0:00:00.500,0:00:02.440 Elementlər tərkibindəki 0:00:02.440,0:00:04.350 protonların sayına görə təyin olunur. 0:00:04.350,0:00:05.401 Misal üçün, kalium. 0:00:05.401,0:00:07.150 Bu, elementlərin dövri cədvəlidir. 0:00:07.150,0:00:09.700 Bütün cədvəl deyil, cədvəlin sadəcə 0:00:09.700,0:00:10.720 bir hissəsidir. 0:00:10.720,0:00:12.920 Kaliumun 19 protonu var. 0:00:12.920,0:00:14.360 Bunu belə yaza bilərdik, 0:00:14.360,0:00:15.818 ancaq 19-u yazmağa ehtiyac yoxdur. 0:00:15.818,0:00:18.280 Çünki, kalium atomlarının 19 protonu[br]olduğunu bilirik. 0:00:18.280,0:00:20.720 Həmçinin, əgər, bir atomun 19 protonu[br]varsa, 0:00:20.720,0:00:23.260 demək, o, kalium elementinin atomudur. 0:00:23.260,0:00:28.920 Lakin elementlərin atomlarındakı 0:00:28.920,0:00:31.260 neytron sayı fərqlənə bilər. 0:00:31.260,0:00:33.754 Elementin müxtəlif neytron sayına 0:00:33.754,0:00:35.070 malik atomlarına 0:00:35.070,0:00:37.640 izotoplar deyilir. 0:00:37.640,0:00:40.930 Kaliumun 0:00:40.930,0:00:43.980 tərkibində 20 neytron olan formasını 0:00:43.980,0:00:45.230 kalium-39 adlandırırıq. 0:00:48.190,0:00:50.760 39 kütlə ədədidir. 0:00:50.760,0:00:56.710 19 proton və 20 neytronun cəmindən[br]ibarətdir. 0:00:56.710,0:00:59.780 Əslində, bu, ən geniş yayılan[br]kalium izotopudur. 0:00:59.780,0:01:03.360 Yer üzərindəki kaliumun 0:01:03.360,0:01:08.760 93,3%-ni təşkil edir. 0:01:08.760,0:01:12.040 İndi isə kaliumun bir neçə başqa[br]izotopuna nəzər salaq. 0:01:12.040,0:01:14.240 Kalium-41-dən başlayaq. 0:01:14.240,0:01:16.490 Əvvəldə də qeyd etdiyim kimi, 0:01:16.490,0:01:18.530 19-un yazılması gərəksizdir. 0:01:18.530,0:01:20.460 Kalium-41-in 22 neytronu var. 0:01:20.460,0:01:22.580 22 və 19-un cəmi 41 edir. 0:01:22.580,0:01:28.180 Kalium-41 bütün planetdəki kaliumun[br]təxminən 6.7%-ini təşkil edir. 0:01:28.180,0:01:30.550 Kalium-40 adlı izotopa isə 0:01:30.550,0:01:33.890 çox az rast gəlinir. 0:01:33.890,0:01:38.030 Aydındır ki, kalium-40-da 21 neytron var. 0:01:38.030,0:01:40.380 Kalium-40-a, doğrudan da, çox çox[br]az rast gəlinir. 0:01:40.380,0:01:46.010 O, Yerdəki kaliumun yalnız 0,0117% -ni[br]təşkil edir. 0:01:46.010,0:01:48.590 Ancaq bu kalium izotopu qədim süxurların, 0:01:48.590,0:01:51.350 xüsusilə də, qədim vulkanik süxurların [br]tarixi baxımından 0:01:51.350,0:01:56.490 bizim üçün olduqca maraqlıdır. 0:01:56.490,0:01:59.680 Qədim vulkanik süxurların hansı tarixə[br]aid olduğunun müəyyən edilməsi 0:01:59.680,0:02:01.530 başqa süxur növləri və ya 0:02:01.530,0:02:03.810 qədim vulkanik süxurların arasına[br]sıxışmış 0:02:03.810,0:02:06.900 qalıqların tarixinin[br]müəyyənləşdirilməsinə də imkan yaradır. 