Biz insanlar min illərdir sadəcə bizim ətraf mühitimizə baxaraq bilirik ki, müxtəlif maddələr var. Bu müxtəlif maddələr müxtəlif xüsusiyyətlərə malikdir. Nəinki onların müxtəlif xüsusiyyətləri var bəzisi işığı əks etdirə bilir yaxud etdirə bilmir, müəyyən rəngdə yaxud temperaturda olur, maye, qaz yaxud bərk olur. Biz həmçinin onların müəyyən vəziyyətdə necə reaksiyaya girdiyini müşahidə edəcəyik. Bu vəziyyətlərin şəkilləri buradadır. Karbon burada sağdadır. Burada qrafit formasındadır. Burada sağdakı qurğuşundur. Burada sağdakı qızıldır. Şəkillərini göstərdiklərimin hamısı hansı ki, onları bu saytdan götürdüm, hamısı bərk formadadır. Həmçinin bilirik ki, hava və hava hissəciklərinin müəyyən növləri var. Baxdığın hava hissəciyinin növündən asılı olaraq karbon, oksigen yaxud azotdursa müxtəlif növ xüsusiyyətlərə malik olduqlarını göstərirlər. Ya da maye ola biləcək başqa şeylər var. Hətta bu şeylərdə temperaturu kifayət qədər qaldırırsan. Əgər qızılın və qurğuşunun temperaturunu kifayət qədər qaldırsan, maye ala bilərsən. Karbonu yandırsan, onun qaz halını ala bilərsən. Atmosfere buraxa bilərsən. Quruluşunu dəyişə bilərsən. Bunlar insanlığın min illərdir ki, müşahidə etdiyi bir növ şeylərdir. O fəlsəfi məsələləri təbii məsələlərə çevirir. İndi biz daha yaxşı cavab verə bilərik. Sual budur ki, əgər karbonu daha kiçik hissələrə ayırsanız bu maddənin kiçik parçalarından hələ də karbonun xüsusiyyətlərinə malik olanı var? Əgər daha da parçalasaz, karbon xüsusiyyətlərini itirə bilərdi. Cavb budur ki, bəli var. Bizim terminologiyanı almaq üçün bu müxtəlif maddələri ( bu saf maddələr hansı ki, müəyyən temperaturda spesifik xüsusiyyətləri var və spesifik yolla reaksiyaya girirlər) biz onları elementlər adlandıracayıq. Karbon elementdir. Qurğuşun elemendir. Qızıl elementdir. Deyə bilərsən ki, su elementdir. Tarixdə insanlar suyu element kimi göstəriblər. Bilirik ki, su daha sadə elementlərdən yaradılıb. O oksigendən və hidrogendən ibarətdir. Bütün elementlər burada elementlərin dövri cədvəlində sıralanıb. C karbonu göstərir-- mən sadəcə insanlara daha uyğun olanları nəzərdən keçirəcəm, lakin zaman keçdikcə hamısı ilə tanış olacaqsınız. Bu oksigendir. Bu azotdur. Bu silisiumdur. Au qızıldır. Bu qurğuşundur. Bu elemtlərin istənilən birinin ən sadə hissəciyi atomdur. Və dağıtmağa davam etsəz, birindən birindən kiçik hissəciklər almağa davam edəcəksiz hətta karbon atomu alacaqsınız. Eyni seyi burada etsəz, hətta qızıl atomu alardız. Eyni seyi burada da etdiz, hətta qurğuşun atomu adlandırılan bu daha kiçik hissəcikləri də alardız. Daha da dağıda bilməzdiz və bu hələ qurğuşun adlanır, onun üçün hələ də qurğuşunun xüsusiyyətləri qalıb Mən sadəcə sənə ideya vermək üçün-- bu çətin təsəvvür etdiyim bir şeydirdir-- ki, atomlar ağlasılmaz və həqiqətən təsəvvür edilməyəcək balacadırlar. Məsələn, karbon. Saçım da karbondandır. Əslində, mənim əksəriyyətim karbondandır. Əslində, yaşayan varlıqların çoxsu karbondandır. Saçımı karbon kimi götürsəm saçın əksəriyyəti karbondur. Əgər saçımı götürsən, o sarı deyil, qaraya çalır. Saçım qaradır, lakin onu ekranda görə bilməzdiz. Amma mən saçımı götürsəydim və soruşsaydım ki, saçım neçə karbon atomu enindədir? Saçımın küncünü götürsən, uzunluğunu yox, saçımın enini, o neçə karbon atomu enindədir? Zənn edə bilərsən, sən bilirsən Sal artıq mənə onların çox kiçik olduğunu dedi. Orada 1000 yaxud 10000 yaxud 100000 karbon atomu ola bilər. Mən deyərdim, yox. 1 milyon karbon atomu var yaxud sən insan saçının eni boyunca 1 milyon