Hal-hazırda, Böyük Partlayışın nə vaxt baş verdiyinə dair ən yaxşı ehtimal ancaq bir daha deyim ki, bu ifadəni o qədər də bəyənmirəm, çünki bu, bir növ partlayışı nəzərdə tutur. Lakin bu, bildiyiniz kimi əslində bir növ kosmosun genişlənməsidir və kosmosun həqiqətən də təklikdən genişlənməyə başladığı andır. Ancaq bununla əlaqəli bizim ən yaxşı ehtimalımız bu hadisənin 13,7 milyard il əvvəl baş verdiyinə dair bir fikrin olmasıdır. Böyük pullar haqqında danışmağımıza və milyardlarla ölçülən rəqəmlərlə işlədiyimizə baxmayaraq bu yenədə inanılmaz bir zaman ölçüsüdür. Ölçülən bir şey kimi görünür amma əslində bu belə deyil. Növbəti videolarda mən onsuzda vaxt miqyası haqqında danışacağam. Biz 13,7 milyard ilin nə qədər uzun olduğunu dəyərləndirə bilərik və ya bunun əksini edə bilərik. Onu da vurğulamaq istəyirəm ki, bu, hazırda əlimizdə olan ən yaxşı təxmindir. Böyük Partlayış haqqında bildiyim və həyatım boyunca ən yaxşı ehtimalın nə olduğuna dair fikirlər və qeyd olunan , rəqəm hər zaman ətrafda dolaşırdı. Bu səbəbdən gələcəkdə bu rəqəmin daha dəqiq ola biləcəyinə dair bir şübhəm yoxdur. Ancaq bu bizim hazırda sahib olduğumuz ən yaxşı ehtimaldır. Beləliklə, bu rəqəm bizə müşahidə edilə bilən kainatın ölçüsü haqqında nə dediyi haqda bir qədər düşünmək istəyirəm. Deməli, əgər bütün genişlənmə 13,7 milyard il əvvəl başlamışsa, o zaman bizim üçölçülü kainatımızda bildiyimiz hər şey bir nöqtədə idi, bu isə hazırda bizə çatan hər hansı bir işıq fotonunun səyahət edə biləcəyi ən uzun müddət deməkdir, , indi gəlin buna nəzər yetirək, deyək ki, bu mənim gözümdür. Bu isə mənim kirpiklərimdir, belə ki, bəzi işıq fotonları sadəcə gözümə və ya teleskopun obyektivinə gəlib çata bilər. Səyahət edə biləcəyi ən uzun müddət 13,7 milyard ildir. Beləki, o, 13,7 milyard il səyahət edə bilər. Biz müşahidə olunan kainatı təsvirinə baxdığımızda fikrimcə, bundan öncəki iki və ya üç videoda mən onu bir dairə kimi çəkmişdim. Biz uzaq obyektlərdən gələn işığı gördüyümüz zaman, onun bizə tam olaraq elə buradan gəlidiyini görürük. Baxın, biz buradayıq. Təsvirdə uzaq obyektin olduğunu təxmin etdiyim yer buradır. Ancaq o uzaq obyektdən gələn işıq indi bizə gəlib çatır. Və bu işığın bizə çatması 13,7 milyard illik bir zaman müddətində meydana gəldi. Hazırda etməyə tərəddüd etdiyim şey budur, çünki biz bu qədər böyük məsafələrdən və kosmosun özünün genişləndiyi böyük zaman miqyası haqqında danışırıq və biz bunu burada görəcəyik, bu videoya gəlincə siz obyektin burada olduğunu deyə bilməyəcəksiniz, buna ehtiyac yoxdur və istəyirəm bu sözü böyük hərflərlə yazım, bu 13,7 milyard işıq ili uzaqlıqda DEYİL. Əgər biz daha kiçik zaman miqyasından və ya daha kiçik məsafələrdən danışsaydıq, təxminən siz bunu deyə bilərdiniz. Kainatın genişlənməsi çox da bir fərq yaratmaycaq. Gəlin bunu