0:02:06.900,0:02:10.570 Kalium-40 haqqında ,həqiqətən,[br]maraqlı olan şey 0:02:10.570,0:02:15.192 yarı ömrünün 1.25 milyard il[br]olmasıdır. Bunun yaxşı tərəfi odur ki, 0:02:15.192,0:02:17.400 kalium-40 karbon-14-dən fərqli olaraq, 0:02:17.400,0:02:19.950 çox qədim şeylərin tarixinin[br]müəyyənləşdirilməsində 0:02:19.950,0:02:21.520 istifadə oluna bilər. 0:02:21.520,0:02:27.160 Və hər 1,25 milyard ildən bir - bunu belə yazım, 0:02:27.160,0:02:32.660 bu onun yarı ömrüdür - istənilən kalium-40 0:02:32.660,0:02:36.460 nümunəsinin 50% -i çürümüş olacaqdır. 0:02:36.460,0:02:40.785 Və çürümüş kalium-40-ın 11%-i arqon-40-a[br]çevriləcəkdir. 0:02:45.880,0:02:47.530 Bu, arqondur. 0:02:47.530,0:02:49.690 18 protonu var. 0:02:49.690,0:02:51.960 Kalium-40 arqon-40-a çevrildiyində 0:02:51.960,0:02:54.050 1 proton itirsə də, 0:02:54.050,0:02:56.060 kütlə sayı eyni qalıb. 0:02:56.060,0:02:59.640 Deməli, protonlardan biri neytrona[br]çevrilmiş olmalıdır. 0:02:59.640,0:03:02.240 Əslində, o, daxili elektronlardan[br]birini ələ keçirir, 0:03:02.240,0:03:03.827 daha sonra müxtəlif hissəciklər 0:03:03.827,0:03:05.660 buraxır və s. Dərinliyinə gedib 0:03:05.660,0:03:07.380 kvant fizikasından danışmayacağam. 0:03:07.380,0:03:12.686 Ancaq nəticədə 11%-i arqon-40-a,[br]89%- isə kalsium-40-a çevrilir. 0:03:12.686,0:03:15.060 Dövri cədvəldən də göründüyü kimi,[br]kalsiumun 0:03:15.060,0:03:16.480 20 protonu var. 0:03:16.480,0:03:18.760 Burada neytronlardan biri 0:03:18.760,0:03:20.287 protona çevrilir. 0:03:20.287,0:03:22.120 Burada isə protonlardan biri 0:03:22.120,0:03:23.710 neytrona çevrilir. 0:03:23.710,0:03:25.640 Bizim üçün bu hissə 0:03:25.640,0:03:29.520 daha maraqlıdır. 0:03:29.520,0:03:32.170 Çünki, arqonun özünəməxsus bir cəhəti var. 0:03:32.170,0:03:36.150 O, heç bir maddə ilə reaksiyaya girməyən[br]nəcib qazdır. 0:03:36.150,0:03:39.230 Ona görə də, arqonu maye halında olan 0:03:39.230,0:03:42.310 bir şeyin içinə yerləşdirdikdə[br]köpüklənir. 0:03:42.310,0:03:46.160 Heç bir şeylə rabitə qurmadığına görə 0:03:46.160,0:03:48.950 köpüklənərək atmosferə qalxır. 0:03:50.990,0:03:54.950 Gəlin vulkan püskürməsi zamanı[br]nə baş verdiyinə baxaq. 0:03:54.950,0:03:57.410 Buraya bir vulkan çəkirəm. 0:03:57.410,0:04:00.670 Bu bizim vulkanımızdır. 0:04:00.670,0:04:04.160 Keçmişdə nə vatxsa püskürüb. 0:04:04.160,0:04:08.795 Bunlar püskürdüyü lavalardır. 0:04:12.730,0:04:16.070 Bu lavanın tərkibində bir qədər[br]kalium-40 var. 0:04:16.070,0:04:17.779 Hətta artıq bir hissəsi 0:04:17.779,0:04:18.805 arqon-40-a çevrilib. 