Yerli ərzaq mağazası saat 9-da açılır. Onun avtomobil dayanacağında 6 sıra var. Hər sırada 7 maşın dura bilir. Hər maşının 4 təkəri var. Avtomobil dayanacağında neçə maşın dayana bilər? Videonu dayandıraraq özünüz tapmağa cəhd edin. Yaxşı, gəlin birgə baxaq. Belə ki, yerli ərzaq mağazası saat 9-da açılır. Bu məlumat bizə lazım deyil. Biz, dayancaqdakı maşın sayını tapmalıyıq. Bu, vacib məlumat deyil. Eyni zamanda, hər maşının neçə təkərinin olması da bizə lazım deyil. Çünki sualda soruşulan təkərlərin sayı deyil. Bunu da nəzərə almaya bilərik. Bizim axtardığımız dayanacaqda neçə sıranın olması və bura yerləşə biləcək maşınların sayıdır. Sualda deyilirki, dayancaqda 6 sıra var və hər sıraya 7 maşın dura bilir. Deməli, buradan belə çıxır ki, 6 vurulsun 7 sayda maşın bu dayanacaqda dura bilər. Elə isə bu nəyə bərabədir? Bu, 6 ədəd 7-nin cəmi deməkdir. belə ki, bir, iki, üç, dörd, beş, altı ədəd 7-ni toplayırıq. Sonuncu 7 bir az qəribə görünür. İndi biz bu cəmi tapmalıyıq. 7 üstəgəl 7, 14 edir. 21, 28, 35 və 42. 6 vur 7 də 42 edir. Deməli, dayanacaqda 42 maşın dura bilər. Mənə inanmırsız? (CƏHƏNNƏMƏ İNANIN :D) Bura bir diaqram əlavə etmişəm. Burada 6 sıra var. Bu birinci sıradır. Bu ikinci, üçüncü, dördüncü, beşinci və altıncı. Hər sırada 7 maşın dura bilir. Bu bir. Deməli, bu bir, iki, üç, dörd, beş, altı və yeddi. Burada neçə maşın var? Burada 7 maşın var. Sonra 14, 21, 28, 35 və 42. Ümumilikdə 42 maşın var.