Çin tarixini yeni öyrənməyə
başlayanlar üçün
Çin tarixində 20-ci əsrin birinci yarısı
olduqca qarışıq ola bilər.
Beləliklə, bu videonun məqsədi Çin
tarixindən
20-ci əsrin birinci yarısına dair
məlumat verməkdir.
1900-cı illərin əvvəlində Çində
imperiya sülalələrinin hakimiyyətinə
son qoyulur.
Bu, böyük bir hadisə idi.
Çin min illərlə müxtəlif sülalələr
tərəfindən
idarə edilmişdir.
1900-cü illərin əvvəlində
Tzin sülaləsi getdikcə zəifləməyə başlayır.
1800-cü ilin sonlarında baş vermiş birinci
Çin-Yapon müharibəsində
yaponlar onlara böyük zərbə vurmuşdu.
Hakimiyyətdə olan sülalənin, imperatorların
Çini kifayət qədər yaxşı inkişaf
etdirmədiyinə
görə narazılıqlar baş qaldırırdı.
Unutmayaq ki, bu, 1900-cü illərin əvvəlləridir.
Dünyanın digər hissələri isə müasirləşməyə
davam edirdi.
1800-cü illərdə Çin öz imperiya təsirini
göstərən Qərb güclərindən
əziyyət çəkirdi.
Bir çox insan bunun səbəbini
Çinin lazımı qədər iqtisadi, siyasi və
texniki cəhətdən inkişaf etməməyində görürdü.
1911-ci ilə nəzər salaq.
Uçanda baş vermiş üsyan
Tzin sülaləsinin devrilməsinə səbəb oldu.
1912-ci ildə Nankində Çin Respublikasının
əsası qoyuldu.
Beləliklə, Nankin təxmini bu ərazidə
yerləşir, respublikanın
əsası qoyulduğu yerdə.
Pekin Çində sülalə hakimiyyətinin
mərkəz şəhəri idi.
Çin Respublikasının ilk müvəqqəti
prezidenti Sun Yatsen idi.
O, Tzin sülaləsinin devrilməsinə
səbəb olan üsyanda
iştirak etməmişdi.
O, həmin vaxt Kolorado ştatının
Denver şəhərində idi.
Lakin, o üsyan ərəfəsində hakimiyyətdəki
sülaləni
dəfələrlə devirməyə cəhd etmiş,
müqavimət göstərən
qabaqcıl simalardan biri idi.
Sun Yat-senlə birlikdə o, köhnə sülalənin
generalı olan
Yuan Şikayla əməkdaşlıq edirdi.
Onun özünün maraqlı bir tarixi var.
Və Sun Yat-sen siyasi baxımdan çox
iddialı olan
Yuan Şikayla müqavilə bağladı.
Yuan Şikay Çinin
sonuncu imperatoru Puyinin rəsmi olaraq
taxtdan əl çəkməsinə
nail ola bilsə,
prezident olmaq istədiyini bildirmişdi.
Sun Yatsen bununla razılaşır.
Beləliklə Yuan Şikay Çin Respublikasının
prezidenti olur.
Lakin o, bununla kifayətlənmədi.
O, 1915-ci ildə özünü imperator elan etdi,
lakian artıq imperatorlardan bezmiş xalq
bundan narazı idi.
O, 1916-cı ildə o, taxt-tacdan imtina edir
vəfat edir.
Bununla da Çində son dərəcə parçalanmış
hakimiyyət dövrü başlayır.
Hətta imperiya dövründə də Çin ordusu
birləşdirilmiş bir qurum deyildi.
Ordu müxtəlif bölgələrdə
imperatora sadiq
müxtəlif sərkərdələr tərəfindən
idarə edilirdi.
1916-cı ildə vəfat edən Yuan Şikay
özünü imperator elan etdikdən sonra
insanlar onun hakimiyyətdən
getməyini istəyirdilər.
Bu, Çində Sərkərdələr dövrünün
başlanğıcıdır.