0:04:22.570,0:04:24.410 Nə qədər ki, 0:04:24.410,0:04:27.600 lava maye halındadır.. 0:04:27.600,0:04:30.400 Təsəvvür edin ki, bu lavadır. 0:04:30.400,0:04:33.890 Bir az da çəkim. 0:04:37.080,0:04:39.020 Bunun içində kalium-40 var. 0:04:39.020,0:04:41.600 Kaliumu fərqli bir rəngdə çəkmək[br]istəyirəm. 0:04:41.600,0:04:44.010 Qırmızımtıl bənövşəyi rəngdə çəkəcəyəm. 0:04:44.010,0:04:48.090 Bunlar kalium-40-dır. 0:04:48.090,0:04:49.090 Deyəsən, çox çəkdim. 0:04:49.090,0:04:50.940 Normalda kalium-40-a çox az rast gəlinir. 0:04:50.940,0:04:53.040 Ancaq lavanın içində bir az[br]kalium-40 olur. 0:04:53.040,0:05:01.280 Ola bilər ki, artıq içində bir qədər[br]arqon-40 da var. 0:05:01.280,0:05:03.187 Nəcib qaz adını alan arqon-40 0:05:03.187,0:05:04.520 heç bir maddə ilə reaksiyaya girmir. 0:05:04.520,0:05:06.980 Lava maye halında olduğu müddətcə 0:05:06.980,0:05:10.090 köpüklənərək 0:05:10.090,0:05:11.420 yuxarıya doğru qalxacaq. 0:05:11.420,0:05:12.640 Heç bir maddə ilə kimyəvi 0:05:12.640,0:05:14.687 rabitəsi olmadığı üçün sadəcə[br]buxarlanır. 0:05:14.687,0:05:15.770 Buxarlanma dedikdə, yəni 0:05:15.770,0:05:17.720 heç bir şeylə birləşmədiyinə görə 0:05:17.720,0:05:19.460 lava maye halında ikən 0:05:19.460,0:05:24.990 köpüklənərək bir növ axıb aradan çıxacaq,[br]atmosferə qalxacaq. 0:05:24.990,0:05:26.820 Maraqlısı budur ki, 0:05:26.820,0:05:28.778 vulkan püskürməsi baş verdikdə 0:05:28.778,0:05:32.900 lavalar vulkanik süxurlara çevrilib[br]bərkiyənə kimi -- 0:05:32.900,0:05:38.490 vulkanik süxurları başqa bir rəngdə[br]çəkəcəyəm. 0:05:38.490,0:05:42.230 Aha, lavalar vulkanik süxurlara çevrilib 0:05:42.230,0:05:45.910 bərkiyənə kimi 0:05:45.910,0:05:49.360 arqon-40 yox olacaq. Artıq bərkimiş 0:05:49.360,0:05:50.960 lavanın tərkibində olmayacaq. 0:05:50.960,0:05:53.680 Vulkanik hadisə 0:05:53.680,0:05:55.800 bu süxurları mayeyə çevirərək bir növ 0:05:55.800,0:05:58.600 arqon-40 miqdarını yenidən tənzimləyir. 0:05:58.600,0:06:01.310 Deməli, nəticədə burada yalnız kalium-40[br]qalacaq. 0:06:04.281,0:06:06.280 Elə buna görə də, arqon-40 daha[br]maraqlıdır. 0:06:06.280,0:06:09.317 Çünki, kalsium-40 arqon-40 kimi mütləq[br]sızıb aradan çıxmır. 0:06:09.317,0:06:11.400 Məsələn, burada da kalsium-40-a[br]rast gələ bilərik. 0:06:11.400,0:06:12.775 Çünki, dediyimiz kimi, 0:06:12.775,0:06:15.010 kalsium-40 sızmır, amma arqon-40 sızır. 0:06:15.010,0:06:16.560 Yəni vulkanik hadisə bir növ 0:06:16.560,0:06:19.275 arqon-40-ın miqdarını tənzimləyir. 