daha da aydın edim. Mən buradakı bir obyektdən danışıram. Ancaq biz hətta kosmosdakı koordinat haqqında da danışa bilərik. Deməliyəm ki, bu məkan-zaman koordinatıdır çünki biz onu müəyyən bir anda görürük. Lakin bu koordinat indiki koordinatımızdan 13,7 milyard işıq ili uzaqda deyil. Və bu barədə düşünmək üçün bir neçə səbəb var. Birincisi, işğın 13,7 milyard il əvvəl yayıldığı haqqında düşünün. İşıq yayıldığı zaman biz o koordinata daha çox yaxın idik. Bu koordinat isə buna daha yaxın bir məsafədə idi. Hazırda kainatda olduğumuz yer kainatın həmin nöqtəsinə daha yaxın idi. Haqqında düşünülməsinə ehtiyac olan başqa bir şey də budur, gəlin onu çəkim. Beləliklə biz bu təkliyin ilk genişlənməsindən 300.000 il sonrasına gedək. Hazırda kainatın yaranması tarixindən cəmi 300.000 il əvvəlindəyik. Yəni kainatın yaranmasına təxminən 300.000 il qaldı. Düşünürəm ki, biz buna bu şəkildə baxa bilərik. Hər şeydən əvvəl, bu nöqtədə bütün bunlar hələ də fərqli bir məzmuna sahib deyildir. Kosmik mikrodalğalı fon radiasiyası haqqında danışarkən bu barədə daha da çox danışacağıq. Ancaq kainat bu nöqtədə, demək olar ki, tək olaraq ağ-isti hidrogen plazmadan ibarət idi. Biz bu barədə daha sonra danışacağıq. O, mikrodalğalı bir radiasiya yayırdı. Dediklərim barədə gələcək videoda daha çox danışacağıq. Ancaq gəlin bu erkən kainatdakı iki nöqtə haqqında düşünək. Deyək ki, bu erkən kainatdır və sizdə bu nöqtəyə sahibsiniz. Təsəvvür edək ki, hazırda olduğumuz yerin koordinatı sizdə var. Siz hazırda olduğumuz yerin koordinatına sahibsiniz. Əslində mən bunu təqribi olaraq edəcəyəm, mən onu mərkəz etməyəcəyəm çünki əgər mərkəz deyilsə vizuallaşdırmağı asanlaşdıracağını düşünürəm. Deyək ki, kainatın çox erkən mərhələsində, əgər siz dərhal xətkeş ilə bunu ölçə bilsəydiniz, bu məsafəni 30 milyon işıq ili kimi ölçərdiniz. Həmin nöqtədə deyək ki, buradakı obyektdir, istəyirəm bunu tünd qırmızı rəngdə edim və bu obyekt bəlkə də mikrodalğalı tezlik diapazonunda bir foton yayır. Bunun yaydığı diapazon olduğunu görəcəyik. Ancaq o, foton yayır. Və həmin foton işıq sürəti ilə hərəkət edir. Çünkü o yüngüldür. Və həmin foton deyir ki, bilirsinizmi, səyahət etmək üçün cəmi 30 milyon işıq ilim var. Bu çox da pis deyil. 30 milyon ildən sonra ora çatacağam. Mən bunu ayrıca edəcəyəm. Hesablama mənim burada etdiyimdən daha da mürəkkəbdir. Amma mən həqiqətən sizə burada baş verənlər haqqında bir fikir vermək istəyirəm. Beləliklə, həmin foton təxminən 10 milyon ildən sonra deyir ki, mən tam olaraq o koordinatda olmalıyam. Mən məsafənin təxminən üçdə birində olmalıyam. Bəs bu 10 milyon il ərzində nələr baş verir? Bu 10 milyon il ərzində kainat müəyyən qədər genişləndi. Kainat bəlkə də yaxşı bir istiqamətdə genişləndi. Elə isə gəlin genişlənmiş kainatı çəkək. Bəlkə də10 milyon ildən sonra kainat belə görünə bilər. Əslində, hətta bundan daha da böyük ola bilər. Gəlin bunu çəkək. 