Aşağıdakı tənlikdə diferensiallanan
x və y funskiyaları verilib.
sinus(x) üstəgəl kosinus(y)
kök altında 2-yə bərabərdir.
Həmçinin bizə x-in t-yə görə törəməsinin
5 olduğu verilib.
y pi bölünsün 4-ə bərabər, x 0-dan böyük
və pi bölünsün 2-dən kiçik olduqda,
bizdən y-in t-yə görə
törəməsi soruşulur.
Bizə x-in t-yə görə törəməsi verilib və
y-in t-yə əsasən törəməsi
istənilir,
x və y t-dən asılı funksiyalardır.
Bu tənliyi belə də yaza bilərsiniz.
Belə ki, sinus(x(t))
üstəgəl
kosinus(y(t)),
o da bərabərdir
kök altında 2-yə.
Bir az qarışdıra bilərsiniz,
siz x-i 3-cü dəyişən kimi və ya
y-i, x-dən fərqli funksiyadan
asılı olmasını
görməmisiniz.
Amma burada x və y dəyişənlərdir.
x(t) və y(t) əvəzinə burada
f(t) və ya g(t) də yazıla bilər,
bu sizə bir az daha təbii
görünə bilər.
dy böl dt-ni tapmaq üçün
bərabərliyin hər iki tərəfinin t-yə
əsasən
törəməsini almalıyıq.
Gəlin edək.
Solda bunu edəcəyik,
yəni t-yə görə
törəməsini alırıq.
t-yə əsasən hər tərəfin törəməsini alırıq.
Daha sonra sağ tərəfin də
törəməsini alırıq.
Gəlin bunlar haqqında düşünək.
Bu nədir.
Başqa rənglə edək.
Burada mavi rənglə göstərdiyim hissəni
necə yaza bilərik?
t-yə görə törəməsini tapırıq,
Sinus funksiyamız var və o da
t-dən asılıdır.