Elementlər tərkibindəki
protonların sayına görə təyin olunur.
Misal üçün, kalium.
Bu, elementlərin dövri cədvəlidir.
Bütün cədvəl deyil, cədvəlin sadəcə
bir hissəsidir.
Kaliumun 19 protonu var.
Bunu belə yaza bilərdik,
ancaq 19-u yazmağa ehtiyac yoxdur.
Çünki, kalium atomlarının 19 protonu
olduğunu bilirik.
Həmçinin, əgər, bir atomun 19 protonu
varsa,
demək, o, kalium elementinin atomudur.
Lakin elementlərin atomlarındakı
neytron sayı fərqlənə bilər.
Elementin müxtəlif neytron sayına
malik atomlarına
izotoplar deyilir.
Kaliumun
tərkibində 20 neytron olan formasını
kalium-39 adlandırırıq.
39 kütlə ədədidir.
19 proton və 20 neytronun cəmindən
ibarətdir.
Əslində, bu, ən geniş yayılan
kalium izotopudur.
Yer üzərindəki kaliumun
93,3%-ni təşkil edir.
İndi isə kaliumun bir neçə başqa
izotopuna nəzər salaq.
Kalium-41-dən başlayaq.
Əvvəldə də qeyd etdiyim kimi,
19-un yazılması gərəksizdir.
Kalium-41-in 22 neytronu var.
22 və 19-un cəmi 41 edir.
Kalium-41 bütün planetdəki kaliumun
təxminən 6.7%-ini təşkil edir.
Kalium-40 adlı izotopa isə
çox az rast gəlinir.
Aydındır ki, kalium-40-da 21 neytron var.
Kalium-40-a, doğrudan da, çox çox
az rast gəlinir.
O, Yerdəki kaliumun yalnız 0,0117% -ni
təşkil edir.
Ancaq bu kalium izotopu qədim süxurların,
xüsusilə də, qədim vulkanik süxurların
tarixi baxımından
bizim üçün olduqca maraqlıdır.
Qədim vulkanik süxurların hansı tarixə
aid olduğunun müəyyən edilməsi
başqa süxur növləri və ya
qədim vulkanik süxurların arasına
sıxışmış
qalıqların tarixinin
müəyyənləşdirilməsinə də imkan yaradır.
Kalium-40 haqqında ,həqiqətən,
maraqlı olan şey
yarı ömrünün 1.25 milyard il
olmasıdır. Bunun yaxşı tərəfi odur ki,
kalium-40 karbon-14-dən fərqli olaraq,
çox qədim şeylərin tarixinin
müəyyənləşdirilməsində
istifadə oluna bilər.
Və hər 1,25 milyard ildən bir - bunu belə yazım,
bu onun yarı ömrüdür - istənilən kalium-40
nümunəsinin 50% -i çürümüş olacaqdır.
Və çürümüş kalium-40-ın 11%-i arqon-40-a
çevriləcəkdir.
Bu, arqondur.
18 protonu var.
Kalium-40 arqon-40-a çevrildiyində
1 proton itirsə də,
kütlə sayı eyni qalıb.
Deməli, protonlardan biri neytrona
çevrilmiş olmalıdır.
Əslində, o, daxili elektronlardan
birini ələ keçirir,
daha sonra müxtəlif hissəciklər
buraxır və s. Dərinliyinə gedib
kvant fizikasından danışmayacağam.
Ancaq nəticədə 11%-i arqon-40-a,
89%- isə kalsium-40-a çevrilir.
Dövri cədvəldən də göründüyü kimi,
kalsiumun
20 protonu var.
Burada neytronlardan biri
protona çevrilir.
Burada isə protonlardan biri
neytrona çevrilir.
Bizim üçün bu hissə
daha maraqlıdır.
Çünki, arqonun özünəməxsus bir cəhəti var.
O, heç bir maddə ilə reaksiyaya girməyən
nəcib qazdır.
