Çin tarixini yeni öyrənməyə başlayanlar üçün Çin tarixində 20-ci əsrin birinci yarısı olduqca qarışıq ola bilər. Beləliklə, bu videonun məqsədi Çin tarixindən 20-ci əsrin birinci yarısına dair məlumat verməkdir. 1900-cı illərin əvvəlində Çində imperiya sülalələrinin hakimiyyətinə son qoyulur. Bu, böyük bir hadisə idi. Çin min illərlə müxtəlif sülalələr tərəfindən idarə edilmişdir. 1900-cü illərin əvvəlində Tzin sülaləsi getdikcə zəifləməyə başlayır. 1800-cü ilin sonlarında baş vermiş birinci Çin-Yapon müharibəsində yaponlar onlara böyük zərbə vurmuşdu. Hakimiyyətdə olan sülalənin, imperatorların Çini kifayət qədər yaxşı inkişaf etdirmədiyinə görə narazılıqlar baş qaldırırdı. Unutmayaq ki, bu, 1900-cü illərin əvvəlləridir. Dünyanın digər hissələri isə müasirləşməyə davam edirdi. 1800-cü illərdə Çin öz imperiya təsirini göstərən Qərb güclərindən əziyyət çəkirdi. Bir çox insan bunun səbəbini Çinin lazımı qədər iqtisadi, siyasi və texniki cəhətdən inkişaf etməməyində görürdü. 1911-ci ilə nəzər salaq. Uçanda baş vermiş üsyan Tzin sülaləsinin devrilməsinə səbəb oldu. 1912-ci ildə Nankində Çin Respublikasının əsası qoyuldu. Beləliklə, Nankin təxmini bu ərazidə yerləşir, respublikanın əsası qoyulduğu yerdə. Pekin Çində sülalə hakimiyyətinin mərkəz şəhəri idi. Çin Respublikasının ilk müvəqqəti prezidenti Sun Yatsen idi. O, Tzin sülaləsinin devrilməsinə səbəb olan üsyanda iştirak etməmişdi. O, həmin vaxt Kolorado ştatının Denver şəhərində idi. Lakin, o üsyan ərəfəsində hakimiyyətdəki sülaləni dəfələrlə devirməyə cəhd etmiş, müqavimət göstərən qabaqcıl simalardan biri idi. Sun Yat-senlə birlikdə o, köhnə sülalənin generalı olan Yuan Şikayla əməkdaşlıq edirdi. Onun özünün maraqlı bir tarixi var. Və Sun Yat-sen siyasi baxımdan çox iddialı olan Yuan Şikayla müqavilə bağladı. Yuan Şikay Çinin sonuncu imperatoru Puyinin rəsmi olaraq taxtdan əl çəkməsinə nail ola bilsə, prezident olmaq istədiyini bildirmişdi. Sun Yatsen bununla razılaşır. Beləliklə Yuan Şikay Çin Respublikasının prezidenti olur. Lakin o, bununla kifayətlənmədi. O, 1915-ci ildə özünü imperator elan etdi, lakian artıq imperatorlardan bezmiş xalq bundan narazı idi. O, 1916-cı ildə o, taxt-tacdan imtina edir vəfat edir. Bununla da Çində son dərəcə parçalanmış hakimiyyət dövrü başlayır. Hətta imperiya dövründə də Çin ordusu birləşdirilmiş bir qurum deyildi. Ordu müxtəlif bölgələrdə imperatora sadiq müxtəlif sərkərdələr tərəfindən idarə edilirdi. 1916-cı ildə vəfat edən Yuan Şikay özünü imperator elan etdikdən sonra insanlar onun hakimiyyətdən getməyini istəyirdilər. Bu, Çində Sərkərdələr dövrünün başlanğıcıdır. Bu, mərkəzləşdirilmiş hakimiyyətin olmadığı parçalanmış dövrdür. Bu xəritəyə əsasən Sərkərdələr dövrünün təxmini necə olduğunu görə bilərsiniz. Bu ərazilərin hər biri müxtəlif ordu hissələrinə nəzarət edən fərqli sərkərdələr tərəfindən idarə edilirdi. Sərkərdələr dövründə, 20-ci illərin əvvəlləri, xüsusilə də 1921-ci ildə Sun Yatsenin hələ də hakimiyyətə maraqlı olduğunu görürük. O, Çində hakimiyyəti bərpa etmək, Çin Respublikasını yenidən bərpa etmək üçün Quançjounun cənubuna gedir və orada inqilabi hökümət qurur. Beləlikllə, o oraya gedir Lakin, 1925-ci ildə xərçəng xəstəliyindən vəfat edir. Onun başlatdığı hərəkat Qominda hərəkatı adlanırdı. Gəlin bunu yazaq. Ondan sonra hakimiyyət Çan Kayşiyə keçir. Hakimiyyətin Çan Kayşiyə keçməyinin səbəbi o idi ki, Çan Kayşi Qomindan hərbi qüvvələrinin böyük hissəsinə nəzarət edirdi. Bu dövr yeni yaranan Çin Vətəndaş Müharibəsinin ilkin dövrləri hesab edilə bilər, çünki 1921-ci ildən Sun Yatsenin ölümünə qədər Çin millətçiləti, Qomindan, Sovet İttifaqı və Çin Kommunist partiyası arasında əməkdaşlıqlar var idi. Onlar vahid Çin formalaşdırmağın yollarını müzakirə etmək üçün əməkdaşlıq edirdilər. Lakin Sun Yatsenin vəfatından sonra hakimiyyət Çan Kayşiyə keçir və o, hakimiyyəti möhkəmləndirməyə çalışır. O, ilk andan etibarən kommunistlərlə düşmənçilik etməmək qərarına gəlir. 