OL şüası ON şüasına perpendikulyardır.
OL ON-ə perpendikulyardır.
Bildiyiniz kimi buradakı bucaq düz bucaq,
yəni 90 dərəcədir.
Məsələnin şərtində LOM bucağının
2x + 46-a bərabər olduğu deyilir.
Buradakı LOM bucağının ölçüsü
2x + 46-dır.
MON bucağının ölçüsü isə
3x - 6-dır.
Buradakı bucaq
3x - 6-a bərabərdir.
MON bucağının ölçüsünü tapmaq
tələb olunur.
Buradakı bucağın ölçüsünü tapmalıyıq.
x-in qiymətini tapsaq,
bucağın ölçüsünü tapa bilərik.
x-in qiymətini bilsək, onu 3-ə vurub,
6 çıxa bilərik.
Bildiyiniz kimi, əgər
bu iki bucağı toplayırıqsa,
bunlar qonşu bucaqlardır.
Onlar birlikdə düz bucaq əmələ gətirir.
Yəni, bu iki bucağın cəmi
90 dərəcəyə bərabərdir.
Bildiyiniz kimi bucaq dərəcə ilə ölçülür.
Odur ki, 2x + 46 və 3x - 6-nın cəmi
90 dərəcəyə bərabərdir.
Bunlar tamamlayıcı bucaqlardır.
Onların cəmi 90-a və ya
90 dərəcəyə bərabərdir.
İndi ifadəni sadələşdirək.
Burada 2x,
burada isə 3x var.
Onları toplasaq, cəmdə 5x alınar.
Burada isə 46 verilib.
Ondan 6 çıxırıq.
5x üstəgəl 40 = 90.
Hər iki tərəfdən 40 çıxaq.
Hesablayaq.
Hər tərəfdən 40 çıxaq.
Sol tərəfdə yalnız 5x qalır.
Sağ tərəfdə isə 50 alınır.
Hər iki tərəfi 5-ə bölək.
x = 10 alınır.
Ancaq cavab bu deyil.
Biz x-in qiymətini tapdıq.
Ancaq bizdən MON bucağının
ölçüsü soruşulur.
MON bucağının ölçüsünün
3x - 6, yəni 3 vur 10 - 6 olduğunu bilirik.
Gəlin bunu yaşıl rənglə yazaq.
Cavab 24 dərəcədir.