Deyək ki, hipotetik reaksiyamız var burada reaktant A məhsullara çevrilir və reaksiya A-ya görə birinci dərəcəlidir. Reaksiya A-ya görə birinci dərəcəlidirsə, sürət qanunu üçün reaksiya sürətini sürət sabiti K vuraq A-nın qatılığı yaza bilərik. Həmçinin reaksiyanın sürətini A-nın qatılığın dəyişməsinin mənfisinin zaman dəyişməsinə nisbəti yaza bilərik. Hər ikisini bərabərləşdirərək, və bəzi hesablamalar edərək, inteqrasiya konsepsiyası daxil olmaqla, inteqrasiya olunmuş sürət qanununa birinci dərəcəli reaksiya üçün çatırıq A qatılığının ln-i olduğunu söyləyən bir müddətdə T mənfi KT-yə bərabərdir burada K sürət sabiti üstəgəl A-nın ilkin qatılığının ln-i dir. İnteqrasiya edilmiş sürət qanunu Y forması mx plus b-yə bərabərdir hansı ki, bir düz xətt üçün tənlikdir. Belə ki,A qatılığın ln-i qrafikə yazsaq, Y oxunda, davam edək və buraya qoyaq A qatılığının natural loqarifmi və X oxuna vaxt qoyduq düz bir xətt əldə edərik və bu düz xəttin bucaq əmsalı mənfi K-yə bərabər olardı. Yəni bu xəttin bucaq əmsalı, bucaq əmsalı sürət sabiti K-ın mənfisi ilə bərabər olardı və Y kəsəni ilkin A qatılığının natural loqarifminə bərabər olardı. Yəni bu xəttin Y oxuna uyğun olduğu yerdə bu nöqtə ilkin A qatılığının natural loqarifminə bərabərdir. Metil izonitrilin asetonitrilə çevrilməsi birinci dərəcəli reaksiyadır. Və bu iki molekul bir-birinin izomeridir. Cədvəldə olan məlumatları çevrilmənin 1-ci dərəcəli olduğunu göstərməyə istifadə edək Metil izonitrilin əmsalı 1 olduğundan sürət qanununun bu formasından bucaq əmsalının sürət sabiti K-ya bərabər olduğu yerlərdə istifadə edək. Balanslı tənliyimiz reaktivin qarşısında əmsal olaraq 2 olsaydı,1/2 hissəsini daxil etməli idik stexiometrik əmsal kimi. İki nisbəti bir-birinə bərabər etdikdə və mənfi KT almaq əvəzinə hesabladıqda iki mənfi KT əldə etdik. Ancaq reaksiyamız üçün 2 əmsalımız yoxdur. Bir əmsalımız var, buna görə sürət düsturunun bu formasından istifadə edirik Həm də nəzərə alın ki, bu A qatılığı baxımından sürət düsturu formasıdır lakin metil izonitril qatılığı yoxdur məlumat cədvəlimizdə, metil izonitril təzyiqimiz var. Amma təzyiq ideal qaz qanunundan qatılıq ilə əlaqəlidir, PV nRT-yə bərabərdir. Hər iki tərəfi V-yə bölsək, onda təzyiqin bərabər olduğunu görərik, n mol və V həcmdir, Beləcə həcmə bölünən mollar molyarlıq, molarlıq vur R vur T olar. Buna görə təzyiq qatılıq ilə birbaşa mütənasibdir və qaz üçün təzyiqi ölçmək qatılıq əldə etmədən daha asandır. Tez-tez təzyiq baxımından qazlar üçün məlumatları görəcəksiniz. Buna görə,inteqrasiya olunmuş sürət qanunu bu formasını T-dəki qazın təzyiqinin ln-in mənfi KT-yə və üstəgəl qazın ilkin təzyiqinin ln-ə bərabər olduğunu düşünün. Buna görə reaksiyanın 1-ci dərəcəli olduğunu göstərmək üçün metil izonitril təzyiqinin Y oxu üzərində və X oxundakı vaxtın ln qrafiki üzərində qurmalıyıq. Cədvəldə yeni sütuna ehtiyacımız var. Metil izonitril təzyiqinin natural loqarifmini qoymalıyıq. Məsələn,zaman 0-a bərabər olduqda metil izonitrilin təzyiqi 502 torrdur. 502-nin natural loqarifmini götürməliyik. Və 502-nin natural loqarifmi 6.219-dur. Vaxt üçün irəli getdim və son sütunu burada doldurdum, təzyiq metil izonitrilin natural loqarifmi Vaxt artdıqca nələrin baş verdiyinə baxın, zaman metil izonitrilin təzyiqini artdıqca asetonitril çevrildiyi üçün azalır. Qrafikimiz üçün metil izonitrilin y oxuna təzyiqinin natural loqarifmimiz olacaq. Və X oxunda vaxtımız olacaq. Burada ilk məqama diqqət yetirin zaman 0 saniyəyə bərabər olduqda, təzyiqin natural loqarifmi 6.219-dur. Beləliklə, aşağı enib qrafikə baxaq. Buna görə artıq onu qrafikdə göstərmişəm. Və yalnız vaxtın 0 olduğunu gördük, ilk nöqtə 6.219-a bərabərdir. Artıq qrafikdə olan digər nöqtələr var. 1-ci dərəcəli reaksiya üçün sürət qanunu və qatılıqlar əvəzinə təzyiqlər etdim. Beləliklə,metil izonitrilin təzyiqinin natural loqarifmi y oxunda və X oxunda vaxtımız var və xəttin bucaq əmsalı sürət sabiti K-nın mənfisinə bərabər olmalıdır. Xəttin b.əmsalını tapmaq üçün çox yol var, 1 yol qrafik kolkulyatorundan istifadədir. Bir qrafik kolkulyatorundan istifadə etdim və məlumatları cədvəldə yerləşdirdim və xəttin bucaq əmsalını tapdim ki, mənfi 2.08 vur on üstü mənfi dördə bərabərdir. Davam etsəm və y mx plus b-ə bərabərdir yazsam,bucaq əmsalının mənfisini götürməyi xatırlamalıyam K sürət sabiti tapmaq üçün Buna görə K müsbət 2.08 vur on üstü mənfi dördə bərabərdir. Vahidləri sürətin sabit olması üçün bucaq əmsalının X-dəki dəyişikliyə nisbətən Y-dəkinə bərabər olduğunu bilək. Y-dəki təzyiqin natural loqarifmidir, heç vahidi olmayan və saniyələr içindədir. K üçün bir saniyədən çox vaxtımız olardı. Və nəhayət, düz bir xətt aldığımız üçün təzyiqin ln-i zamana qarşı qrafik etdikdə, məlumatı 1. dərəcəli reaksiya üçün bilirik Bu səbəbdən metil izonitrilin asetonitrilə çevrilməsinin birinci dərəcəli reaksiya olduğunu sübut etdik.