Hal-hazırda, Böyük Partlayışın nə vaxt
baş verdiyinə dair ən yaxşı ehtimal
ancaq bir daha deyim ki, bu ifadəni
o qədər də bəyənmirəm,
çünki bu, bir növ
partlayışı nəzərdə tutur.
Lakin bu, bildiyiniz kimi əslində
bir növ kosmosun genişlənməsidir və
kosmosun
həqiqətən də təklikdən genişlənməyə
başladığı andır.
Ancaq bununla əlaqəli bizim ən yaxşı ehtimalımız
bu hadisənin 13,7 milyard il əvvəl baş verdiyinə dair
bir fikrin olmasıdır.
Böyük pullar haqqında
danışmağımıza
və milyardlarla ölçülən rəqəmlərlə
işlədiyimizə baxmayaraq
bu yenədə inanılmaz bir zaman ölçüsüdür.
Ölçülən bir şey kimi görünür amma
əslində bu belə deyil.
Növbəti videolarda mən onsuzda
vaxt miqyası haqqında danışacağam.
Biz 13,7 milyard ilin nə qədər
uzun olduğunu
dəyərləndirə bilərik və ya
bunun əksini edə bilərik.
Onu da vurğulamaq istəyirəm ki,
bu, hazırda əlimizdə olan
ən yaxşı təxmindir.
Böyük Partlayış haqqında bildiyim
və həyatım boyunca
ən yaxşı ehtimalın nə olduğuna dair
fikirlər və qeyd olunan ,
rəqəm hər zaman ətrafda dolaşırdı.
Bu səbəbdən gələcəkdə bu rəqəmin
daha dəqiq ola biləcəyinə dair
bir şübhəm yoxdur.
Ancaq bu bizim hazırda sahib olduğumuz
ən yaxşı ehtimaldır.
Beləliklə, bu rəqəm bizə müşahidə edilə bilən kainatın
ölçüsü haqqında nə dediyi haqda bir qədər
düşünmək istəyirəm.
Deməli, əgər bütün genişlənmə
13,7 milyard il
əvvəl başlamışsa, o zaman bizim
üçölçülü kainatımızda
bildiyimiz hər şey bir nöqtədə idi,
bu isə hazırda bizə çatan hər hansı bir işıq fotonunun
səyahət edə biləcəyi ən uzun
müddət deməkdir,
, indi gəlin buna nəzər yetirək,
deyək ki, bu mənim gözümdür.
Bu isə mənim kirpiklərimdir,
belə ki, bəzi işıq fotonları sadəcə
gözümə və ya
teleskopun obyektivinə gəlib çata bilər.
Səyahət edə biləcəyi ən uzun müddət
13,7 milyard ildir.
Beləki, o, 13,7 milyard il səyahət
edə bilər.
Biz müşahidə
olunan kainatı təsvirinə baxdığımızda fikrimcə,
bundan öncəki iki və ya üç videoda
mən onu bir dairə kimi çəkmişdim.
Biz uzaq obyektlərdən gələn işığı
gördüyümüz zaman,
onun bizə tam olaraq elə buradan gəlidiyini görürük.
Baxın, biz buradayıq.
Təsvirdə uzaq obyektin olduğunu
təxmin etdiyim yer buradır.
Ancaq o uzaq obyektdən gələn işıq
indi bizə gəlib çatır.
Və bu işığın bizə çatması 13,7 milyard illik
bir zaman müddətində meydana gəldi.
Hazırda etməyə tərəddüd etdiyim şey budur,
çünki biz bu qədər böyük məsafələrdən
və kosmosun özünün genişləndiyi
böyük zaman miqyası haqqında danışırıq
və biz bunu burada görəcəyik,
bu videoya gəlincə siz obyektin burada
olduğunu deyə bilməyəcəksiniz,
buna ehtiyac yoxdur və istəyirəm bu sözü
böyük hərflərlə yazım,
bu 13,7 milyard işıq ili uzaqlıqda DEYİL.
Əgər biz daha kiçik zaman miqyasından
və ya daha kiçik məsafələrdən
danışsaydıq,
təxminən siz bunu deyə bilərdiniz.
Kainatın genişlənməsi çox da
bir fərq yaratmaycaq.
