Aşağıdakı tənlikdə diferensiallanan x və y funskiyaları verilib. sinus(x) üstəgəl kosinus(y) kök altında 2-yə bərabərdir. Həmçinin bizə x-in t-yə görə törəməsinin 5 olduğu verilib. y pi bölünsün 4-ə bərabər, x 0-dan böyük və pi bölünsün 2-dən kiçik olduqda, bizdən y-in t-yə görə törəməsi soruşulur. Bizə x-in t-yə görə törəməsi verilib və y-in t-yə əsasən törəməsi istənilir, x və y t-dən asılı funksiyalardır. Bu tənliyi belə də yaza bilərsiniz. Belə ki, sinus(x(t)) üstəgəl kosinus(y(t)), o da bərabərdir kök altında 2-yə. Bir az qarışdıra bilərsiniz, siz x-i 3-cü dəyişən kimi və ya y-i, x-dən fərqli funksiyadan asılı olmasını görməmisiniz. Amma burada x və y dəyişənlərdir. x(t) və y(t) əvəzinə burada f(t) və ya g(t) də yazıla bilər, bu sizə