Burada Rieman cəmimiz var. Limiti n sonsuzluğa yaxınlaşırmış kimi götürəcəyik və bu videoda bu ifadəni müəyyən inteqral şəklində yenidən yazmağı sınayacağıq. Videonu dayandırıb misalı özünüz həll etməyə çalışa bilərsiniz. Gəlin Rieman cəminin müəyyən inteqralla necə əlaqəli olduğunu xatırlayaq. Əgər a-dan b-yə f(x) dx-in müəyyən inteqralı varsa, başqa videolardan da bildiyimiz kimi, o, n sonsuzluğa yaxınlaşdıqda i bərabərdir 1-dən n-ə cəmin limitinə bərabər olacaq. Əslində, biz enini delta x şəklində yazacağımız düzbucaqlıların cəmini tapacağıq. Yəni enimiz delta x olacaq və hündürlüyümüz funksiyanın