Gəlin bunu daha da aydın edim.
Mən buradakı bir obyektdən danışıram.
Ancaq biz hətta kosmosdakı koordinat
haqqında da danışa bilərik.
Deməliyəm ki, bu məkan-zaman
koordinatıdır
çünki biz onu müəyyən bir anda görürük.
Lakin bu koordinat indiki
koordinatımızdan
13,7 milyard işıq ili uzaqda deyil.
Və bu barədə düşünmək üçün
bir neçə səbəb var.
Birincisi, işğın 13,7 milyard il əvvəl
yayıldığı haqqında düşünün.
İşıq yayıldığı zaman biz o koordinata
daha çox yaxın idik.
Bu koordinat isə buna daha
yaxın bir məsafədə idi.
Hazırda kainatda olduğumuz yer
kainatın həmin nöqtəsinə daha yaxın idi.
Haqqında düşünülməsinə ehtiyac olan
başqa bir şey də budur, gəlin onu çəkim.
Beləliklə biz bu təkliyin ilk
genişlənməsindən
300.000 il sonrasına gedək.
Hazırda kainatın yaranması
tarixindən cəmi
300.000 il əvvəlindəyik.
Yəni kainatın yaranmasına təxminən
300.000 il qaldı.
Düşünürəm ki, biz buna
bu şəkildə baxa bilərik.
Hər şeydən əvvəl, bu nöqtədə
bütün bunlar hələ də
fərqli bir məzmuna sahib deyildir.
Kosmik mikrodalğalı fon radiasiyası
haqqında danışarkən
bu barədə daha da çox danışacağıq.
Ancaq kainat bu nöqtədə,
demək olar ki, tək olaraq
ağ-isti hidrogen plazmadan ibarət idi.
Biz bu barədə daha sonra danışacağıq.
O, mikrodalğalı bir radiasiya yayırdı.
Dediklərim barədə gələcək videoda
daha çox danışacağıq.
Ancaq gəlin bu erkən kainatdakı
iki nöqtə haqqında düşünək.
Deyək ki, bu erkən kainatdır və
sizdə bu nöqtəyə sahibsiniz.
Təsəvvür edək ki, hazırda olduğumuz
yerin koordinatı sizdə var.
Siz hazırda olduğumuz yerin
koordinatına sahibsiniz.
Əslində mən bunu təqribi olaraq edəcəyəm,
mən onu mərkəz etməyəcəyəm çünki
əgər mərkəz deyilsə
vizuallaşdırmağı asanlaşdıracağını
düşünürəm.
Deyək ki, kainatın çox erkən
mərhələsində,
əgər siz dərhal xətkeş ilə bunu ölçə
bilsəydiniz,
bu məsafəni
30 milyon işıq ili kimi ölçərdiniz.
Həmin nöqtədə deyək ki,
buradakı obyektdir, istəyirəm bunu
tünd qırmızı rəngdə edim
və bu obyekt bəlkə də
mikrodalğalı tezlik diapazonunda
bir foton yayır.
Bunun yaydığı diapazon
olduğunu görəcəyik.
Ancaq o, foton yayır.
Və həmin foton işıq sürəti
ilə hərəkət edir.
Çünkü o yüngüldür.
Və həmin foton deyir ki, bilirsinizmi,
səyahət etmək üçün cəmi
30 milyon işıq ilim var.
Bu çox da pis deyil.
30 milyon ildən sonra ora çatacağam.
Mən bunu ayrıca edəcəyəm.
Hesablama mənim burada etdiyimdən
daha da mürəkkəbdir.
Amma mən həqiqətən sizə burada
baş verənlər haqqında
bir fikir vermək istəyirəm.
Beləliklə, həmin foton təxminən
10 milyon ildən sonra deyir ki,
mən tam olaraq o koordinatda olmalıyam.
Mən məsafənin təxminən üçdə
birində olmalıyam.
Bəs bu 10 milyon il ərzində
nələr baş verir?
Bu 10 milyon il ərzində kainat
müəyyən qədər genişləndi.
Kainat bəlkə də yaxşı bir
istiqamətdə genişləndi.
Elə isə gəlin genişlənmiş kainatı çəkək.
Bəlkə də10 milyon ildən sonra kainat
belə görünə bilər.
