Çin tarixini yeni öyrənməyə
başlayanlar üçün deyə bilərəm ki,
Çin tarixində 20-ci əsrin birinci yarısı
olduqca qarışıqdır.
Bu videoda Çində 20-ci əsrin
1-ci yarısında baş verənləri
izah etməyə çalışacam.
1900-cü illərin əvvəlində Çində
imperiya sülalələrinin hakimiyyətinə
son qoyulur.
Bu, böyük bir hadisə idi.
Çin minlərlə il müxtəlif sülalələr tərəfindən
idarə edilmişdir.
1900-cü illərin əvvəlində
Tzin sülaləsi getdikcə zəifləməyə başlayır.
1800-cü ilin sonlarında baş vermiş birinci
Çin-Yapon müharibəsində
yaponlar onlara böyük zərbə vurmuşdu.
Hakimiyyətdə olan sülalənin, imperatorların
Çini kifayət qədər yaxşı idarə etmədiyi
haqqında narazılıqlar baş qaldırırdı.
Bunlar 1900-cü illərin əvvəllərində baş verir.
Dünyanın digər hissələri isə müasirləşməyə
davam edirdi.
1800-cü illərdə Çin
Qərb güclərindən
əziyyət çəkirdi.
Bir çox insan bunun səbəbini
Çinin lazımı qədər iqtisadi, siyasi və
texniki cəhətdən inkişaf etməməyində görürdü.
1911-ci ilə nəzər salaq.
Uçanda baş vermiş üsyan
Tzin sülaləsinin devrilməsinə səbəb oldu.
1912-ci ildə Nankində Çin Respublikasının
əsası qoyuldu.
Nankin təxmini bu ərazidir.
Pekin Çində sülalə hakimiyyətinin mərkəz şəhəri idi.
Çin Respublikasının ilk müvəqqəti
prezidenti Sun Yatsen idi.
O, Tzin sülaləsinin devrilməsinə
səbəb olan üsyanda
iştirak etməmişdi.
O, həmin vaxt Kolorado ştatının
Denver şəhərində idi.
Lakin o, hakimiyyətdəki sülaləni
dəfələrlə devirməyə cəhd etmiş,
müxalifətə kömək edən
qabaqcıl simalardan biri idi.
Sun Yatsen köhnə sülalənin generalı olan
Yuan Şikayın xeyrinə hakimiyyətdən imtina edir.
Onun özünün maraqlı bir tarixi var.
Sun Yatsen siyasi iddiaları olan
Yuan Şikayla müqavilə imzaladı.
Yuan Şikay Çinin
sonuncu imperatoru Puyini rəsmi olaraq
məğlub edib, taxtdan devirsə,
prezident olmaq istədiyini bildirmişdi.
Sun Yatsen bununla razılaşdı.
Beləliklə Yuan Şikay Çin Respublikasının
prezidenti oldu.
Lakin o, bununla kifayətlənmədi.
O, 1915-ci ildə özünü imperator elan etdi.
Artıq imperatorlardan bezmiş xalq
bundan narazı idi.
O, 1916-cı ildə vəfat edir.
Bununla da Çində parçalanmış
hakimiyyət dövrü başlayır.
Hətta imperiya dövründə də
Çin ordusu birləşdirilmiş bir qurum deyildi.
Ordu müxtəlif bölgələrdə
imperatora bağlı
müxtəlif sərkərdələr tərəfindən
idarə edilirdi.
1916-cı ildə vəfat edən Yuan Şikay
özünü imperator elan etdikdən sonra
insanlar onun hakimiyyətdən
getməyini istəyirdilər.
Bu, Çində Sərkərdələr dövrünün
başlanğıcıdır.
Bu, mərkəzləşdirilmiş hakimiyyətin olmadığı
parçalanmış dövrdür.
Bu xəritəyə əsasən Sərkərdələr dövrünün
təxmini necə olduğunu görə bilərsiniz.
Bu ərazilərin hər biri müxtəlif
ordu hissələrinə nəzarət edən
fərqli sərkərdələr tərəfindən
ifadərə edilirdi.
Sərkərdələr dövründə,
xüsusilə də 1921-ci ildə
Sun Yatsenin hələ də hakimiyyətə maraqlı
olduğunu görürük.
O, Çində hakimiyyəti bərpa etmək,
Çin Respublikasını yenidən bərpa etmək üçün
Quançjounun cənubuna gedir və
orada inqilabi hökümət
tərtib edir.
Həmin şəhər burada yerləşir.
Lakin 1925-ci ildə xərçəng xəstəliyindən
vəfat edir.
Onun başlatdığı hərəkat
Qominda hərəkatı adlanırdı.
Gəlin bunu yazaq.
Ondan sonra hakimiyyət
Çan Kayşiyə keçir.
Hakimiyyətin Çan Kayşiyə
keçməyinin səbəbi o idi ki,
Çan Kayşi Qomindan hərbi qüvvələrinin
böyük hissəsinə nəzarət edirdi.
Bu dövr yeni yaranan Çin Vətəndaş Müharibəsinin
ilkin dövrləri hesab edilə bilər.
Çünki 1921-ci ildən Sun Yatsenin ölümünə qədər
Çin millətçiləti,
Qomindan,
Sovet İttifaqı və Çin Kommunist partiyası arasında
əməkdaşlıqlar var idi.
Onlar vahid Çin formalaşdırmağın yollarını
müzakirə etmək üçün əməkdaşlıq edirdilər.
Lakin Sun Yatsenin vəfatından sonra
hakimiyyət Çan Kayşiyə keçir və
o, hakimiyyəti möhkəmləndirməyə çalışır.
O, ilk andan etibarən kommunistlərlə
düşmənçilik etməmək qərarına gəlir.
