Çin tarixini yeni öyrənməyə başlayanlar üçün deyə bilərəm ki, Çin tarixində 20-ci əsrin birinci yarısı olduqca qarışıqdır. Bu videoda Çində 20-ci əsrin 1-ci yarısında baş verənləri izah etməyə çalışacam. 1900-cü illərin əvvəlində Çində imperiya sülalələrinin hakimiyyətinə son qoyulur. Bu, böyük bir hadisə idi. Çin minlərlə il müxtəlif sülalələr tərəfindən idarə edilmişdir. 1900-cü illərin əvvəlində Tzin sülaləsi getdikcə zəifləməyə başlayır. 1800-cü ilin sonlarında baş vermiş birinci Çin-Yapon müharibəsində yaponlar onlara böyük zərbə vurmuşdu. Hakimiyyətdə olan sülalənin, imperatorların Çini kifayət qədər yaxşı idarə etmədiyi haqqında narazılıqlar baş qaldırırdı. Bunlar 1900-cü illərin əvvəllərində baş verir. Dünyanın digər hissələri isə müasirləşməyə davam edirdi. 1800-cü illərdə Çin Qərb güclərindən əziyyət çəkirdi. Bir çox insan bunun səbəbini Çinin lazımı qədər iqtisadi, siyasi və texniki cəhətdən inkişaf etməməyində görürdü. 1911-ci ilə nəzər salaq. Uçanda baş vermiş üsyan Tzin sülaləsinin devrilməsinə səbəb oldu. 1912-ci ildə Nankində Çin Respublikasının əsası qoyuldu. Nankin təxmini bu ərazidir. Pekin Çində sülalə hakimiyyətinin mərkəz şəhəri idi. Çin Respublikasının ilk müvəqqəti prezidenti Sun Yatsen idi. O, Tzin sülaləsinin devrilməsinə səbəb olan üsyanda iştirak etməmişdi. O, həmin vaxt Kolorado ştatının Denver şəhərində idi. Lakin o, hakimiyyətdəki sülaləni dəfələrlə devirməyə cəhd etmiş, müxalifətə kömək edən qabaqcıl simalardan biri idi. Sun Yatsen köhnə sülalənin generalı olan Yuan Şikayın xeyrinə hakimiyyətdən imtina edir. Onun özünün maraqlı bir tarixi var. Sun Yatsen siyasi iddiaları olan Yuan Şikayla müqavilə imzaladı. Yuan Şikay Çinin sonuncu imperatoru Puyini rəsmi olaraq məğlub edib, taxtdan devirsə, prezident olmaq istədiyini bildirmişdi. Sun Yatsen bununla razılaşdı. Beləliklə Yuan Şikay Çin Respublikasının prezidenti oldu. Lakin o, bununla kifayətlənmədi. O, 1915-ci ildə özünü imperator elan etdi. Artıq imperatorlardan bezmiş xalq bundan narazı idi. O, 1916-cı ildə vəfat edir. Bununla da Çində parçalanmış hakimiyyət dövrü başlayır. Hətta imperiya dövründə də Çin ordusu birləşdirilmiş bir qurum deyildi. Ordu müxtəlif bölgələrdə imperatora bağlı müxtəlif sərkərdələr tərəfindən idarə edilirdi. 1916-cı ildə vəfat edən Yuan Şikay özünü imperator elan etdikdən sonra insanlar onun hakimiyyətdən getməyini istəyirdilər. Bu, Çində Sərkərdələr dövrünün başlanğıcıdır. Bu, mərkəzləşdirilmiş hakimiyyətin olmadığı parçalanmış dövrdür. Bu xəritəyə əsasən Sərkərdələr dövrünün təxmini necə olduğunu görə bilərsiniz. Bu ərazilərin hər biri müxtəlif ordu hissələrinə nəzarət edən fərqli sərkərdələr tərəfindən ifadərə edilirdi. Sərkərdələr dövründə, xüsusilə də 1921-ci ildə Sun Yatsenin hələ də hakimiyyətə maraqlı olduğunu görürük. O, Çində hakimiyyəti bərpa etmək, Çin Respublikasını yenidən bərpa etmək üçün Quançjounun cənubuna gedir və orada inqilabi hökümət tərtib edir. Həmin şəhər burada yerləşir. Lakin 1925-ci ildə xərçəng xəstəliyindən vəfat edir. Onun başlatdığı hərəkat Qominda hərəkatı adlanırdı. Gəlin bunu yazaq. Ondan sonra hakimiyyət Çan Kayşiyə keçir. Hakimiyyətin Çan Kayşiyə keçməyinin səbəbi o idi ki, Çan Kayşi Qomindan hərbi qüvvələrinin böyük hissəsinə nəzarət edirdi. Bu dövr yeni yaranan Çin Vətəndaş Müharibəsinin ilkin dövrləri hesab edilə bilər. Çünki 1921-ci ildən Sun Yatsenin ölümünə qədər Çin millətçiləti, Qomindan, Sovet İttifaqı və Çin Kommunist partiyası arasında əməkdaşlıqlar var idi. Onlar vahid Çin formalaşdırmağın yollarını müzakirə etmək üçün əməkdaşlıq edirdilər. Lakin Sun Yatsenin vəfatından sonra hakimiyyət Çan Kayşiyə keçir və o, hakimiyyəti möhkəmləndirməyə çalışır. O, ilk andan etibarən kommunistlərlə düşmənçilik etməmək qərarına gəlir. 