Yerli ərzaq mağazası saat 9-da
açılır.
Onun avtomobil dayanacağında 6 sıra var.
Hər sırada 7 maşın dura bilir.
Hər maşının 4 təkəri var.
Avtomobil dayanacağında neçə maşın
dayana bilər?
Videonu dayandıraraq özünüz tapmağa
cəhd edin.
Yaxşı, gəlin birgə baxaq.
Belə ki, yerli ərzaq mağazası saat 9-da
açılır.
Bu məlumat bizə lazım deyil. Biz, dayancaqdakı
maşın sayını tapmalıyıq.
Bu, vacib məlumat deyil.
Eyni zamanda, hər maşının
neçə təkərinin olması da bizə lazım deyil.
Çünki sualda soruşulan təkərlərin
sayı deyil.
Bunu da nəzərə almaya bilərik.
Bizim axtardığımız
dayanacaqda neçə sıranın olması
və bura yerləşə biləcək maşınların
sayıdır.
Sualda deyilirki, dayancaqda 6 sıra var
və hər sıraya 7 maşın dura bilir.
Deməli, buradan
belə çıxır ki,
6 vurulsun 7 sayda maşın bu dayanacaqda
dura bilər.
Elə isə bu nəyə bərabədir?
Bu, 6 ədəd 7-nin cəmi deməkdir.
belə ki, bir, iki, üç, dörd,
beş, altı ədəd 7-ni toplayırıq.
Sonuncu 7 bir az qəribə görünür.
İndi biz bu cəmi tapmalıyıq.
7 üstəgəl 7, 14 edir.
21, 28, 35 və 42.
6 vur 7 də 42 edir.
Deməli, dayanacaqda 42 maşın dura bilər.
Mənə inanmırsız? (CƏHƏNNƏMƏ İNANIN :D) Bura bir diaqram əlavə etmişəm.
Burada 6 sıra var.
Bu birinci sıradır.
Bu ikinci,
üçüncü,
dördüncü,
beşinci
və altıncı.
Hər sırada 7 maşın dura
bilir.
Bu bir.
Deməli, bu bir,
iki,
üç,
dörd, beş, altı və yeddi.
Burada neçə maşın var?
Burada 7 maşın var.
Sonra 14,
21,
28,
35
və 42.
Ümumilikdə 42 maşın var.