0:06:21.865,0:06:23.240 Beləliklə, 0:06:23.240,0:06:27.580 lavalar artıq bərkimiş olduqda tərkibində 0:06:27.580,0:06:28.980 heç arqon-40 qalmır. 0:06:28.980,0:06:32.850 Təsəvvür edin ki, gələcəyə gedirik. 0:06:32.850,0:06:35.840 Qoyun əvvəlcə bu nümunəni buraya[br]kopyalayıb yapışdırım. 0:06:40.380,0:06:44.980 Deməli, əgər, gələcək bir tarixə getsək, 0:06:44.980,0:06:51.542 çəkdiyimiz süxur nümunəsində bir az[br]arqon-40-a da rast gələrik. 0:06:51.542,0:06:54.350 Bu süxur əvvəlki vulkanik[br]hadisələr nəticəsində 0:06:54.350,0:06:57.450 əmələ gəlmiş vulkanik süxurdur. 0:06:57.450,0:07:02.675 Tərkibindəki arqon-40 isə vulkanik[br]hadisədən sonra çürümüş kalium-40-dan qalıb. 0:07:08.230,0:07:12.190 Çünki, maye halında olan lavanın içindəki 0:07:12.190,0:07:14.709 bütün arqon-40 uçub havaya qarışır. 0:07:14.709,0:07:17.250 Lava maye halında olduğu müddətcə[br]sızıb aradan çıxır. 0:07:17.250,0:07:19.760 Yəni süxurun içində arqon-40-ın[br]mövcud ola bilməsinin 0:07:19.760,0:07:22.670 yeganə yolu lava bərkiyib[br]süxur olduqdan sonra 0:07:22.670,0:07:25.560 süxurun tərkibindəki kalium-40-ın[br]bir hissəsinin çürüyüb 0:07:25.560,0:07:28.920 arqon-40-a çevrilməsidir. 0:07:28.920,0:07:30.720 Gəlin nisbətə nəzər yetirək. 0:07:30.720,0:07:36.170 Bizə məlumdur ki, kalium 40-ın 11%-i[br]çürüyərək arqon-40-a, 89%-i isə 0:07:36.170,0:07:40.580 kalsium-40-a çevrilir. 0:07:40.580,0:07:43.650 Deməli, hər 1 arqon-40-ın payına 0:07:43.650,0:07:49.150 təxminən 9 kalsium-40 düşür. 0:07:49.150,0:07:52.940 Beləliklə, 1 arqon-40-ın[br]əmələ gəlməsi üçün 0:07:52.940,0:07:56.425 10 kalium-40 lazımdır. 0:07:56.425,0:07:57.800 Bu nisbətlə nə edə bilərik? 0:07:57.800,0:08:00.840 Süxurun tərkibindəki kalium-40 miqdarının 0:08:00.840,0:08:03.330 nisbətinə baxaraq, süxurun 0:08:03.330,0:08:05.902 hansı tarixdən qaldığını öyrənə bilərik. 0:08:05.902,0:08:07.360 Növbəti videoda isə bu tarixi 0:08:07.360,0:08:09.140 müəyyənləşdirmək üçün istifadə edilən 0:08:09.140,0:08:11.111 riyazi hesablama üsulunu gözdən keçirəcəyik. 0:08:11.111,0:08:12.610 Bu üsul, doğrudan da, 0:08:12.610,0:08:15.110 çox yararlıdır. 0:08:15.110,0:08:18.179 Vulkan püskürmələri hər gün baş vermir, 0:08:18.179,0:08:20.720 ancaq bir neçə milyon illik zaman ölçüsünə 0:08:20.720,0:08:22.220 nəzər salsaq, əslində, 0:08:22.220,0:08:25.520 kifayət qədər tez-tez baş verdiklərini[br]görə bilərik. 0:08:25.520,0:08:27.040 İndi isə gəlin bir az torpaq qazaq. 0:08:27.040,0:08:29.450 Torpağımız buradadır. 0:08:29.450,0:08:33.600 Kifayət qədər qazdıqdan sonra[br]vulkan püskürməsindən qalmış 0:08:33.600,0:08:37.115 vulkanik süxurlar görünür. 