karbon atomu qoya bilərsən. Bu açıq-aşkar bir təxmindir. Bu dəqiq 1 milyon deyil. Amma bu sənə atomların kiçik olduğunu göstərir. Başından bir tük çək və tükün boyunca bir-birinin yanında bir milyon şey qoyduğunu təsəvvür et. Tükün uzunluğu yox, tükün eni. Hətta tükün enini belə görmək çətindir və onun boyunca bir milyon karbon atomu ola bilər. İndi daha aydındır ki, bildiyimiz kimi bu karbonun və hər hansı elementin ən vacib quruluş hissəsidir. Hətta daha aydındır ki, bu quruluş hissəcikləri bir- birinə əlaqəlidir. Karbon atomu daha əsaslı hissəciklərdən qurulmuşdur. Qızıl atomu hətta daha əsaslı hissəciklərdən qurulmuşdur. Və asılı olaraq--onlar həqiqiətən bu əsaslı hissəciklər yerləşməsinə görə təyin olunur. Əgər əsaslı hissəciklərin sayını dəyişsəydin elementin xüsusiyyətlərini və necə reaksiyaya girdiyini hətta elementin özünü dəyişə bilərdin. Daha yaxşı başa düşmək üçün bu əsaslı hissəciklər haqqında danışaq. Belə ki, protonunuz var. Proton doğrudan da --atomun nüvəsindəki protonların sayı və ikincidə nüvə haqqında danışacam-- elementi təyin edir. Bu elementi təyin edəndir. Burada dövri cədvələ baxanda onlar atom sayları sırası ilə yazılıb. Atom sayı hərfi olaraq sadəcə elemendə olan protonların sayıdır. İzahına görə, hidrogenin bir protonu, heliumun iki və karbonun altı protonu var. Yeddi protonlu karbon ola bilməz. O azot ola bilər. O hər halda karbon ola bilməz. Oksigenin səkkiz protonu var. Əgər necəsə ora basqa bir proton əlavə etsəydin, o artıq oksigen olmazdı. O flüor ola bilərdi. Belə ki, o elementi təyin edir. Atom nömrəsi ,protonların sayı -- bunun dövri cədvəldə elemtlərin hər biri üçün sağda yuxarıda yazılan rəqəm olduğunu yada salın-- protonların sayı atom nömrəsinə bərabərdir. Onlar bu rəqəmi buraya qoyublar, çünki o elementin xüsusiyyətini müəyyən edir. Atomun başqa iki tərkibi-- zənn edirəm ki o üsulla adlandırmişdıq-- elektron və neytrondur. Beynində modeli düzəltməyə başlaya bilərsən -- bu model, kimyanı nəzərdən keçirdiyimizə görə bir az mücərrəd və konseptuallaşdırmaq üçün çətin olacaq. Bu haqda fikirləşmək üçün bir üsul budur ki, sizin atomun mərkəzində proton və neytronlarınız var. Onlar atom nüvəsidir. Məsələn karbon, biz bilirik, altı protonu var. Bir, iki, üç, dörd, beş, altı. Karbon-12, hansı ki karbonun göstəricisidir, həmçinin altı neytronu olacaq. Müxtəlif sayda neytronları olan karbon versiyalarınız ola bilər. Neytronlar və elektronlar dəyişə bilər, lakin hələ də eyni elementiniz var. Protonlar dəyişə bilməz. Protonu dəyişəndə fərqli element alırsınız. Qoyun karbon-12 nüvəsini çəkim, bir, iki, üç, dörd, beş, altı. Burad sağda karbon-12 nüvəsi var Bəzən o belə yazılacaq. Bəzən onlar protonların sayını da yazacaq. Karbon-12 yazmağın səbəbi -- bilirsən ki, altı neytron saydım-- bu cəmdir, sən cəmi sayı görə bilərsən-- onu görməyin yoludur. Gələckdə balaca bir nüans alacayıq-- bu nüvənin içindəki proton və neytronların cəmi sayıdır. İzah olaraq, karbonun atom nömrəsi altıdır və sadəcə bizə xatırlatsın deyə onu bura yenidən yaza bilərik. Karbon atomunun mərkəzində nüvəmiz var. Və karbon-12-nin altı protonu və altı neytronu olacaq. Karbonun başqa versiyası karbon-14-dür, hələ də altı protonu olacaq, amma səkkiz neytronu olacaq. Neytronların sayı dəyişə bilər. Lakin orada sağdakı karbon-12-dir. Əgər karbon-2 neytraldırsa -- bu sözdə bir saniyəlik nüans verəcem-- əgər neytraldırsa, altı elektronu olacaq. Qoyun bu altı elektronu çəkim, bir, iki, üç, dörd, beş, altı. Bir üsul-- bu elektronlar və nüvə haqqında