10 milyon ildən sonra kainat bir qədər genişlənə bilər. Yəni bu 10 milyon il sonrasıdır. Hələ kosmoloji zaman miqyasında, demək olar ki, kainat körpəlik dövründədir, çünki biz 13,7 milyard ildən danışırıq. Deyək ki, bu 10 milyon ildir. 10 milyon il keçir. Kainat genişləndi. Bu gün üzərində dayandığımız bu koordinat indi tam olaraq buradadır. Fotonun ilk olaraq yayıldığı koordinat indi burada olacaq. Və həmin foton 10 milyon işıq ilindən sonra oraya çatacağını deyilir. Və mən bunu sadəcə təxmin edirəm. Mən bunu çox fərqli bir şəkildə edirəm. Ancaq bununla yanaşı mən həqiqətən sizə buna dair bir fikir vermək istəyirəm. Beləliklə, fotonun təxminən 10 milyon işıq ilində əldə etdiyi koordinat buradadır. Bütün kainat genişləndi. Bütün koordinatlar bir-birindən uzaqlaşıb. İndi burada nə baş verdi? Kainat genişləndi. İndi 30 milyon işıq ili olan bu məsafədədir və mən burada sadəcə təxmini rəqəmlər haqqında danışıram. Buradakı dəqiq rəqəmləri bilmirəm. Bu, həqiqətən də sizə niyə bu cür olduğuna dair bir fikir vermək üçündür və sizə baş verənlərə aid bir intuisiya verirəm. Bu məsafə artıq 30 milyon işıq ilində deyil. Bəlkə də bu rəqəm artıq 100 milyon ilindədir. Yəni bunlar artıq indi bir-birindən 100 milyon işıq ili uzaqlıqdadır. Kainat genişlənir. Bu koordinatlar və kosmos əslində genişlənir. Bunun bir növ trambolin və ya bir şarın səthi olaraq da təsəvvür edə bilərsiniz. Getdikcə daha da incəlir. Beləliklə, işığın 10 milyon ildən sonra gəldiyi bu koordinatdır, 10 milyon ildir səyahət edir lakin daha böyük bir məsafəyə getmişdir. İndi bu məsafə təxminən 30 milyon işıq ili səviyyəsində ola bilər. Və buradakı hesablama dəqiq deyil. Mən bunu müəyyən etmək üçün hesablama aparmamışam. Beləliklə, 30 milyon işıq ili keçdi. Və əslində mən bunu eyni nisbətdə etməməliyəm. Çünki onun getdiyi məsafə və getməli olduğu məsafə, uzanma səbəbiylə tamamilə xətti bir şəkildə olmayacaq. Ən azından beynimdə bu barədə düşünəndə bu belə olmamalı idi deyə fikirləşirəm. Amma bununla bağlı sərt bir açıqlama verəcəm. Amma onun tərsinə çevirdiyi məsafə, bəlkə də bu məsafə indi 20 milyon işıq iliindədir çünki artıq oraya çatmışdır. Hər dəfə müəyyən qədər məsafə qət etdikdə keçdiyi boşluq artıq uzanır. Yəni 10 milyon il səyahət etsə də, keçdiyi məsafə artıq 10 milyon işıq ilində deyil. Artıq 20 milyon işıq ilinə qədər uzanır. Onun keçməsi üçün qalan məsafə isə yalnız 20 milyon işıq ilində deyil. Artıq 80 milyon işıq ilində ola bilər. Hazırda artıq o 80 milyon işıq ilindədir. Və bu foton tədricən məyus ola bilər. Buna optimist baxmağın bir yolu var. Sanki mən 20 milyon işıq ilini sadəcə 10 milyon işıq ilində əhatə edə bildim. Görünən odur ki, işıq sürətindən daha sürətli hərəkət edirəm. Reallıq