Deyək ki, hipotetik reaksiyamız var burada reaktant A məhsullara çevrilir və reaksiya A-ya görə birinci dərəcəlidir. Reaksiya A-ya görə birinci dərəcəlidirsə, sürət qanunu üçün reaksiya sürətinin düsturunu sürət sabiti K vuraq A-nın qatılığı üstü bir kimi yaza bilərik. Həmçinin reaksiyanın sürətini mənfi A-nın qatılığının dəyişməsinin zamanla dəyişməyə nisbəti kimi yaza bilərik. Hər ikisini bərabərləşdirərək, və bəzi hesablamalar edərək, inteqrasiya konsepsiyası da daxil olmaqla, birinci dərəcəli reaksiya üçün inteqrasiya olunmuş sürət qanununu tapırıq, bu qanun bizə T müəyyən zamanda A-nın qatılığının təbii loqarifminin KT-yə bərabər olduğunu deyir, burada K sürət sabiti üstəgəl A-nın ilkin qatılığının loqarifminə bərabərdir. İnteqrasiya edilmiş sürət qanunu düz xəttə aid tənlik olan Y funksiyası mx üstəgəl b-yə bərabərdir. Belə ki, A-nın qatılığının loqarifmini qrafikə yazsaq, davam edək və buraya qoyaq, A-nın qatılığının təbii loqarifmini Y oxunda yerləşdirsək və zamanı X oxuna yazsaq düz bir xətt əldə edərik və bu düz xəttin bucaq əmsalı mənfi K-yə bərabər olar. Yəni bu xəttin bucaq əmsalı, bucaq əmsalı mənfi sürət sabiti K-ya və Y oxu A-nın ilkin qatılığının təbii loqarifminə bərabər olardı. Yəni bu xəttin Y oxu ilə kəsişdiyi yerdə bu nöqtə A-nın ilkin qatılığının təbii loqarifminə bərabərdir. Metil izonitrilin asetonitrilə çevrilməsi birinci dərəcəli reaksiyadır. Və bu iki molekul bir-birinin izomeridir. Cədvəldə olan məlumatları çevrilmənin birinci dərəcəli reaksiya olduğunu göstərmək üçün istifadə edək. Metil izonitrilin əmsalı 1 olduğundan İnteqrasiya edilmiş sürət qanunundan bu funksiyasından bucaq əmsalının mənfi sürət sabiti K-ya bərabər olduğu yerlərdə istifadə edək. Bərabərləşdirilmiş tənlikdə reaktivin qarşısında əmsal olaraq 2 olsaydı, stoxiometrik əmsal kimi onun 1/2 hissəsini daxil etməli idik. İki nisbəti bir-birinə bərabər etdikdə və mənfi KT almaq əvəzinə hesabladıqda mənfi iki KT əldə edə bilərik. Ancaq reaksiyada əmsalımız 2 deyil. Əmsalımız birdir, buna görə də inteqrasiya edilmiş sürət qanununun bu funksiyasından istifadə edirik. Həm də nəzərə alın ki, bu A-nın qatılığı baxımından inteqrasiya edilmiş sürət qanunu funksiyasıdır, lakin məlumat cədvəlində metil izonitrilin qatılığı yox, onun təzyiqi verilib. Amma təzyiq ideal qaz qanunundan qatılıq ilə əlaqəlidir, PV nRT-yə bərabərdir. Hər iki tərəfi V-yə bölsək, onda təzyiqin, n moldur, V isə həcmdir, belə ki, mol bölünsün həcm molyarlığa bərabər olduğu üçün təzyiqin molyarlıq vurulsun R-ə oda vurulsun T-yə bərabər olduğunu görərik. Buna görə təzyiq qatılıq ilə düz mütənasibdir və qaz üçün təzyiqi ölçmək qatılığı əldə etməkdən daha asandır. Tez-tez təzyiq baxımından qazlar üçün məlumatları görəcəksiniz. Buna görə, inteqrasiya olunmuş sürət qanununun bu funksiyasının T zamanı vurulsun qazın təzyiqinin təbii loqarifminə bərabərdir mənfi KT üstəgəl qazın ilkin təzyiqinin təbii loqarifminə bərabər olduğunu düşünün. Buna görə reaksiyanın 1-ci dərəcəli olduğunu göstərmək üçün metil izonitril təzyiqinin təbii loqarifmasını Y oxu üzərində, zamanı isə X oxu üzərində qurmalıyıq. Məlumat cədvəlində yeni sütuna ehtiyacımız var. Metil izonitril təzyiqinin təbii loqarifmini yerləşdirməliyik. Məsələn, zaman 0-a bərabər olduqda metil izonitrilin təzyiqi 502 torrdur. Beləliklə, 502-nin təbii loqarifmini götürməliyik. Və 502-nin təbii loqarifmi 6.219-dur. Vaxt itirməmək üçün irəli getdim və son sütunu burada doldurdum, metil izonitrilin təzyiqinin təbii loqarifmi. Zaman artdıqca nələrin baş verdiyinə baxın, zaman artdıqca metil izonitrilin təzyiqi asetonitrilə çevrildiyi üçün azalır. Qrafikdə metil izonitrilin təzyiqinin təbii loqarifmi Y oxunda olacaq. Və X oxunda zaman olacaq. Burada ilk məqama diqqət yetirin, zaman 0 saniyəyə bərabər olduqda, təzyiqin təbii loqarifmi 6.219-dur. Beləliklə, aşağı enib qrafikə baxaq. Buna görə artıq onu qrafikdə göstərmişəm. Və indicə zaman 0 olduqda, ilk nöqtənin 6.219-a bərabər olduğunu gördük. Artıq qrafikdə digər məlumat nöqtələri də var. 1-ci dərəcəli reaksiya üçün inteqrasiya edilmiş sürət qanununu və qatılıq əvəzinə təzyiqləri göstərdim. Beləliklə,metil izonitrilin təzyiqinin təbii loqarifmi y oxunda, zaman isə X oxunda yerləşir, xəttin bucaq əmsalı mənfi sürət sabiti K-ya bərabər olmalıdır. Xəttin bucaq əmsalını tapmaq üçün çox yol var, 1 yol qrafik kalkulyatorundan istifadədir. Qrafik kalkulyatorundan istifadə etdim və cədvəldən əldə etdiyim məlumatları yerləşdirdim və xəttin bucaq əmsalının mənfi 2.08 vur on üstü mənfi dördə bərabər olduğunu tapdım. Davam etsəm və y, mx üstəgəl b-yə bərabərdir yazsam, K sürət sabitini tapmaq üçün bucaq əmsalının mənfisini aradan qaldırmalıyam. Buna görə K, müsbət 2.08 vur 10 üstü mənfi dördə bərabərdir. Sürət sabiti üçün vahidləri tapaq, xatırlayaq ki, bucaq əmsalı Y-dəki dəyişiklik bölünsün X-dəki dəyişikliyə bərabərdir. Y-dəki dəyişiklik təzyiqin təbii loqarifmidir, onun vahidi yoxdur və saniyə ərzində baş verir. K-nın vahidi bir bölünsün saniyə olmalıdır. Və nəhayət, düz bir xətt aldığımız üçün təzyiqin təbii loqarifminin zamandan asılılıq qrafikini qursaq, bu məlumatların birinci dərəcəli reaksiyaya görə olduğunu bilərik. Bu səbəbdən metil izonitrilin asetonitrilə çevrilməsinin birinci dərəcəli reaksiya olduğunu sübut etdik.