Düşünürəm ki, indi, şirkətləri təhlil
edərkən insanların çoxunun
diqqət yetirdiyi nöqtə yəni, gəlir və xərc
hesabatı haqqında öyrənmək vaxtıdır.
Gəlir hesabatı bir şirkətə baxdığınız
zaman
diqqət yetirəcəyimiz üç maliyyə
hesabatından biridir.
Digər ikisindən biri isə balans
hesabatıdır,
hansı ki maliyyə böhranı və digər
məsələlər haqqında etdiyim izahatlarda
ondan bir neçə dəfə istifadə etmişəm.
Bu videoda gəlir hesabatının
balans hesabatı ilə necə əlaqələndiyinə
baxacayıq.
Əsas üç hesabatın sonuncusu da
pul vəsaitləri hesabatıdır.
Buna daha sonra diqqət edəcəyik,
çünki bu gəlir hesabatına nisbətən
biraz daha nüanslıdır.
Gəlir hesabatı
bir şirkətin müəyyən bir dövrdə nə qədər
qazana biləcəyini
bildirir və həmişə bir dövrə aiddir.
Yəni, bu gəlir hesabatı illik ola bilər.
Məsələn, 2008-ci il üçün ola bilər.
Gəlir hesabatı rüblük də ola bilər.
Əsasən, bu iki növ istifadə olunur.
Lakin, bəzən aylıq və ya altı aylıq gəlir
hesabatları da olur.
Ümumi format olduqca uyğundur,
Baxmayaraq ki bir biznesin nə etdiyindən
asılı olaraq
müxtəliflik çox olsa da, amma bu videoda
elektronik cihaz satan bir şirkət üçün
sadə bir gəlir hesabatını izah etmək
istəyirəm.
Beləliklə, bir cihaz satarkən ilk proses
onu hazırlamaq və satmaqdır.
Siz cihazı
müştəriyə verirsiniz və onlar da sizə
pul verir.
Onların sizə
verdikləri pul
gəlir hesab olunur.
Buna bəzən satış da deyirlər.
Bu, sizə
müəyyən bir müddətdə verdikləri puldur.
Oradakı mühasiblərdən bəziləri deyir ki,
bu, yalnız verdikləri pul deyil.
Bu, müəyyən bir müddətdə qazandığınız
puldur.
Lakin, nümunəmizdə,
cihazı satanda verdikləri pulu qazandınız
və bu da şatış gəliridir.
Daha sonra gəlir və satışları hesablamaq
üçün
müxtəlif yollardan bəhs edəcəyik.
Deyək ki, verilmiş
gəlir və ya satış
2008-ci il üçün bir gəlir hesabatındadır.
Beləliklə, 2008-ci ildə 3 milyon
dollar dəyərində cihaz satdıq.
Yəni deyək ki, bu 3 milyon dollardır.
Çox zaman şirkətlər üçün gəlir hesabatına
nəzər yetirirsiniz. Əgər Yahoo!-da
baxsanız, 3 milyon
dollar əvəzinə orada 3000 dollar
görəcəksiniz.
Deyə bilərsiniz ki,
bu şirkət, demək olar ki, heçnə satmır.
Lakin, rəqəmləri minliklərdə yazmaq
onlarda
bir standartdır.
Yəni, 3.000 dedikdə 3.000 min nəzərdə
tutulur.
Bu da 3 milyon edir.
Böyük şirkətlərdə
bəzən rəqəmlər milyonluqla yazılır.
Yəni, burada 3000 görürsünüzsə, əslində
o, 3 milyardır.
Yaxın gələcəkdə biz
real gəlir hesabatlarına nəzər
yetirəcəyik.
Beləliklə, bu, bizə verdikləri pul
miqdarıdır.
Lakin, əldə etdiyimiz gəlir bu deyil,
çünki cihazın hazırlanmasının
xərcini də hesablamalıyıq.
Birinin sizə 3 milyon dollar verməsi,
sizin
3 milyon dollar qazanmağınız demək deyil.
Bu pulun
hamısı
gəlir deyil.
Gəlir hesabatında ilk baxmalı
olduğunuz ilk hissə,
bu cihazların istehsal xərcləridir.
Xərcləri çəhrayı ilə qeyd edək.
Bu, bəzən satış dəyəri və ya satılan
malların
dəyəri kimi yazılacaqdır.
