Gəlin 9/10 kəsri ilə 1/6 kəsrini toplayaq. Bu halda cəm nəyə bərabər olacaq? Düşünə bilərsiniz ki, burada məxrəclər fərqlidir və necə toplayacağınızı bilmirsiniz. Bunun üçün isə isə bu kəsrlərə ortaq məxrəc tapmalıyıq. Yəni verilmiş kəsrin hər ikisinin məxrəcində eyni ədəd olmalıdır. Ortaq məxrəc nəyə bərabər olacaq? Belə ki, burada ortaq məxrəc həm 10-a, həm də 6-ya bölünən bir ədəd olmalıdır. Həm 10-a, həm də 6-ya bölünən ədəd hansıdır? Ən kiçik ortaq bölünəni tapmağın sadə yolu böyük məxrəclə başlamaqdır. Belə ki, 10 6-ya bölünür? Xeyr. Bəs 20 6-ya bölünür? Xeyr. Bəs 30 necə? Bəli, 30 6-ya bölünür. İndi isə 10-a bölünən ədədləri düşünək. 10-a və 6-ya bölünən ən kiçik ədəd hansıdır? 30. Deməli, verilmiş bu kəsrlərin məxrəclərində 30 yaza bilərik. 9/10 kəsrinin məxrəcini necə 30 yaza bilərik? Belə ki, kəsrin məxrəcini 3-ə vurmalıyıq. Kəsrin məxrəcini 3-ə vurduq. Kəsrin qiymətinin dəyişməməyi üçün surəti də eyni ədədə vurmalıyıq. Beləliklə, kəsri dəyişməmək üçün kəsrin həm surətini, həm də məxrəcini 3-ə vururuq. 9 vur 3 27-yə bərabərdir. Bu halda alırıq ki, 9/10 və 27/30 kərsləri eynidir. Biz bu kəsrin məxrəcini 30-a çevirdik. Eyni qaydada 1/6 kəsrinin məxrəcini də 30-a çevirə bilərik. 30-u nəyə böldükdə bizə 1/6 verəcək? Videonu dayandırın və özünüz tapmağa çalışın. 6-dan 30 necə ala bilərik? 5-ə vurmaqla. Əgər məxrəci 5-ə vursaq, surəti də 5-ə vurmalıyıq. 1 vur 5 5-ə bərabərdir. Deməli, 9/10 elə 27/30-yə, 1/6 isə 5/30-ə bərabərdir. İndi isə çox asanlıqla bu iki kəsri toplaya bilərik. Məxrəcləri 30 olan iki kəsri toplayırıq. 27/30 + 5/30 cəmini tapmalıyıq. 27 üstəgəl 5 böl 30-a bərabər olacaq. Bu da bərabərdir 32/30. 32/30. Gəlin bu kəsri bir az sadələşdirək. Belə ki, 32 və 30 hər ikisi 2-yə bölünür. Surəti və məxrəci 2-yə bölək. Surətdə 16, məxrəcdə isə 15 alırıq. 16/15 kəsrini qarışıq ədəd şəklində yazaq. 16-da 15 bir dəfədir, qalıqda da 1 qalır. Deməli, bu, elə 1 tam 1/15 deməkdir. Başqa bir nümunəyə baxaq. Fərz edək ki, 1/2 ilə 11/12-i toplamaq istəyirik. Videonu dayandırın və özünüz tapmağa çalışın. Biz yenə ortaq məxrəc tapmalıyıq. Əgər məxrəclər eyni olsa idi, bu kəsrləri dərhal toplamaq mümkün idi. Lakin eyni olmadığından ortaq məxrəc tapmalıyıq. Beləliklə, biz 2 və 12-yə bölünən ədəd tapmalıyıq. Daha doğrusu, 2 və 12-nin ən kiçik ortaq bölünənini tapmalıyıq. 12 ilə başlayaq. 12 vur 1 12-yə bərabərdir. 12 əslində 12-nin bölünənidir. Bəs 12 2-yə bölünür? Bəli, 12 2-yə bölünür. Beləliklə, 12 2 və 12-nin ən kiçik ortaq bölünənidir. Ona görə də bu kəslərin məxrəcini 12-yə çevirəcəyik. 12-ni nəyə böldükdə 1/2-ə bərabərdir? 2-dən 12 almaq üçün 2-ni 6-ya vururuq. Bu halda surəti də 6-ya vurmalıyıq. Beləliklə, 1/2 və 6/12 kəsrləri bərabərdir. 2-nin yarısı 1, 12-nin yarısı isə 6-dır. Nəyi 12-yə böldükdə 11/12 alarıq? Burada artıq 11/12 kəsrinin məxrəcində 12 var. Deməli, dəyişməyə ehtiyac yoxdur. 11/12 və bu kəsrləri toplayaq. Beləliklə, alırıq ki, 6 üstəgəl 11, 6 üstəgəl 11 böl 12. Böl 12. 6/12 üstəgəl 11/12 6 üstəgəl 11 böl 12-yə bərabərdir. Bu da bizə 17/12 verəcək. Bunu qarışıq ədəd şəklində yazaq. 17-də 12 bir dəfədir, qalıq da 5 olur. Deməli, 1 tam 5/12 şəklində olacaq. Yenə bir nümunəyə baxaq. Bu, çox maraqlıdır. Fərz edək ki, 3/4 kəsri ilə 1/5 kəsrini toplayırıq. 1 böl 5. Bu, nəyə bərabər olacaq? Videonu dayandırın və özünüz tapmağa çalışın. Belə ki, verilmiş kəslərin məxrəcləri müxtəlifdir. Onları toplamaq üçün yenə ortaq məxrəc tapmalıyıq. Gəlin görək. Burada 4 və 5-in ən kiçik ortaq bölünəni nədir? Böyük ədədlə, yəni 5 ilə başlayaq və 5-in həm də 4-ə bölünən bölünənlərinə baxaq. 5 4-ə bölünmür. 10 da 4-ə bölünmür. 15 də 4-ə tam bölünmür. 20 isə 4-ə tam bölünür. 4 vur 5 elə 20-yə bərabərdir. Beləliklə, verilmiş bu iki kəsrin ortaq məxrəci 20 olacaq. Yəni məxrəcdə 20 olacaq. 3/4 kəsrinin məxrəcini 20-yə çevirək. 4-ü 20-yə çevirmək üçün 4-ü 5-ə vururuq. Deməli, surəti də 5-ə vurmalıyıq. 3 vur 5 15-ə bərabərdir. Sadəcə 4-ü 5-ə vuraraq məxrəcdə 20 yazdıq. Eyni qaydada, surəti də 5-ə vurduq və 3 vur 5 15-ə bərabər oldu. Beləliklə, 3/4 kəsri elə 15/20 deməkdir. 1/5-ə baxaq. 5-i 20-yə çevirmək üçün 5-i 4-ə vurmalıyıq. Bu halda surəti də 4-ə vururuq. Surəti 4-ə vurub 4/20 alırıq. Beləliklə, 3/4 üstəgəl 1/5 əvəzinə 15/20 üstəgəl 4/20 yazırıq. Bu, nəyə bərabər olacaq? 15 üstəgəl 4, yəni 19/20. Bu qədər.