0:08:37.115,0:08:38.240 Qazmağa davam edirik. 0:08:38.240,0:08:42.440 Başqa bir vulkanik süxur qatına 0:08:42.440,0:08:44.850 rast gəlirik. 0:08:47.820,0:08:50.460 Hər birinin tərkibində müəyyən miqdarda 0:08:50.460,0:08:51.900 kalium-40 var. 0:08:51.900,0:08:55.420 Burada da bir az kalium-40 var. 0:08:55.420,0:08:59.060 Tutaq ki, bunun tərkibindəki arqon-40[br]miqdarı daha çoxdur. 0:08:59.060,0:09:00.411 Bunda isə daha azdır. 0:09:00.411,0:09:02.910 Kalium-40-ın yarı ömrü, həmçinin arqon-40 0:09:02.910,0:09:04.790 və ya qalan kalium-40 miqdarının 0:09:04.790,0:09:07.820 nisbətindən istifadə edərək 0:09:07.820,0:09:12.190 növbəti videoda öyrənəcəyimiz 0:09:12.190,0:09:16.200 riyazi hesablamanı apardıqdan sonra 0:09:16.200,0:09:20.600 süxurun, tutaq ki, 100 milyon il 0:09:20.600,0:09:23.090 bundan əvvəl bərkidiyini, 0:09:23.090,0:09:25.909 bu süxur qatının isə, tutaq ki, 0:09:25.909,0:09:27.700 150 milyon il bundan əvvəl 0:09:27.700,0:09:30.220 bərkidiyini deyə bilərik. 0:09:30.220,0:09:32.870 Və bu torpağın daha əvvəl[br]heç qazılmadığından, 0:09:32.870,0:09:34.810 qarışdırılmadığından da son dərəcə əminik. 0:09:34.810,0:09:36.810 Buradakı torpaq nümunələrinə baxanda 0:09:36.810,0:09:39.570 onlara daha əvvəl heç toxunulmadığını[br]demək mümkündür. 0:09:39.570,0:09:45.040 Fərz edək ki, burada bəzi fosillər var. 0:09:45.040,0:09:49.070 Düzü, yaşı 50.000-i keçən fosillər üçün[br]karbon-14 tarixləşdirmə üsulundan 0:09:49.070,0:09:51.410 istifadə faydasızdır. 0:09:51.410,0:09:55.170 Torpağa daha əvvəl heç 0:09:55.170,0:09:56.670 toxunulmadığını ehtimal etsək, 0:09:56.670,0:09:59.910 bu iki dövr arasında yerləşən 0:09:59.910,0:10:03.710 fosillərin yaşının 100-150 milyon il[br]arasında olduğunu 0:10:03.710,0:10:04.680 deyə bilərik. 0:10:04.680,0:10:06.120 İlk öncə bu süxur qatı formalaşıb. 0:10:06.120,0:10:08.730 Sonra orada yaşayan heyvanlardan 0:10:08.730,0:10:12.049 qalan fosillər burada üst-üstə toplanıb.[br]Daha sonra başqa bir 0:10:12.049,0:10:13.840 vulkanik hadisə baş verib və s. 0:10:13.840,0:10:17.690 Kalium-arqon tarixləşdirmə üsulu birbaşa[br]vulkanik süxurların tarixini 0:10:17.690,0:10:19.650 müəyyənləşdirmək üçündür. Lakin 0:10:19.650,0:10:22.430 eyni zamanda həmin süxur qatlarının[br]arasındakı şeylərin də 0:10:22.430,0:10:24.000 təxmini yaşını tapmağa kömək edir. 0:10:24.000,0:10:26.140 Yəni yalnızca vulkanik süxurların deyil, 0:10:26.140,0:10:29.590 həm də karbon-14 tarixləşdirilmə üsulu ilə[br]yaşı tapıla bilməyən 0:10:29.590,0:10:34.530 çox qədim qalıqların yaşının[br]müəyyənləşdirilməsinə də imkan verir.