fikirləşməyin birinci dərəcəli üsulu ola bilər-- budur ki, elektronları bir növ nüvənin ətrafında hərəkət edən təsəvvür edə bilərsiz. Bir model onları nüvənin ətrafında fırlanan şey kimi fikirləşməkdir. Amma bu tamamilə doğru deyil. Onlar planetin günəş ətrafında fırlandığı üsulla fırlanmır. Lakin, yaxşı bir başlama nöqtəsidir. Başqa yol budur ki, onlar nüvə ətrafında sıçrayır. Bu sadədir, çünki bu səviyyədə reallıq çox qəribə olur. Biz elektronun həqiqətən nə etdiyini anlamaq üçün kvant fizikasına gedəcəyik. Beyninizdəki ilk fikri model budur ki, bu karbon-12 atomunun mərkəzində nüvəmiz var, orada sağdadır. Bu elektronlar nüvənin ətrafında sıçrayır. Və bu elektronlar sadəcə nüvədən uzaqlaşmır. Onlar nə üçün nüvəyə bağlanır və protonlarının müsbət və elektronlarının mənfi yükü olan bu atom hissəsini formalaşdırır. Və o əsaslı hissəciklərin xüsusiyyətlərindən biridir. Yükün nə olduğu haqqında fikirləşməyə başlayanda, o prinsipcə fərqlidir? Bir növ dərinləşməyə başlayır. Lakin bildiyimiz bir şey, elektromaqnit qüvvəsi haqqında danışanda oxşar olmayan yüklər bir-birini cəzb edir. Bunun haqqında fikirləşməyin ən yaxşı yolu protonlar və elektronlardır, çünki müxtəlif yükləri var və bir-birini cəzb edir. Neytronlar yüksüzdür. Onlar sadəcə nüvənin içində dayanır. Onlar bəzi elemtlərin atomları üçün xassələrə bəzi səviyyələrdə təsir edir. Səbəb budur ki, elektronlar öz-özünə uçmur, çünki onlar nüvəyə cəzb olunur. Onların həmçinin ağlasığmaz yüksək sürəti var. Bu həqiqəətən də çətindir-- və biz yeniden fizikanın qəribə hissələrinə toxunmağa, elektronun nə etdiyi haqqında danışmağa başlayırıq. Bu kifayətdir, zənn edirəm ki , deyə bilərdiz ki, o kifayət qədər sıçrayaraq nüvənin içinə düşmək istəmir, bu da haqqında fikirləşməyin başqa yoludur. Mən orada sağda proton sayı ilə müəyyən edilən karbon-12-ni qeyd etmisdim. Oksigen səkkiz protonu olmaqla müəyyən edilə bilər. Elektronlar digər elektronlarla qarşılıqlı əlaqədə ola bilər. Yaxud başqa atomlar tərəfindən qoparıla bilər. Bu həqiqətən çoxlu kimya anlayışı formalaşdırır. Bu müəyyən elementdə yaxud atomda nə qədər elektron olduğuna əsaslanır. Bu elektronlar nece konfiqurasiya olunub. Başqa element elektronları necə konfiqurasiya olunub. Yaxud eyni elementin başqa atomları ola bilər. Bir element atomunun başqa bir element atomu ilə necə reaksiyaya girdiyini proqnoz verə bilərik. Yaxud bir element atomu başqa bir elemt atomu ilə necə reaksiyaya girir, necə rabitə yaradır yaxud yaratmır, cəlb olunur yoxsa itələnir. Məsələn, -- gələcəkdə bunun haqqında daha çox öyrənəcəyik-- başqa atomun hər hansı səbəb üçün karbondan elektron götürməsi mümkündür. Müəyyən elementlər, onların neytral atomları digərlərinin elektronlarına böyük oxşarlığı haqqında danışacağıq. Bunların biri karbondan elektron qoparar və karbonun elektronları protonlarından az olacaq. Beş elektron və altı proton qalardı. Bu tam müsbət yük olacaqdı. Bu karbon-12-də, etdiyim birinci variantda altı protonum və altı elektronum var idi. Yüklər ixtisar olunur. Elektron itirsəm, onlardan beşi qalacaq. Sonra tam müsbət yüküm olacaqdı. Bu kimya videoları haqqında daha çox başdan-ayağa danışacayıq. Umid edirəm ki, bu artıq həqiqətən aydınlaşmağa başlayıb. Biz həqiqətən də, atom adlanan əsaslı quruluş hissəciklərinə çata bilərik. Daha aydın olan budur ki, hətta bu əsaslı hissəciklər daha əsaslı hissəciklərdən qurulub. Atomun xassələrini dəyişmək, yaxud bir element atomunu digər element atomuna çevirmək üçün bu şeylərin hamısı dəyişdirilə bilər.