Diqqət edilməli olan 2 nöqtə var.
Burada dəyişkən bir xərc var, hansı ki
hər bir cihaz üçün bir miqdar metal,
bir miqdar enerji və boyalı bir
cihazdırsa,
bir miqdar boya sərf edilir.
Malların xərcləri, yəni ki,
alınan metal və boyanın və bu
3 milyon dollar dəyərindəki cihazları
hazırlamaq üçün istifadə olunan
elektrikin xərci,
dəyişkən xərcdir. Bundan əlavə
sabit xərcləriniz və ya nisbətən sabit
xərcləriniz var. Burada yalnız
fabrikin işlək qalması üçün neçə cihaz
düzəltməyinizdən asılı olmayaraq
hər il müəyyən qədər pul tələb olunur.
Bu barədə daha da detallı danışacağıq,
Amma, sadə olsun deyə, cihazların
hazırlanmasının bütün xərclərinin
1 milyon dollar olduğunu düşünək.
Bəzən kimsə buna sadəcə 1 milyon
dollarlıq bir xərc
deyə bilər. Mən bunların xərc olduğunu
xatırlamaq üçün,
rəqəmin qabağına mənfi qoyuram. Gəliri
azaldan hər faktora
mənfi, artıran faktorlara isə
müsbət işarəsi qeyd edirəm.
Amma, bunu etmək mütləq deyil.
Bəzi insanlar buna 1 milyon dollarlıq
müsbət bir xərc deyirlər,
yəni bunu gəlirdən çıxırsınız.
İstənilən halda, bunu anladığınızı
düşünürəm.
Xərclərinizi gəlirinizdən çıxsanız
və ya bu iki rəqəmi toplasanız,
ümumi gəlirinizi əldə edəcəksiniz.
Hansı ki, bu nümunədə 2 milyon dollardır.
Bu rəqəm,
yalnız bu cihazların satışından
nə qədər mənfəət əldə etdiyinizi bildirir.
Beləliklə, nə qədər çox cihaz satsanız,
əksər hallarda,
bu rəqəm bir o qədər çox olacaqdır.
Bu, vergilər və icraçı direktorun maaşı
kimi
bir şirkətin sahib olduğu bütün
xərclərdən öncəki qazancınızdır.
Əslində, icraçı direktorun maaşı bura
daxil deyil.
Çünki, icraçı direktor əksər hallarda,
fabrikə getmir
və cihazın hazırlanmasına kömək etmir.
İcraçı direktorun maaşı, maliyyə
direktorunun maaşı
və ya qərargah,
həmçinin marketinq xərcləri də
burada nəzərə alınmır.
İnsanlara cihazı reklam eləmək
burada nəzərə alınmır.
Bunlar, növbəti sırada qeyd edilir.
Çox vaxt xərclər ayrı-ayrılıqda
qeyd olunur.
Marketinq və satış xərcləri buna
nümunədir.
Bundan əlavə, korporativ ofis,
icraçı direktor, yeni işə alınan
audit və mühasiblərin maaşları
ümumi olaraq qeyd edilir.
Bunları çəhayı ilə edəcəyəm,
çünki bunların hamısı xərcdir.
Marketinq, satış və bəzən G&A
görəcəksiniz.
Bəzən isə SG&A görəcəksiniz.
G&A ümumi və inzibati xərcləri bildirir.
Bəzən bunun əvəzinə SG&A görəcəksiniz,
bu satış, ümumi və inzibati
xərcləri bildirir.
Satış xərcləri, satıcıların aldığı
komissiyalar,
ölkələr üzrə səyahətləri
və yemək xərcləri ola bilər.
Ümumi və inzibati xərclərə isə
korporativ ofisin və həmçinin
bu səviyyədə olan bütün insanların
xərcləri aiddir.
Bu hissələrə özümdən
rəqəmlər yazacağam.
Deyək ki, marketinq sahəsində şirkət
500.000 dollar xərcləyir.
Mən bunu mənfi olaraq qeyd edirəm ki,
xərc olduğunu xatırlayıram.
Görəcəyiniz bəzi modellərdə, burada
sadəcə 500.000 dollar xərc yazılacaq.
Burada ümumi və inzibati xərclərdir.
