Düşünürəm ki, indi şirkətləri təhlil edərkən insanların çoxunun nəyə diqqət yetirdiyini öyrənmək üçün ən yaxşı vaxtdır və bu mənfəət və zərər haqqında hesabatdır. Mənfəət və zərər hesabatı bir şirkətə baxdığınız zaman baxacağınız üç maliyyə hesabatından biridir. Və əslində, bu videoda gəlir hesabatının balans hesabatı ilə necə əlaqəli olduğunu görəcəyik. Və əlbətdə ki sonuncusu - əgər əlbətdəki bunu bilmirsinizsə- nağd pul hərəkəti hesabatıdır. Və bir az sonra buna diqqət edəcəyik, çünki bu gəlir hesabatına nisbətən bir az daha nüanslıdır. Beləliklə, gəlir hesabatı sözün həqiqi mənasında bir şirkətin müəyyən bir dövrdə nə qədər qazana biləcəyini bildirir və həmişə bir dövrə aiddir. Beləliklə bu illik gəlir hesabatı ola bilər. 2008-ci il üçün ola bilər. Rüblük gəlir hesabatı ola bilər. Bunlar ümumiyyətlə gördüyünüz iki növdür, lakin bəzən aylıq və ya altı aylıq gəlir hesabatları var.