isə budur ki, bu kosmos koordinatlarının yayılmasına görə deyil. Bunlar getdikcə daha da incəlir. Beləliklə, foton yalnız işıq sürəti ilə hərəkət edir. Lakin onun 10 milyon il ərzində qət etdiyi məsafə 10 milyon işıq ilindən daha çoxdur. Bu 20 milyon işıq ilidir. Siz kosmoloji miqyasda xüsusən də məsafə koordinatları bir-birindən uzaqlaşdığı zaman sürəti vaxta vura bilməzsiniz. Ancaq fikrimcə siz bunun hansı istiqamətə getdiyini görürsünüz və ya bəlkə də görə bilərsiniz. Gəlin bunu yazaq. Bu, 80 milyon işıq ilidir, bəlkədə 40 milyon işıq ilində mən bura çatacağam. Ancaq reallıq bundan ibarətdir ki, növbəti 40 milyon işıq ilində üzr istəyirəm, 40 milyon ildən sonra mən bura çata bilərəm, çünki bu, 80 milyon işıq ilidir. Amma reallıqda isə 40 milyon ildən sonra birdən-birə kainat daha da genişləndi. Əlbbətdə mən bütün qabarcığı çəkməyəcəm. Amma fotonun yayıldığı yer bura ola bilər. Artıq bizim hazırkı mövqeyimiz buradadır. 10 milyon ildən sonra işığın gəlib çatdığı yer indi buradadır. Və indi 40 milyon ildən sonra işığın olduğu yer elə bəlkə də buradadır. Beləliklə, bu iki nöqtə arasındakı məsafə, biz başladığımız zaman 10 milyon işıq ili idi. Sonra isə bu rəqəm 20 milyon işıq ili oldu. Bəlkə də bunu dəqiq bilmirəm, bu bir milyard işıq ilidir. Bəlkə də artıq bir milyard işıq ilindədir. Və bəlkə də buradakı məsafə və ya mən sadəcə bu rəqəmləri özümdən uydururam. Yəqin ki, bu nöqtə üçün çox böyükdü, bəlkə də bu, artıq 100 milyon işıq ilidir. Bu indi 100 milyon işıq ilidir. Bəlkə də bu məsafə 500 milyon işıq ilində ola bilər, dəqiq bilmirəm. Və bəlkə də indi iki nöqtə arasındakı ümumi məsafə bir milyard işıq ilindədir. Gördüyünüz kimi, foton getdikcə daha da məyus ola bilər. Tədricən daha çox məsafə qət edir və geriyə baxaraq deyir ki, cəmi 50 milyon il ərzində mən 600 milyon işıq ilini qət edə bilmişəm. Bu olduqca yaxşıdır. Ancaq o məyus oldu, çünki sadəcə 30 milyon işıq ilində olan bir məsafəni qət etməli olduğunu düşünmüşdü. Bu uzanmağa davam edir, çünki kosmosun özü də uzanır. Reallıq isə budur ki, biz yalnız orijinal fikrə doğru gedirik, yəni bizə daha yeni çatan bu foton uzun müddətdir səyahət edir, biz onun 13,4 milyard ildir ki, səyahət etdiyini söyləyə bilərik. Yəni bizə indi gəlib çatır. Elə isə bu nöqtədən başlayaraq 13,4 milyard ili sürətli bir şəkildə irəli çəkərək günümüzə gələk. Əgər mən bütün görünə bilən kainatı bura çəksəm, bu nöqtə burada olacaq, yayıldığı yer isə elə buradadır. Biz elə burada dayanmışıq. Və gəlin bir şeyi aydınlaşdıraq. Əgər bütün müşahidə oluna bilən kainatı çəkərsəm, əslində mərkəz də bizim olduğumuz yerdə olmalıdır. Çünki bərabər məsafəni müşahidə edə bilirik. Əgər işlər həqiqətən də qəribə deyilsə, biz istənilən istiqamətdə bərabər məsafəni müşahidə edə bilərik. Bəlkə də ozümüzü mərkəzə qoymalıyıq. Əgər