Ona görə də, arqonu maye halında olan
bir şeyin içinə yerləşdirdikdə
köpüklənir.
Heç bir şeylə rabitə qurmadığına görə
köpüklənərək atmosferə qalxır.
Gəlin vulkan püskürməsi zamanı
nə baş verdiyinə baxaq.
Buraya bir vulkan çəkirəm.
Bu bizim vulkanımızdır.
Keçmişdə nə vatxsa püskürüb.
Bunlar püskürdüyü lavalardır.
Bu lavanın tərkibində bir qədər
kalium-40 var.
Hətta artıq bir hissəsi
arqon-40-a çevrilib.
Nə qədər ki,
lava maye halındadır..
Təsəvvür edin ki, bu lavadır.
Bir az da çəkim.
Bunun içində kalium-40 var.
Kaliumu fərqli bir rəngdə çəkmək
istəyirəm.
Qırmızımtıl bənövşəyi rəngdə çəkəcəyəm.
Bunlar kalium-40-dır.
Deyəsən, çox çəkdim.
Normalda kalium-40-a çox az rast gəlinir.
Ancaq lavanın içində bir az
kalium-40 olur.
Ola bilər ki, artıq içində bir qədər
arqon-40 da var.
Nəcib qaz adını alan arqon-40
heç bir maddə ilə reaksiyaya girmir.
Lava maye halında olduğu müddətcə
köpüklənərək
yuxarıya doğru qalxacaq.
Heç bir maddə ilə kimyəvi
rabitəsi olmadığı üçün sadəcə
buxarlanır.
Buxarlanma dedikdə, yəni
heç bir şeylə birləşmədiyinə görə
lava maye halında ikən
köpüklənərək bir növ axıb aradan çıxacaq,
atmosferə qalxacaq.
Maraqlısı budur ki,
vulkan püskürməsi baş verdikdə
lavalar vulkanik süxurlara çevrilib
bərkiyənə kimi --
vulkanik süxurları başqa bir rəngdə
çəkəcəyəm.
Aha, lavalar vulkanik süxurlara çevrilib
bərkiyənə kimi
arqon-40 yox olacaq. Artıq bərkimiş
lavanın tərkibində olmayacaq.
Vulkanik hadisə
bu süxurları mayeyə çevirərək bir növ
arqon-40 miqdarını yenidən tənzimləyir.
Deməli, nəticədə burada yalnız kalium-40
qalacaq.
Elə buna görə də, arqon-40 daha
maraqlıdır.
Çünki, kalsium-40 arqon-40 kimi mütləq
sızıb aradan çıxmır.
Məsələn, burada da kalsium-40-a
rast gələ bilərik.
Çünki, dediyimiz kimi,
kalsium-40 sızmır, amma arqon-40 sızır.
Yəni vulkanik hadisə bir növ
arqon-40-ın miqdarını tənzimləyir.
Beləliklə,
lavalar artıq bərkimiş olduqda tərkibində
heç arqon-40 qalmır.
Təsəvvür edin ki, gələcəyə gedirik.
Qoyun əvvəlcə bu nümunəni buraya
kopyalayıb yapışdırım.
Deməli, əgər, gələcək bir tarixə getsək,
çəkdiyimiz süxur nümunəsində bir az
arqon-40-a da rast gələrik.
Bu süxur əvvəlki vulkanik
hadisələr nəticəsində
əmələ gəlmiş vulkanik süxurdur.
Tərkibindəki arqon-40 isə vulkanik
hadisədən sonra çürümüş kalium-40-dan
qalıb.
çünki əvvəllər orada olsaydı, çölə sızmış olacaqdı.
Yəni bunun burada ilişib qalmasının yeganə yolu
maye halında olarkən sızıb çıxmasıdır,
amma bərkiyəndən sonra qayanın içərisində qala bilər.
Yəni, bu arqon-40-ın orada mövcud olmasının yeganə
yolunun kalsium-40-ın çürüməsi olduğunu bilirsiniz.