Əslində, hətta bundan daha da böyük ola bilər.
Gəlin bunu çəkək.
10 milyon ildən sonra kainat
bir qədər genişlənə bilər.
Yəni bu 10 milyon il sonrasıdır.
Hələ kosmoloji zaman miqyasında,
demək olar ki,
kainat körpəlik dövründədir,
çünki biz 13,7 milyard ildən danışırıq.
Deyək ki, bu 10 milyon ildir.
10 milyon il keçir.
Kainat genişləndi.
Bu gün üzərində dayandığımız
bu koordinat
indi tam olaraq buradadır.
Fotonun ilk olaraq yayıldığı
koordinat indi burada olacaq.
Və həmin foton 10 milyon işıq ilindən
sonra
oraya çatacağını deyilir.
Və mən bunu sadəcə
təxmin edirəm.
Mən bunu çox fərqli bir şəkildə edirəm.
Ancaq bununla yanaşı mən həqiqətən sizə buna dair bir fikir vermək istəyirəm.
Beləliklə, fotonun təxminən
10 milyon işıq ilində
əldə etdiyi koordinat buradadır.
Bütün kainat genişləndi.
Bütün koordinatlar bir-birindən
uzaqlaşıb.
İndi burada nə baş verdi?
Kainat genişləndi.
İndi 30 milyon işıq ili olan
bu məsafədədir
və mən burada sadəcə təxmini rəqəmlər
haqqında danışıram.
Buradakı dəqiq rəqəmləri bilmirəm.
Bu, həqiqətən də sizə niyə bu cür
olduğuna dair
bir fikir vermək üçündür və sizə
baş verənlərə aid bir intuisiya verirəm.
Bu məsafə artıq 30 milyon
işıq ilində deyil.
Bəlkə də bu rəqəm artıq
100 milyon ilindədir.
Yəni bunlar artıq indi bir-birindən
100 milyon işıq ili uzaqlıqdadır.
Kainat genişlənir.
Bu koordinatlar və kosmos əslində
genişlənir.
Bunun bir növ trambolin və ya bir şarın
səthi olaraq da
təsəvvür edə bilərsiniz.
Getdikcə daha da incəlir.
Beləliklə, işığın 10 milyon ildən sonra
gəldiyi bu koordinatdır,
10 milyon ildir səyahət edir
lakin daha böyük bir məsafəyə getmişdir.
İndi bu məsafə təxminən 30 milyon
işıq ili səviyyəsində ola bilər.
Və buradakı hesablama dəqiq deyil.
Mən bunu müəyyən etmək üçün
hesablama aparmamışam.
Beləliklə, 30 milyon işıq ili keçdi.
Və əslində mən bunu eyni
nisbətdə etməməliyəm.
Çünki onun getdiyi məsafə
və getməli olduğu məsafə,
uzanma səbəbiylə tamamilə xətti
bir şəkildə olmayacaq.
Ən azından beynimdə bu barədə düşünəndə
bu belə olmamalı idi
deyə fikirləşirəm.
Amma bununla bağlı sərt bir
açıqlama verəcəm.
Amma onun tərsinə çevirdiyi məsafə,
bəlkə də bu məsafə indi
20 milyon işıq iliindədir
çünki artıq oraya çatmışdır.
Hər dəfə müəyyən qədər məsafə qət etdikdə
keçdiyi boşluq artıq uzanır.
Yəni 10 milyon il səyahət etsə də,
keçdiyi məsafə artıq
10 milyon işıq ilində deyil.
Artıq 20 milyon işıq ilinə qədər uzanır.
Onun keçməsi üçün qalan məsafə isə
yalnız 20 milyon işıq ilində deyil.
Artıq 80 milyon işıq ilində ola bilər.
Hazırda artıq o 80 milyon işıq ilindədir.
Və bu foton tədricən məyus ola bilər.
Buna optimist baxmağın bir yolu var.
Sanki mən 20 milyon işıq ilini sadəcə
10 milyon işıq ilində əhatə edə bildim.
Görünən odur ki, işıq sürətindən
daha sürətli hərəkət edirəm.
Reallıq isə budur ki,
bu kosmos koordinatlarının
yayılmasına görə deyil.
