Bu videoda edəcəyimiz
məntiqli bir şəkildə böyük ədədləri
müxtəlif yollarla yazmağa
çalışmaqdır.
Məsələn, ədədimiz budur və
mən bilərəkdən onu yüksək səslə deməyəcəm.
Gördüyünüz bu ədəd.
İstədiyim bu ədədi sözlə
necə yaza biləcəyimi düşünmənizdir.
Biz bunu birlikdə etməzdən qabaq sizi
videonu saxlayaraq bunu özünüzün
həll etməsinə dəvət edirəm.
Əgər bir kağız götürüb yazmağa çalışsanız,
bu ədədi necə yazardınız?
İndi isə, bunu birlikdə edə bilərik.
Əslində ədədi sözlə yazmazdan qabaq,
onu mərtəbə qiymət cədvəlində yazacam,
çünki bizə kömək edə bilər və ya bu
ədədin nə ifadə etdiyini anlamamıza
yardım edə bilər.
Əgər mərtəbə qiymət cədvəli ilə tanış deyilsinizsə
bu şəkildə xatırlada bilərik.