Bizə p(x) çoxhədlisi verilib
və bu üçüncü dərəcəli bir çoxhədlidir.
Bizdən bu çoxhədlinin bütün
sıfırlarını
interaktiv qrafikdə çəkməyimiz istənilir.
Ona görə buna interaktiv
qrafik deyilir ki,
bu, Khan Academy çalışmalarından
bir ekran görüntüsüdür,
və burada sıfırları qeyd edə
bilərsiniz.
Ancaq gəlin biz özümüz p(x)
çoxhədlisinin sıfırlarını
tapaq və sonra da
onları qrafikdə işarələyək.
İlk olaraq videonu
dayandırıb özünüz tapmağa çalışın.
Burada əsas məsələ
bu çoxhədlini
vuruqlarına ayırmaqdır,
çünki biz x-in
hansı qiymətlərində
x kubu üstəgəl 5x kvadratı
çıx 30x ifadəsinin 0-a bərabər olduğunu
bilmək istəyirik.
Elə isə gəlin bu ifadəni
vuruqlarına ayıraq.
Gəlin ilk olaraq bütün hədlər üçün
ortaq vuruğu tapaq.
Göründüyü qədərilə
bütün hədlər 5x-ə bölünür.
Gəlin 5x-i ortaq vuruq
kimi ayıraq.
Bu bərabər olacaq 5x vur,
5x kubundan 5x-i ayırsaq
x kvadratı qalacaq.
5x kvadratından 5x-i
ayırsaq
sadəcə x qalacaq, elə isə üstəgəl x.
Əgər mənfi 30x-dan 5x-i ayırsaq
burada mənfi 6x qalacaq,
və bu da bərabərdir 0-a.
İndi bizim 5x vurulsun
bu ikinci dərəcəli ifadəmiz var.
Elə isə gəlin
bu ifadəni vuruqlarına ayıraq.
Hansı iki ədədin cəmi 1 verir?
Biz bura 1 yaza bilərik.
O iki ədədin hasili isə
mənfi 6-dır.
Bu, müsbət 3 və mənfi 2
ola bilər.
Elə isə bunu belə yazaq:
5x vur
x üstəgəl 3
vur x çıx 2. Bu sizə
aydın deyilsə,
o zaman vuruqlara
ayırma ilə bağlı
videolara baxa bilərsiniz.
Bu ifadə də bərabər olacaq 0-a.
İndi gəlin bu ifadəni
0-a bərabər edən x-in
qiymətlərini
tapaq.
Gəlin bu 5x ilə başlayaq.
Əgər x 0-dırsa,
sıfır vur nəsə
hər zaman 0-a bərabər olacaq.
Elə isə 5x nə zaman 0-a
bərabər olar?
Belə ki, əgər hər tərəfi
5-ə bölsək,
o zaman x bərabərdir 0 alacağıq.
Deməli, bunu tapdıq.
Əgər x 0-dırsa, bu ifadə də 0-dır.
Elə olan halda, bu ifadənin qiyməti
də hər zaman 0 olacaq.