Bunlar getdikcə daha da incəlir.
Beləliklə, foton yalnız
işıq sürəti ilə hərəkət edir.
Lakin onun 10 milyon il ərzində
qət etdiyi məsafə
10 milyon işıq ilindən daha çoxdur.
Bu 20 milyon işıq ilidir.
Siz kosmoloji miqyasda xüsusən də
məsafə koordinatları
bir-birindən uzaqlaşdığı zaman
sürəti vaxta vura bilməzsiniz.
Ancaq fikrimcə siz bunun hansı istiqamətə
getdiyini görürsünüz və ya
bəlkə də görə bilərsiniz.
Gəlin bunu yazaq.
Bu, 80 milyon işıq ilidir,
bəlkədə 40 milyon işıq ilində mən
bura çatacağam.
Ancaq reallıq bundan ibarətdir ki,
növbəti 40 milyon işıq ilində üzr istəyirəm,
40 milyon ildən sonra mən bura
çata bilərəm,
çünki bu, 80 milyon işıq ilidir.
Amma reallıqda isə
40 milyon ildən sonra birdən-birə kainat
daha da genişləndi.
Əlbbətdə mən bütün qabarcığı çəkməyəcəm.
Amma fotonun yayıldığı yer
bura ola bilər.
Artıq bizim hazırkı mövqeyimiz buradadır.
10 milyon ildən sonra işığın gəlib çatdığı yer
indi buradadır.
Və indi 40 milyon ildən sonra işığın olduğu yer
elə bəlkə də buradadır.
Beləliklə, bu iki nöqtə arasındakı məsafə,
biz başladığımız zaman
10 milyon işıq ili idi.
Sonra isə bu rəqəm
20 milyon işıq ili oldu.
Bəlkə də bunu dəqiq bilmirəm,
bu bir milyard işıq ilidir.
Bəlkə də artıq bir milyard
işıq ilindədir.
Və bəlkə də buradakı məsafə və ya
mən sadəcə
bu rəqəmləri özümdən uydururam.
Yəqin ki, bu nöqtə üçün çox böyükdü,
bəlkə də bu, artıq
100 milyon işıq ilidir.
Bu indi 100 milyon işıq ilidir.
Bəlkə də bu məsafə 500 milyon işıq ilində
ola bilər,
dəqiq bilmirəm.
Və bəlkə də indi iki nöqtə arasındakı
ümumi məsafə
bir milyard işıq ilindədir.
Gördüyünüz kimi, foton getdikcə
daha da məyus ola bilər.
Tədricən daha çox məsafə qət edir və
geriyə baxaraq deyir ki,
cəmi 50 milyon il ərzində mən
600 milyon işıq ilini qət edə bilmişəm.
Bu olduqca yaxşıdır.
Ancaq o məyus oldu, çünki sadəcə
30 milyon işıq ilində olan
bir məsafəni qət etməli
olduğunu düşünmüşdü.
Bu uzanmağa davam edir,
çünki kosmosun özü də uzanır.
Reallıq isə budur ki,
biz yalnız orijinal fikrə doğru gedirik,
yəni bizə daha yeni çatan bu foton
uzun müddətdir səyahət edir,
biz onun 13,4 milyard ildir ki,
səyahət etdiyini söyləyə bilərik.
Yəni bizə indi gəlib çatır.
Elə isə bu nöqtədən başlayaraq
13,4 milyard ili
sürətli bir şəkildə irəli çəkərək
günümüzə gələk.
Əgər mən bütün görünə bilən kainatı
bura çəksəm,
bu nöqtə burada olacaq,
yayıldığı yer isə elə buradadır.
Biz elə burada dayanmışıq.
Və gəlin bir şeyi aydınlaşdıraq.
Əgər bütün müşahidə oluna bilən
kainatı çəkərsəm,
əslində mərkəz də bizim
olduğumuz yerdə olmalıdır.
Çünki bərabər məsafəni müşahidə edə bilirik.
Əgər işlər həqiqətən də qəribə deyilsə,
biz istənilən istiqamətdə bərabər məsafəni
müşahidə edə bilərik.
Bəlkə də ozümüzü mərkəzə qoymalıyıq.