Bu, mərkəzləşdirilmiş hakimiyyətin olmadığı
parçalanmış dövrdür.
Bu xəritəyə əsasən Sərkərdələr dövrünün
təxmini necə olduğunu görə bilərsiniz.
Bu ərazilərin hər biri müxtəlif
ordu hissələrinə nəzarət edən
fərqli sərkərdələr tərəfindən
idarə edilirdi.
Sərkərdələr dövründə,
20-ci illərin əvvəlləri, xüsusilə də 1921-ci ildə
Sun Yatsenin hələ də hakimiyyətə maraqlı
olduğunu görürük.
O, Çində hakimiyyəti bərpa etmək,
Çin Respublikasını yenidən bərpa etmək üçün
Quançjounun cənubuna gedir və
orada inqilabi hökümət
qurur.
Beləlikllə, o oraya gedir
Lakin, 1925-ci ildə xərçəng xəstəliyindən
vəfat edir.
Onun başlatdığı hərəkat
Qominda hərəkatı adlanırdı.
Gəlin bunu yazaq.
Ondan sonra hakimiyyət
Çan Kayşiyə keçir.
Hakimiyyətin Çan Kayşiyə
keçməyinin səbəbi o idi ki,
Çan Kayşi Qomindan hərbi qüvvələrinin
böyük hissəsinə nəzarət edirdi.
Bu dövr yeni yaranan Çin Vətəndaş Müharibəsinin
ilkin dövrləri hesab edilə bilər,
çünki 1921-ci ildən Sun Yatsenin ölümünə qədər
Çin millətçiləti,
Qomindan,
Sovet İttifaqı və Çin Kommunist partiyası arasında
əməkdaşlıqlar var idi.
Onlar vahid Çin formalaşdırmağın yollarını
müzakirə etmək üçün əməkdaşlıq edirdilər.
Lakin Sun Yatsenin vəfatından sonra
hakimiyyət Çan Kayşiyə keçir və
o, hakimiyyəti möhkəmləndirməyə çalışır.
O, ilk andan etibarən kommunistlərlə
düşmənçilik etməmək qərarına gəlir.
1927-ci ilə qədər o,
Çinin qalan hissəsində müxtəlif
fraksiyaları
birləşdirməyə başlayır.
Beləliklə, o
hakimiyyəti möhkəmləndirir.
Lakin o, kommunistləri də təqib
etməyə başlayır.
Beləliklə,Çan Kayşi 1927-ci ilə qədər
kommunistləri
təqib etməyə başlayır.
Kommunistlər iddia edirdi ki,
onlar həqiqətən Sun Yat-senin təmsil etdiyi
ideyanı dəstəkləyir,
Qomindanın rəhbəri
Çan Kayşi isə buna yox
dedi.
Onlar özlərini Çin Respublikasının əsasını qoyan
Sun Yatsenin davamçıları hesab edirdi.
1927-ci ildə Çində Vətəndaş Müharibəsi
başladı.
Bu, Qomindanın hakimiyyəti möhkəmləndirmək
məqsədi ilə sərkərdələri birləşdirməyə
çalışdığı və Kommunist Partiyasını
təqib etdiyi dövrdür.
Bütün bunlar baş verdiyi dövrdə,
1930-cu illərin əvvəllərində
Yaponiya Çin ərazisində öz hərbi gücünü
göstərməyə çalışırdı.
Onlar 1800-cü illərin sonunda
I Çin - Yapon müharibəsi zamanı Tayvan adı ilə
tanınan Formosa və Koreyanı işğal etmişdi.
1931-ci ildə Yaponlar
Mançuriyaya hücuma keçdilər.
Bununla da Yaponların Çinə
bir neçə il davam edəcək hücumlarının
əsası qoyuldu.
Bütün bu hadisələr 1937-ci,
Yaponiya və Çin arasında
rəsmi iri miqyaslı müharibənin
elan edildiyi ilə qədər davam etdi.
Bu xəritədə Yaponiyanın
nəzarətində olan əraziləri görə bilərsiniz.