Beləliklə, nisbətə baxa bilərsiniz.
Bu arqon-40-ların hər birini bilirsiniz,
çünki çürüyən maddələrin yalnız 11% -i
arqon-40-dır və bunların hər biri üçün
təxminən doqquz kalsium-40 çürüməlidir.
Beləliklə, bu arqon-40-ların hər biri üçün bilirsiniz ki,
10 orijinal kalium-40 olmalıdır.
Yəni edə biləcəyiniz tək şey,
bu gün mövcud olan
kalium-40 sayının
lazım olan saya nisbətinə baxmaqdır.
Növbəti videoda isə ,həqiqətən,
tarix müəyyən edə biləcəyinizi göstərmək üçün riyazi
hesablamanı nəzərdən keçirəcəyəm.
Yəni bunun ,həqiqətən, faydalı olmasının səbəbi
bu nisbətlərə baxa bilməyinizdir.
Vulkan püskürmələri hər gün baş vermir,
ancaq bir neçə milyon il əvvələ
baxmağa başlasanız,
həqiqətən, tez-tez baş verdiklərini görərsiz.
Beləliklə, gəlin torpağı qazaq.
Yəni deyək ki, bu buradakı torpaqdır.
Və kifayət qədər qazırsız və vulkan püskürməsini görürsüz,
orada bir neçə vulkanik süxur görürsüz
və daha da çox qazırsınız.
Orada başqa bir vulkanik qaya təbəqəsi də var.
Yəni bu başqa bir vulkanik qaya təbəqəsidir.
Beləliklə, hamısının tərkibində müəyyən miqdarda
kalium-40 olacaqdır.
İçərisində meəyyən miqdarda kalium-40 olacaq.
Və sonra deyək ki, burada daha çox arqon-40 var.
Bu bir az daha azdır.
Növbəti videoda edəcəyimiz riyazi hesablamaya
əsasən deyək ki, bunun yarı ömrünü
və qalan arqon-40 nisbətindən istifadə edərək
və ya kalium-40 nisbətinin əvvəl
orada olduğunu bilirsiniz, bundan istifadə edərək
100 milyon il bundan əvvəl
bərkimiş olacağını söyləyə biərsiniz.
Bilirsiniz ki, buradakı bu təbəqə bərkləşib.
Deyək ki, bu gündən təxminən
150 milyon il əvvəl bərkidiyini bilirsiniz.
Deyək ki, bu torpağın qazılıb qazılmadığını və ya buna
bənzər bir şey olduğunu olduqca yaxşı hiss edirsiniz.
Buradakı bu torpaq nümunələrinə baxanda
olduqca toxunulmamış kimi görünür.
Deyək ki, burada bəzi fosillər görürsünüz.
O zaman, karbon-14 tarixinin bir növ faydasız olmasına
baxmayaraq, 50.000 ili keçdiyiniz zaman,
bu iki dövr arasında bu fosilləri görərsiniz.
Bu torpağın qazılmadığını və qarışdırılmadığını,
bu fosilin 100 milyon ilə 150 milyon il arasında
olduğunu düşünə bilsəniz olduqca
yaxşı bir göstəricidir.
Bu hadisə baş verdi.
Sonra bu fosilləri toplayırsınız.
Bu heyvanlar öldü yaxud yaşadı və öldü.
Sonra bu başqa vulkanik hadisəni yaşadınız.
Beləliklə, yalnız maqmatik süxur ilə birbaşa
tarixini müəyyən etsəniz də, təbəqələrə baxmaq
bu təbəqələr arasındakı şeylərin nisbətən
tarixlərini müəyyən etməyə imkan verir.
Beləliklə, söhbət yalnız vulkanik qayanın tarixindən getmir.
Çox qədim olan şeylərlə tanış olmağımıza imkan verir
və sadəcə karbon-14 tarixindən daha çox geriyə gedirik.