1927-ci ilə qədər o, Çinin qalan hissələrini birləşdirib, mərkəzləşdirilmiş hakimiyyət qurmağa çalışır, hakimiyyəti möhkəmləndirir. Lakin o, kommunistləri də təqib etməyə başlayır. Çan Kayşi 1927-ci ildə kommunistləri təqib etməyə başlayır. Kommunistlər iddia edirdi ki, onlar Sun Yatsenin əsasını qoyduğu ideyaların davamçılarıdır. Qomindanın rəhbəri Çan Kayşi isə özlərini Çin Respublikasının əsasını qoyan Sun Yatsenin davamçıları hesab edirdi. 1927-ci ildə Çində Vətəndaş Müharibəsi başladı. Bu, Qomindanın hakimiyyəti möhkəmləndirmək məqsədi ilə sərkərdələri birləşdirməyə çalışdığı və Kommunist Partiyasını təqib etdiyi dövrdür. Bütün bunlar baş verdiyi dövrdə, 1930-cu illərin əvvəllərində Yaponiya Çin ərazilərini işğal etmək istəyirdi. Onlar 1800-cü illərin sonunda I Çin - Yapon müharibəsi zamanı Tayvan adı ilə tanınan Formosa və Koreyanı işğal etmişdi. 1931-ci ildə Yaponlar Mançuriyaya hücuma keçdilər. Bununla da Yaponların Çinə bir neçə il davam edəcək hücumlarının əsası qoyuldu. Bütün bu hadisələr 1937-ci ilə qədər davam etdi. Həmin il Yaponiya və Çin arasında rəsmi hərtərəfli müharibə elan edildi. Bu xəritədə Yaponiyanın nəzarətində olan əraziləri görə bilərsiniz. II Dünya Müharibəsi Şərqi Asiyada Yaponiya və Çin arasında baş vermiş Çin - Yapon müharibəsinin bir hissəsi idi. II Dünya Müharibəsi rəsmi formada başlamazdan əvvəl Yaponiya Çinin əhəmiyyətli ərazilərini işğal etmişdi. Bunlar baş verdiyi dövrdə, yaponlar 1934-cü ildə Mançuriyaya hücum edərkən, Qomindan, Çan Kayşinin rəhbərlik etdiyi Millətçi Partiyası kommunistləri təqib edirdi. 1934-cü ildə Çan Kayşi qələbə qazanmaq üzərə idi. Kommunistlər məğlubiyyətə çox yaxın idi. Onlar Millətçi Partiyası tərəfindən mühasirəyə alınmışdı. Həmin dövrdə Çin tarixinin ən məşhur hadisələrindən biri hesab edilən Uzun Yürüş baş verdi. Çin Kommunist Partiyası qoşunları Çinin şimal-qərb ərazisinə doğru son dərəcə çətin və uzun yürüş başlatdılar. Burada həmin Uzun Yürüşün xəritəsini görə bilərsiniz. 1934-cü ildə Çin Kommunist Partiyası məğlub olmaq üzərə idi. Uzun Yürüş zamanı kommunistlərə Mao Zedonq rəhbərlik edirdi. Çinin şimal-qərbinə istiqamətlənmiş Uzun Yürüş zamanı nümayiş etdirdiyi rəhbərliyə görə o, Çin Kommunist Partiyasına nəzarəti ələ keçirdi. Baş verənləri qısaca nəzərdən keçirək. Çin - Yapon müharibəsi baş verir, II Dünya Müharibəsi başlayır, Yaponiyanın Pörl-Harbora hücumundan sonra ABŞ müttəfiqlərin tərəfində müharibəyə daxil olur. 1945-ci ildə Hiroşima və Naqasakiyə atom bombası atılır. Bununla da Yaponiya II Dünya Müharibəsində məğlub olur. Bu məqamda iki partiya arasında yenidən geniş miqyaslı vətəndaş müharibəsi başlayır. 1927-ci ildə başlayan Vətəndaş Müharibəsi davam edir. Yaponiya Çin xalqını, təbii ehtiyatlarını ələ keçirmək məqsədi ilə Çinə hücum etdikdə, iki partiya öz aralarındakı müharibəyə fasilə verərək, ortaq düşmənləri olar Yaponiya ilə vuruşurdular. 1945-ci ildə II Dünya Müharibəsi bitdikdə, yaponlar məğlub olduqda, Çin Kommunist Partiyası və Qomindan arasında yenidən geniş miqyaslı vətəndaş müharibəsi başladı. Bu, tarixdəki ən böyük dönüşlərdən biridir. 1934 - 1935-ci illərdə məğlubiyyətə çox yaxın olan Çin Kommunist Partiyası yenidən mübarizəyə qayıtmışdı. Onlar geriyə çəkilməyə məcbur olmuşdular, lakin dönüş edə bildilər. Onların geri dönüşlərinin uğurlu alınmasının səbəbi haqqında bir neçə nəzəriyyə var. Kommunistlər kənd əhalisindən çox dəstək alırdılar. Onlar Qomindana nəzərən daha çox dəstək ala bilmişdi. Bu haqda növbəti videolarda danışarıq. 1949-cu ildə onlar Çan Kayşini və Qomindanı məğlub etdilər, Qomindanı Tayvanı qaytarmağa məcbur edib, orada hökümət tərtib etdilər. Beləliklə 1949-cu ilə Çin Kommunist Partiyası tərəfindən Çin Xalq Respublikası yaradıldı.