1927-ci ilə qədər o,
Çinin qalan hissələrini birləşdirib,
mərkəzləşdirilmiş hakimiyyət
qurmağa çalışır,
hakimiyyəti möhkəmləndirir.
Lakin o, kommunistləri də təqib etməyə başlayır.
Çan Kayşi 1927-ci ildə kommunistləri
təqib etməyə başlayır.
Kommunistlər iddia edirdi ki,
onlar Sun Yatsenin əsasını qoyduğu
ideyaların davamçılarıdır.
Qomindanın rəhbəri Çan Kayşi isə
özlərini Çin Respublikasının əsasını qoyan
Sun Yatsenin davamçıları hesab edirdi.
1927-ci ildə Çində Vətəndaş Müharibəsi
başladı.
Bu, Qomindanın hakimiyyəti möhkəmləndirmək
məqsədi ilə sərkərdələri birləşdirməyə
çalışdığı və Kommunist Partiyasını
təqib etdiyi dövrdür.
Bütün bunlar baş verdiyi dövrdə,
1930-cu illərin əvvəllərində
Yaponiya Çin ərazilərini
işğal etmək istəyirdi.
Onlar 1800-cü illərin sonunda
I Çin - Yapon müharibəsi zamanı Tayvan adı ilə
tanınan Formosa və Koreyanı işğal etmişdi.
1931-ci ildə Yaponlar
Mançuriyaya hücuma keçdilər.
Bununla da Yaponların Çinə
bir neçə il davam edəcək hücumlarının
əsası qoyuldu.
Bütün bu hadisələr 1937-ci ilə qədər
davam etdi.
Həmin il Yaponiya və Çin arasında
rəsmi hərtərəfli müharibə elan edildi.
Bu xəritədə Yaponiyanın
nəzarətində olan əraziləri görə bilərsiniz.
II Dünya Müharibəsi Şərqi Asiyada
Yaponiya və Çin arasında baş vermiş
Çin - Yapon müharibəsinin bir hissəsi idi.
II Dünya Müharibəsi rəsmi formada başlamazdan əvvəl
Yaponiya Çinin əhəmiyyətli
ərazilərini işğal etmişdi.
Bunlar baş verdiyi dövrdə,
yaponlar 1934-cü ildə Mançuriyaya hücum edərkən,
Qomindan, Çan Kayşinin rəhbərlik etdiyi
Millətçi Partiyası
kommunistləri təqib edirdi.
1934-cü ildə Çan Kayşi qələbə qazanmaq üzərə idi.
Kommunistlər
məğlubiyyətə çox yaxın idi.
Onlar Millətçi Partiyası tərəfindən
mühasirəyə alınmışdı.
Həmin dövrdə Çin tarixinin ən məşhur
hadisələrindən biri hesab edilən
Uzun Yürüş baş verdi.
Çin Kommunist Partiyası qoşunları
Çinin şimal-qərb ərazisinə doğru
son dərəcə çətin və uzun yürüş başlatdılar.
Burada həmin Uzun Yürüşün
xəritəsini görə bilərsiniz.
1934-cü ildə Çin Kommunist Partiyası
məğlub olmaq üzərə idi.
Uzun Yürüş zamanı kommunistlərə
Mao Zedonq rəhbərlik edirdi.
Çinin şimal-qərbinə istiqamətlənmiş
Uzun Yürüş zamanı nümayiş etdirdiyi
rəhbərliyə görə o,
Çin Kommunist Partiyasına nəzarəti
ələ keçirdi.
Baş verənləri qısaca nəzərdən keçirək.
Çin - Yapon müharibəsi
baş verir, II Dünya Müharibəsi başlayır,
Yaponiyanın Pörl-Harbora hücumundan sonra
ABŞ müttəfiqlərin tərəfində
müharibəyə daxil olur.
1945-ci ildə
Hiroşima və Naqasakiyə
atom bombası atılır.
Bununla da Yaponiya
II Dünya Müharibəsində məğlub olur.
Bu məqamda iki partiya arasında yenidən
geniş miqyaslı vətəndaş müharibəsi başlayır.
1927-ci ildə başlayan Vətəndaş Müharibəsi
davam edir.
Yaponiya Çin xalqını, təbii ehtiyatlarını
ələ keçirmək məqsədi ilə Çinə
hücum etdikdə, iki partiya öz aralarındakı müharibəyə
fasilə verərək, ortaq düşmənləri olar
Yaponiya ilə vuruşurdular.
1945-ci ildə II Dünya Müharibəsi bitdikdə,
yaponlar məğlub olduqda,
Çin Kommunist Partiyası və Qomindan arasında
yenidən geniş miqyaslı
vətəndaş müharibəsi başladı.
Bu, tarixdəki ən böyük dönüşlərdən biridir.
1934 - 1935-ci illərdə məğlubiyyətə çox
yaxın olan
Çin Kommunist Partiyası yenidən
mübarizəyə qayıtmışdı.
Onlar geriyə çəkilməyə məcbur olmuşdular,
lakin dönüş edə bildilər.
Onların geri dönüşlərinin
uğurlu alınmasının səbəbi haqqında
bir neçə nəzəriyyə var.
Kommunistlər kənd əhalisindən
çox dəstək alırdılar.
Onlar Qomindana nəzərən daha çox
dəstək ala bilmişdi.
Bu haqda növbəti videolarda danışarıq.
1949-cu ildə onlar
Çan Kayşini və Qomindanı məğlub etdilər,
Qomindanı Tayvanı qaytarmağa
məcbur edib,
orada hökümət tərtib etdilər.
Beləliklə 1949-cu ilə
Çin Kommunist Partiyası tərəfindən
Çin Xalq Respublikası yaradıldı.