Ölkədəki bütün heyvanxanalarda tısbağaların sayını göstərmək üçün kök-yarpaq cədvəli tərtib edilib. Neçə heyvanxanada tısbağaların sayı 46-dan azdır? Kök-yarpaq cədvəlində hər bir ədədin ilk rəqəmi verilib. Bunu onluqlar mərtəbəsi adlandıra bilərik. Burada isə təklikər mərtəbəsi təsvir edilib. Belə ki, 4 ədəd tısbağa olan yalnız bir heyvanxana var. Buna 0, 0, 4 və ya 4 tısbağa olaraq baxa bilərik. Burada, onluqlar mərtəbəsində 1 yazılıb. Deməli, bu ədəd 11-dir. Bu 14-dür. Bu, 16-dır. Bu, 16-dır və s. Bu isə 17, 18-dir. Bunların hər biri 23-dür. Bu, 23-dür. Bu, 26-dır. Onluqlar mərtəbəsi buradadır. Bu, birinci rəqəmdir. Gəlin suala cavab verək. Neçə heyvanxanada tısbağaların sayı 46-dan azdır? Heyvanxanaların heç birində tısbağaların sayı 40-a çatmır. Deməli, buradakı bütün heyvanxanalarda... bunların hər birində 30-dan çox, bunlarda 20-dən çox, bunlarda 10-dan çox, burada isə bir neçə tısbağa var. Heyvanxanaların sayı buradakı ədədlərin sayı qədərdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. 17 heyvanxanada tısbağaların sayı 46-dan azdır. Başqa bir nümunəyə baxaq. Supermarketlər şəbəkəsinin alıcısı hər bir marketdəki hind qozu sayını göstərən kök-yarpaq cədvəli hazırladı. Ən az miqdarda hind qozu hansı mağazadadır? Supermarketlər şəbəkəsinin alıcısı mağazalardakı hind qozu miqdarını göstərən kök-yarpaq cədvəli hazırlayıb. Belə ki, istənilən mağazada ən kiçik miqdar... Ən kiçik miqdar budur. Bu 2 deyil. Burada onluqlar mərtəbəsi var. Bu birdir. Deməli, bu, mağazada olan 12 hind qozunu miqdarını ifadə edir. Buraya 12 yazırıq. Daha bir nümunəyə nəzər salaq. Mağazalar şəbəkəsində, hər bir mağazada olan saat miqdarını göstərən kök-yarpaq cədvəli tərtib edilib. Neçə mağazada tam olaraq 7 saat var? Cavab elə budur. 7 saat. Bu, bu, bu və bu 7 deyil. Bu 17-dir, çünki 1 ilə başlayan sırada yazılıb. Bu 27-dir. Çünki, 2 ilə başlayan sırada yazılıb. Yəni, cəmi bir mağazada tam olaraq 7 saat var. Daha bir misala baxaq. Çox əyləncəlidir. Ölkədəki hər əsas heyvanxanadakı pələng sayını göstərən kök-yarpaq cədvəli tərtib edilib. Neçə heyvanxanada pələnglərin sayı 24-dən çoxdur? Sıfırları və onluqları saymaya bilərik, Biz 20-ləri saymalıyıq. Bu, 25-dir. Deməli, məsələnin şərtini ödəyir. Daha sonra, burada 28, 29 var. Burada miqdar 30-dan çoxdur. Bu 3, 0... Bu, 0 pələng demək deyil. Bu 30 pələngdir. Bu 40 pələngdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 heyvanxanada pələnglərin sayı 24-dən çoxdur. 9 heyvanxana. Vəssalam.