bu, bütün müşahidə edilə bilən kainatdırsa və foton 13,4 milyard il əvvəl buradan yayılıbsa, yəni ilk Böyük Partlayışdan 300,000 il sonra və bu, bizə yenicə çatırsa, o zaman fotonun 13,7 milyard ildir ki, səyahət etdiyi doğru bir fikridir. Amma burada qəribə olan şey, bir birimizdən uzaqlaşmağımız səbəbi ilə bu obyekt hazırda ən yaxşı hesablamalarımıza görə, bizdən təxminən 46 milyard işıq ili uzaqlıqda olacaq. Və mən bunu dəqiq bir şəkildə aydınlaşdırmaq istəyirəm. Bu obyekt indi bizdən 46 milyard işıq ili uzaqlıqdadır. Onu müşahidə etmək üçün sadəcə işıqdan istifadə etdiyimiz zaman təbii ki biz bunu işıq illərinə əsaslanaraq edirik, o zaman belə görünür ki, bu işıq bizə gəlib çatmaq üçün 13,7 milyard il yol qət edib. Məsafə haqqında düşünmək üçün yeganə üsulumuz işıqla olan yoldur. Beləliklə, bəlkə də bu 13,4 və ya hər hansısa bir rəqəmdir ancaq mən 13,4 milyard işıq ili uzaqlıqda onluğu dəyişməyə davam edirəm. Amma reallıq budur ki, bu gün işıq ilini ölçən xətkeşmiz olsaydı onu ölçmək çətin olardı çünkü buradakı bu boşluq o qədər uzandı ki, artıq o 46 milyard işıq ilindədir. Kosmik mikrodalğalı fon radiasiyası haqqında danışarkən sizə bir ipucu vermək istəyirəm, kosmosdakı bu nöqtənin necə görünəcəyi və bu nöqtənin əslində 46 milyard işıq ili uzaqlıqda olduğu halda fotonun bizə çatması necə oldu ki, cəmi 13,7 milyard il çəkdi? Bu nəyə bənzəyəcək? Bənzəyəcək dediyimiz zaman bu hazırda bizə çatan fotonlara əsaslanır. Həmin fotonlar 13,4 milyard il əvvəl ayrılmışdır. Beləki, bu fotonlar ibtidai quruluşdan, bu ağ-qaynar hidrogen plazmasından yayılan fotonlardır. Beləliklə, görəcəyimiz şey bu ağ-isti dumandır. Yəni biz bu cür ağ-isti plazmanı düzgün sabit atomlara diferensiallaşmamış, daha az ulduz və qalaktika görə biləcəyik. Biz bu ağ-qaynar plazmanı görəcəyik. Bu günün reallığı odur ki, kosmosda bundan 46 milyard il sonra olan nöqtə, yəqin ki, sabit atomlara, ulduzlara, planetlərə və qalaktikalara ayrılır. Düzünü desəm, həmin şəxs, əgər hazırda orada bir sivilizasiya varsa və onlar da orada dayanıblarsa, koordinatımızdan və kosmosdakı nöqtəmizdən yayılan fotonları müşahidə edirlərsə, onlar bizim indiki vəziyyətimizi görə bilməyəcəklər. Onlar bizim 13,4 milyard il əvvəlki vəziyyətimizi görəcəklər. Kosmos bölgəmizin sadəcə ağ-isti plazma olduğu zamanı çox sadə bir halını görəcəklər. Və bu barədə növbəti videoda daha çox danışacağıq. Ancaq bu barədə düşünməyinizi istəyirəm. O zamandan gələn, yəni 13,4 milyard ildir hər hansı bir istiqamətdən hərəkət edən hansısa bir foton ibtidai vəziyyətində bizə gəlib çatacaq və ya o kainatın ilk vəziyyətində hansı ki, sadəcə ağ-qaynar plazma və diferensiallaşmamış kütlə olduğu zaman yayılacaqdır. Və ümid edirəm ki, bu sizə kosmik mikrodalğalı fon radiasiyasının haradan gəldiyinə dair bir fikir vermiş olacaq.