1927-ci ilə qədər o, Çinin qalan hissəsində müxtəlif fraksiyaları birləşdirməyə başlayır. Beləliklə, o hakimiyyəti möhkəmləndirir. Lakin o, kommunistləri də təqib etməyə başlayır. Beləliklə,Çan Kayşi 1927-ci ilə qədər kommunistləri təqib etməyə başlayır. Kommunistlər iddia edirdi ki, onlar həqiqətən Sun Yat-senin təmsil etdiyi ideyanı dəstəkləyir, Qomindanın rəhbəri Çan Kayşi isə buna yox dedi. Onlar özlərini Çin Respublikasının əsasını qoyan Sun Yatsenin davamçıları hesab edirdi. 1927-ci ildə Çində Vətəndaş Müharibəsi başladı. Bu, Qomindanın hakimiyyəti möhkəmləndirmək məqsədi ilə sərkərdələri birləşdirməyə çalışdığı və Kommunist Partiyasını təqib etdiyi dövrdür. Bütün bunlar baş verdiyi dövrdə, 1930-cu illərin əvvəllərində Yaponiya Çin ərazisində öz hərbi gücünü göstərməyə çalışırdı. Onlar 1800-cü illərin sonunda I Çin - Yapon müharibəsi zamanı Tayvan adı ilə tanınan Formosa və Koreyanı işğal etmişdi. 1931-ci ildə Yaponlar Mançuriyaya hücuma keçdilər. Bununla da Yaponların Çinə bir neçə il davam edəcək hücumlarının əsası qoyuldu. Bütün bu hadisələr 1937-ci, Yaponiya və Çin arasında rəsmi iri miqyaslı müharibənin elan edildiyi ilə qədər davam etdi. Bu xəritədə Yaponiyanın nəzarətində olan əraziləri görə bilərsiniz. II Dünya Müharibəsi Şərqi Asiyada Yaponiya və Çin arasında baş vermiş Çin - Yapon müharibəsinin bir hissəsi idi. II Dünya Müharibəsi rəsmi formada başlamazdan əvvəl Yaponiya Çinin əhəmiyyətli ərazilərini işğal etmişdi. Bunlar baş verdiyi dövrdə, yaponlar 1934-cü ildə Mançuriyaya hücum edərkən, Qomindan, Çan Kayşinin rəhbərlik etdiyi Millətçi Partiyası kommunistləri təqib edirdi. 1934-cü ildə Çan Kayşinin qələbə qazanmağına az qalmışdı. Kommunistlər məğlubiyyətə çox yaxın idi. Onlar Millətçi Partiyası tərəfindən mühasirəyə alınmışdı. Həmin dövrdə Çin Kommunist Partiyası qoşunları Çinin şimal-qərb ərazisinə doğru son dərəcə çətin və uzun yürüş başlatdığı və Çin tarixinin ən məşhur hadisələrindən biri hesab edilən Uzun Yürüş baş verdi. Burada həmin Uzun Yürüşün xəritəsini görə bilərsiniz. 1934-cü ildə Çin Kommunist Partiyası məğlub olmaq üzərə idi. Uzun Yürüş zamanı Mao Zedonq rəhbərlik etməyə başladı. Çinin şimal-qərbinə istiqamətlənmiş Uzun Yürüş zamanı nümayiş etdirdiyi rəhbərliyə görə o, Çin Kommunist Partiyasına nəzarəti ələ keçirdi. Baş verənləri qısaca nəzərdən keçirsək, Çin - Yapon müharibəsi baş verir, II Dünya Müharibəsi başlayır, Yaponiyanın Pörl-Harbora hücumundan sonra ABŞ müttəfiqlərin tərəfində müharibəyə daxil olur. 1945-ci ildə Hiroşima və Naqasakiyə atom bombası atılır və Sakit okean əməliyyatları ilə bitir. Bununla da Yaponiya II Dünya Müharibəsində məğlub olur. Bu məqamda iki partiya arasında yenidən geniş miqyaslı vətəndaş müharibəsi başlayır. 1927-ci ildə başlayan Vətəndaş Müharibəsi davam edir. Yaponiya Çin xalqını, təbii ehtiyatlarını ələ keçirmək məqsədi ilə Çinə hücum etdikdə, iki partiya öz aralarındakı müharibəyə fasilə verərək, ortaq düşmənləri olar Yaponiya ilə vuruşurdular. 1945-ci ildə II Dünya Müharibəsi bitdikdə, yaponlar məğlub olduqda, Çin Kommunist Partiyası və Qomindan arasında yenidən geniş miqyaslı vətəndaş müharibəsi başladı. Bu, tarixdəki ən böyük dönüşlərdən biridir. 1934 - 1935-ci illərdə məğlubiyyətə çox yaxın olan Çin Kommunist Partiyası yenidən mübarizəyə qayıtmışdı. Onlar geriyə çəkilməyə məcbur olmuşdular, lakin dönüş edə bildilər. Onların geri dönüşlərinin uğurlu alınmasının səbəbi haqqında bir neçə nəzəriyyə var. Kommunistlər kənd əhalisindən çox dəstək alırdılar. Onlar Qomindana nəzərən daha çox dəstək ala bilmişdi. Bu haqda növbəti videolarda danışarıq. 1949-cu ildə onlar Çan Kayşini və Qomindanı məğlub etdilər, Qomindanı Tayvanı qaytarmağa məcbur edib, orada hökümət qurdular. Beləliklə 1949-cu ilə Çin Kommunist Partiyası tərəfindən Çin Xalq Respublikası yaradıldı.