Əgər bu, bütün müşahidə edilə bilən
kainatdırsa
və foton 13,4 milyard il əvvəl buradan
yayılıbsa,
yəni ilk Böyük Partlayışdan
300,000 il sonra
və bu, bizə yenicə çatırsa,
o zaman fotonun 13,7 milyard ildir ki,
səyahət etdiyi doğru bir fikridir.
Amma burada qəribə olan şey,
bir birimizdən uzaqlaşmağımız
səbəbi ilə bu obyekt
hazırda ən yaxşı hesablamalarımıza görə,
bizdən təxminən 46 milyard işıq ili
uzaqlıqda olacaq.
Və mən bunu dəqiq bir şəkildə
aydınlaşdırmaq istəyirəm.
Bu obyekt indi bizdən 46 milyard işıq ili
uzaqlıqdadır.
Onu müşahidə etmək üçün sadəcə işıqdan
istifadə etdiyimiz zaman
təbii ki biz bunu işıq illərinə
əsaslanaraq edirik,
o zaman belə görünür ki, bu işıq bizə gəlib çatmaq üçün 13,7 milyard il yol qət edib.
Məsafə haqqında düşünmək üçün
yeganə üsulumuz
işıqla olan yoldur.
Beləliklə, bəlkə də bu 13,4 və ya
hər hansısa bir rəqəmdir
ancaq mən 13,4 milyard işıq ili uzaqlıqda onluğu dəyişməyə davam edirəm.
Amma reallıq budur ki, bu gün işıq ilini
ölçən xətkeşmiz olsaydı
onu ölçmək çətin olardı
çünkü buradakı bu boşluq o qədər uzandı ki,
artıq o 46 milyard işıq ilindədir.
Kosmik mikrodalğalı fon radiasiyası
haqqında danışarkən
sizə bir ipucu vermək istəyirəm,
kosmosdakı bu nöqtənin necə görünəcəyi
və bu nöqtənin əslində 46 milyard işıq ili
uzaqlıqda olduğu halda
fotonun bizə çatması necə oldu ki,
cəmi 13,7 milyard il çəkdi?
Bu nəyə bənzəyəcək?
Bənzəyəcək dediyimiz zaman
bu hazırda bizə çatan fotonlara əsaslanır.
Həmin fotonlar 13,4 milyard il
əvvəl ayrılmışdır.
Beləki, bu fotonlar ibtidai quruluşdan,
bu ağ-qaynar hidrogen plazmasından
yayılan fotonlardır.
Beləliklə, görəcəyimiz şey bu
ağ-isti dumandır.
Yəni biz bu cür ağ-isti plazmanı
düzgün sabit atomlara diferensiallaşmamış,
daha az ulduz və qalaktika
görə biləcəyik.
Biz bu ağ-qaynar plazmanı görəcəyik.
Bu günün reallığı odur ki,
kosmosda bundan 46 milyard il
sonra olan nöqtə,
yəqin ki, sabit atomlara,
ulduzlara, planetlərə və qalaktikalara ayrılır.
Düzünü desəm, həmin şəxs,
əgər hazırda orada
bir sivilizasiya varsa və onlar da
orada dayanıblarsa,
koordinatımızdan və kosmosdakı nöqtəmizdən
yayılan fotonları
müşahidə edirlərsə,
onlar bizim indiki vəziyyətimizi
görə bilməyəcəklər.
Onlar bizim 13,4 milyard il əvvəlki
vəziyyətimizi görəcəklər.
Kosmos bölgəmizin sadəcə
ağ-isti plazma olduğu zamanı
çox sadə bir halını görəcəklər.
Və bu barədə növbəti videoda
daha çox danışacağıq.
Ancaq bu barədə düşünməyinizi istəyirəm.
O zamandan gələn, yəni 13,4 milyard ildir
hər hansı bir istiqamətdən hərəkət edən
hansısa bir foton ibtidai vəziyyətində
bizə gəlib çatacaq
və ya o kainatın ilk vəziyyətində
hansı ki,
sadəcə ağ-qaynar plazma
və diferensiallaşmamış kütlə
olduğu zaman yayılacaqdır.
Və ümid edirəm ki, bu sizə
kosmik mikrodalğalı fon radiasiyasının
haradan gəldiyinə dair bir
fikir vermiş olacaq.