Bu videoda edəcəyimiz məntiqli bir şəkildə böyük ədədləri müxtəlif yollarla yazmağa çalışmaqdır. Məsələn, ədədimiz budur və mən bilərəkdən onu yüksək səslə deməyəcəm. Gördüyünüz bu ədəd. İstədiyim bu ədədi sözlə necə yaza biləcəyimi düşünmənizdir. Biz bunu birlikdə etməzdən qabaq sizi videonu saxlayaraq bunu özünüzün həll etməsinə dəvət edirəm. Əgər bir kağız götürüb yazmağa çalışsanız, bu ədədi necə yazardınız? İndi isə, bunu birlikdə edə bilərik. Əslində ədədi sözlə yazmazdan qabaq, onu mərtəbə qiymət cədvəlində yazacam, çünki bizə kömək edə bilər və ya bu ədədin nə ifadə etdiyini anlamamıza yardım edə bilər. Əgər mərtəbə qiymət cədvəli ilə tanış deyilsinizsə bu şəkildə xatırlada bilərik.