaqsınız. Bank sizə məktub yazaraq gəlirinizə və kredit keçmişinizə əsaslanaraq kreditiniz əvvəlcədən təsdiqləndiyini və sizə kredit verəcəyini bildirir. Ancaq bu, kredit almaqla eyni deyil. Bankın əvvəl fərqinə varmadığı nəsə baş verə bilər və ya kreditinizin təsdiqləndiyi vaxt ilə onu alacağınız vaxt arasında vəziyyət dəyişə bilər. Başqa bir gözlənilməz hal da ola bilər. Siz bu evi almaq istədiyinizi, amma maliyyə dəstəyi olmadan onu ala bilməyəcəyinizi deyə bilərsiniz. Digər məsələ isə sığorta ilə bağlı ola bilər. Niyə sığorta ilə bağlı şərtlərə ehtiyacınız olsun? Buna az rast gəlinir, ona görə də buraya ulduz qoyacam. Bura çoxlu daşqınlar olan bir yer ola bilər. Köhnə ev sahibinin daşqına qarşı sığortası var idi. Amma indi sığorta şirkəti yeni sığorta vermir, çünki ərazi daşqına meyllidir. Daşqın sığortası bura əlavə olunur. Bu evi almaq istədikdə sizə lazım olan və ya lazım ola biləcəklər haqqında ayrıca başlıq var. Bunun haqqında növbəti videolarda danışacağıq. Bunlardan biri ilə bağlı problem yaranarsa, bu, sizə müqaviləni ləğv etmək haqqı verir. Siz rəqabətli bir əmlak bazarındasınızsa, insanlar eyni əmlak üçün bir çox təklif verirsə, hətta bəziləri nağd pulla ödəmək kimi yaxşı təkliflər irəli sürürsə, gözlənilməz halların olması atipik deyil. Çünki satıcılar daha ciddi alıcılara üstünlük verir. Kimsə bu hallardan imtina edərək hər şəraitdə bu evi almağa hazırdırsa, bu, satıcı üçün daha çəkici bir təklifdir. O, hər hansı bir səbəbdən müqavilənin pozulmayacağına əmindir. Bu, çox rəqabətli bazarda baş verə bilər. Daha sıradan əmlak bazarında siz maklerlərlə, başqa sənayedəki insanlarla bazarın vəziyyəti haqqında danışa bilərsiniz. Təftiş, maliyyələşdirmə kimi işlərin olması tipikdir. İndi sonuncu hissənin və bəzi detalların üstündən keçəcəm. Növbəti videolarda real müqavilələrə baxa bilərik. Bağlanış tarixini kənara qoymaq istəyə bilərsiniz. Tutaq ki, bu müqavilə 15 Oktyabr 2015-ci ildə hazırlanmışdır. Siz bunun bağlanmasını və bütün işlərin hazır olmasını istəyirsiniz. Siz satıcıya bütün pulu verərək əmlakı almağı və bunun iki ay içində, yəni 15/12/2015-ə qədər tamamlanmasını istəyirsiniz. Satıcının nöqteyi-nəzərindən bağlanış tarixinin yaxın olması müqavilənin daha yaxşı baş tutması deməkdir. Əgər satıcıya daha yaxşı təklif vermək istəyirsinizsə, daha az gözlənilməz hallarınız olmalı və bağlanış tarixi mümkün qədər tez olmalıdır. Əgər çox rəqabəli bir əmlak bazarında deyilsinizsə, bunları etməyə ehtiyac yoxdur. Təftişlər, gözlənilməz hallar və digər bunun kimi hadisələrin olması kifayət qədər tədbirli addımdır.