Deyək ki, hipotetik reaksiyamız var
burada reaktant A məhsullara çevrilir və
reaksiya A-ya görə birinci dərəcəlidir.
Reaksiya A-ya görə birinci dərəcəlidirsə,
sürət qanunu üçün reaksiya sürətini
sürət sabiti K vuraq
A-nın qatılığı yaza bilərik.
Həmçinin reaksiyanın sürətini
A-nın qatılığın dəyişməsinin mənfisinin
zaman dəyişməsinə nisbəti yaza bilərik.
Hər ikisini bərabərləşdirərək,
və bəzi hesablamalar edərək,
inteqrasiya konsepsiyası daxil olmaqla,
inteqrasiya olunmuş sürət qanununa
birinci dərəcəli reaksiya üçün çatırıq
A qatılığının ln-i olduğunu söyləyən
bir müddətdə T mənfi KT-yə bərabərdir
burada K sürət sabiti
üstəgəl A-nın ilkin qatılığının ln-i dir.
İnteqrasiya edilmiş sürət qanunu
Y forması mx plus b-yə bərabərdir
hansı ki, bir düz xətt üçün tənlikdir.
Belə ki,A qatılığın ln-i qrafikə yazsaq,
Y oxunda, davam edək və buraya qoyaq
A qatılığının natural loqarifmi
və X oxuna vaxt qoyduq
düz bir xətt əldə edərik
və bu düz xəttin bucaq əmsalı
mənfi K-yə bərabər olardı.
Yəni bu xəttin bucaq əmsalı,
bucaq əmsalı sürət sabiti K-ın mənfisi ilə
bərabər olardı və
Y kəsəni ilkin A qatılığının
natural loqarifminə bərabər olardı.
Yəni bu xəttin Y oxuna uyğun olduğu yerdə
bu nöqtə ilkin A qatılığının
natural loqarifminə bərabərdir.
Metil izonitrilin asetonitrilə çevrilməsi
birinci dərəcəli reaksiyadır.
Və bu iki molekul bir-birinin izomeridir.
Cədvəldə olan məlumatları çevrilmənin 1-ci
dərəcəli olduğunu göstərməyə istifadə edək
Metil izonitrilin əmsalı 1 olduğundan
sürət qanununun bu formasından
bucaq əmsalının sürət sabiti K-ya bərabər
olduğu yerlərdə istifadə edək.
Balanslı tənliyimiz reaktivin qarşısında
əmsal olaraq 2 olsaydı,1/2 hissəsini daxil
etməli idik stexiometrik əmsal kimi.
İki nisbəti bir-birinə bərabər etdikdə və
mənfi KT almaq əvəzinə hesabladıqda
iki mənfi KT əldə etdik.
Ancaq reaksiyamız üçün 2 əmsalımız yoxdur.
Bir əmsalımız var, buna görə sürət
düsturunun bu formasından istifadə edirik
Həm də nəzərə alın ki, bu A qatılığı
baxımından sürət düsturu formasıdır
lakin metil izonitril qatılığı yoxdur
məlumat cədvəlimizdə,
metil izonitril təzyiqimiz var.
Amma təzyiq ideal qaz qanunundan qatılıq
ilə əlaqəlidir, PV nRT-yə bərabərdir.
Hər iki tərəfi V-yə bölsək,
onda təzyiqin bərabər olduğunu görərik,
n mol və V həcmdir,
Beləcə həcmə bölünən mollar molyarlıq,
molarlıq vur R vur T olar.
Buna görə təzyiq qatılıq ilə birbaşa
mütənasibdir və qaz üçün təzyiqi ölçmək
qatılıq əldə etmədən daha asandır.
Tez-tez təzyiq baxımından qazlar üçün
məlumatları görəcəksiniz.
Buna görə,inteqrasiya olunmuş sürət qanunu
bu formasını T-dəki qazın təzyiqinin
ln-in mənfi KT-yə və üstəgəl qazın ilkin
təzyiqinin ln-ə bərabər olduğunu düşünün.
Buna görə reaksiyanın 1-ci dərəcəli
olduğunu göstərmək üçün metil izonitril
təzyiqinin Y oxu üzərində və X oxundakı
vaxtın ln qrafiki üzərində qurmalıyıq.
Cədvəldə yeni sütuna ehtiyacımız var.
Metil izonitril təzyiqinin natural
loqarifmini qoymalıyıq.
Məsələn,zaman 0-a bərabər olduqda
metil izonitrilin təzyiqi 502 torrdur.
502-nin natural loqarifmini götürməliyik.
Və 502-nin natural loqarifmi 6.219-dur.
Vaxt üçün irəli getdim və
son sütunu burada doldurdum,
təzyiq metil izonitrilin natural loqarifmi
Vaxt artdıqca nələrin baş verdiyinə baxın,
zaman metil izonitrilin təzyiqini artdıqca
asetonitril çevrildiyi üçün azalır.
Qrafikimiz üçün metil izonitrilin y oxuna
təzyiqinin natural loqarifmimiz olacaq.
Və X oxunda vaxtımız olacaq.
Burada ilk məqama diqqət yetirin
zaman 0 saniyəyə bərabər olduqda,
təzyiqin natural loqarifmi 6.219-dur.
Beləliklə, aşağı enib qrafikə baxaq.
Buna görə artıq onu qrafikdə göstərmişəm.
Və yalnız vaxtın 0 olduğunu gördük,
ilk nöqtə 6.219-a bərabərdir.
Artıq qrafikdə olan digər nöqtələr var.
1-ci dərəcəli reaksiya üçün sürət qanunu
və qatılıqlar əvəzinə təzyiqlər etdim.
Beləliklə,metil izonitrilin təzyiqinin
natural loqarifmi y oxunda və X oxunda
vaxtımız var və
xəttin bucaq əmsalı sürət sabiti K-nın
mənfisinə bərabər olmalıdır.
Xəttin b.əmsalını tapmaq üçün çox yol var,
1 yol qrafik kolkulyatorundan istifadədir.
Bir qrafik kolkulyatorundan istifadə etdim
və məlumatları cədvəldə yerləşdirdim
və xəttin bucaq əmsalını tapdim ki,
mənfi 2.08 vur on üstü mənfi dördə
bərabərdir.
Davam etsəm və y mx plus b-ə bərabərdir
yazsam,bucaq əmsalının mənfisini götürməyi
xatırlamalıyam K sürət sabiti tapmaq üçün
Buna görə K müsbət 2.08 vur
on üstü mənfi dördə bərabərdir.
Vahidləri sürətin sabit olması
üçün bucaq əmsalının X-dəki dəyişikliyə
nisbətən Y-dəkinə bərabər olduğunu bilək.
Y-dəki təzyiqin natural loqarifmidir,
heç vahidi olmayan və saniyələr içindədir.
K üçün bir saniyədən çox vaxtımız olardı.
Və nəhayət, düz bir xətt aldığımız üçün
təzyiqin ln-i zamana qarşı qrafik etdikdə,
məlumatı 1. dərəcəli reaksiya üçün bilirik
Bu səbəbdən metil izonitrilin asetonitrilə
çevrilməsinin birinci dərəcəli reaksiya
olduğunu sübut etdik.