II Dünya Müharibəsi Şərqi Asiyada
Yaponiya və Çin arasında baş vermiş
Çin - Yapon müharibəsinin bir hissəsi idi.
II Dünya Müharibəsi rəsmi formada başlamazdan əvvəl
Yaponiya Çinin əhəmiyyətli
ərazilərini işğal etmişdi.
Bunlar baş verdiyi dövrdə,
yaponlar 1934-cü ildə Mançuriyaya hücum edərkən,
Qomindan, Çan Kayşinin rəhbərlik etdiyi
Millətçi Partiyası
kommunistləri təqib edirdi.
1934-cü ildə Çan Kayşinin qələbə qazanmağına
az qalmışdı.
Kommunistlər
məğlubiyyətə çox yaxın idi.
Onlar Millətçi Partiyası tərəfindən
mühasirəyə alınmışdı.
Həmin dövrdə Çin Kommunist Partiyası qoşunları
Çinin şimal-qərb ərazisinə
doğru son dərəcə çətin
və uzun yürüş başlatdığı və
Çin tarixinin ən məşhur hadisələrindən
biri hesab edilən Uzun Yürüş baş verdi.
Burada həmin Uzun Yürüşün
xəritəsini görə bilərsiniz.
1934-cü ildə Çin Kommunist Partiyası
məğlub olmaq üzərə idi.
Uzun Yürüş zamanı
Mao Zedonq rəhbərlik etməyə başladı.
Çinin şimal-qərbinə istiqamətlənmiş
Uzun Yürüş zamanı nümayiş etdirdiyi
rəhbərliyə görə o,
Çin Kommunist Partiyasına nəzarəti
ələ keçirdi.
Baş verənləri qısaca nəzərdən keçirsək,
Çin - Yapon müharibəsi
baş verir, II Dünya Müharibəsi başlayır,
Yaponiyanın Pörl-Harbora hücumundan sonra
ABŞ müttəfiqlərin tərəfində
müharibəyə daxil olur.
1945-ci ildə
Hiroşima və Naqasakiyə
atom bombası atılır və Sakit
okean əməliyyatları ilə bitir.
Bununla da Yaponiya
II Dünya Müharibəsində məğlub olur.
Bu məqamda iki partiya arasında yenidən
geniş miqyaslı vətəndaş müharibəsi başlayır.
1927-ci ildə başlayan Vətəndaş Müharibəsi
davam edir.
Yaponiya Çin xalqını, təbii ehtiyatlarını
ələ keçirmək məqsədi ilə Çinə
hücum etdikdə, iki partiya öz aralarındakı müharibəyə
fasilə verərək, ortaq düşmənləri olar
Yaponiya ilə vuruşurdular.
1945-ci ildə II Dünya Müharibəsi bitdikdə,
yaponlar məğlub olduqda,
Çin Kommunist Partiyası və Qomindan arasında
yenidən geniş miqyaslı
vətəndaş müharibəsi başladı.
Bu, tarixdəki ən böyük dönüşlərdən biridir.
1934 - 1935-ci illərdə məğlubiyyətə çox
yaxın olan
Çin Kommunist Partiyası yenidən
mübarizəyə qayıtmışdı.
Onlar geriyə çəkilməyə məcbur olmuşdular,
lakin dönüş edə bildilər.
Onların geri dönüşlərinin
uğurlu alınmasının səbəbi haqqında
bir neçə nəzəriyyə var.
Kommunistlər kənd əhalisindən
çox dəstək alırdılar.
Onlar Qomindana nəzərən daha çox
dəstək ala bilmişdi.
Bu haqda növbəti videolarda danışarıq.
1949-cu ildə onlar
Çan Kayşini və Qomindanı məğlub etdilər,
Qomindanı Tayvanı qaytarmağa
məcbur edib,
orada hökümət qurdular.
Beləliklə 1949-cu ilə
Çin Kommunist Partiyası tərəfindən
Çin Xalq Respublikası yaradıldı.