Lakin, atış xərclərini ayrıca qeyd etmək
istəyirəm.
Deyək ki, satış xərcləri 200.000
dollardır.
ümumi və inzibati xərclər, korporativ
ofislər və digərləri
isə 300.000 dollardır.
İndi isə bu işin əməliyyatlarından
nə qədər
pul qazandığını tapmağa hazırıq.
Bu, əməliyyat gəlirləridir.
Bu hissəyə diqqət yetirmək vacibdir,
çünki çox adam deyir ki, bir şirkət
bu qədər əldə etdi.
Ümumi, əməliyyat,
xalis və vergi öncəsi gəlirləri
barədə eşidəcəksiniz.
Bunların bir-birindən çox fərqli olduğunu
başa düşmək çox çətindir,
çünki hamısında "mənfəət" sözü var.
Bütün bunların mənası nədir?
Burada bunun çox fərqli mənaları ifadə
etdiyini görürsünüz.
İlk növbədə bunu hesablayaq, sonra isə
əməliyyat və ümumi mənfəət arasındakı
bütün fərqlər
barədə danışarıq.
Gəlin baxaq, 2 milyondan 1 milyon
çıxmalıyıq.
Düşünürəm ki, dolayı yolla beynim
rəqəmləri çox gözəl uyğunlaşdırdı.
Beləliklə, buradakı əməliyyat gəlirim
1 milyon dollar olur.
Artıq mənfəət mövzusunda yeni bir
nüansımız var.
Sadəcə cihaz satışlarından 2 milyon
dollar qazandım,
ancaq o zaman şirkətin bütün xərclərini,
yəni,
marketinq, satış, ümumi və inzibati
xərcləri
çıxardığınız zaman, mənim yalnız
1 milyon dollarım qalır.
Bu, şirkətin fəaliyyətindən,
aktivlərindən, biznesindən və ya
müəssisəsindən əldə etdiyiniz mənfəətdir.
Onun əmələ gətirdiyi budur.
Əvvəl, bir çox balans hesabatı tərtib
etmişəm,
və düşünürəm ki, başqa bir balans
hesabatı hazırlamaq üçün yaxşı vaxtdır.
Bir şirkətin bir sıra aktivləri var.
Aktivlər və müəssisə dəyəri haqqında daha
çox danışacağıq. Orada bir nüans var.
Lakin, əsasən şirkətin özünə
fokuslanacağıq.
Müəssisəyə necə ödənildiyini və necə
maliyyələşdirildiyini
düşünməzdən əvvəl, sadəcə
müəssisənin özü, aktivləri
barədə düşünün.
Aktivlər
əməliyyat mənfəətini yaradırlar. Bu,
gələcəkdə aktivlərin qaytarılması
haqqında danışarkən,
bunu anlamaq üçün çox vacibdir.
Əslində, bu barədə indi danışa bilərik.
Deyək ki, əgər bu aktivlər üçün
10 milyon dollar ödəmişiksə və bu aktivlər
ildə 1 milyon, və ya bu ildə
ən azı 1 milyon dollar gətirirsə,
çox vaxt qısaca
ROA deyilən
aktivlərin gəlirliliyini
1 milyon dolları
10 milyon dollara nisbəti olaraq tapa
bilərik.
Bu halda, aktivlərin gəlirliliyi 10
faizdir.
10 milyon dollarlıq bir investisiya üçün
ildə 1 milyon dollar qazanırıq.
Hər il aktivlərimizin investisiyasının
10 faizini geri alırıq.
Aktivlərin gəlirliliyi ağlınızda saxlamalı
olduğunuz yaxşı anlayışdır. Bu anlayış,
bir şirkətin
əməliyyat mənfəəti və həqiqi aktivləri
ilə çox sıx bağlıdır.
Öyrəndiklərimizdən və xüsusən də,
bəzi digər
iqtisadiyyat videolarımı izləmisinizsə,
bütün şirkətlərin
eyni formada maliyyələşdirilmədiyini
bilirsiniz.
Onların bir çoxunun borcu ola bilər.
Deyək ki, şirkətin 10 milyon dollarlıq
aktivi var idi, amma,
bunun üçün 5 milyon dollar borc ödədilər.
Gəlin bu borcun faiz dərəcəsi - icazə verin,
yaxşı bir rəqəm düşünüm - 5%-dir.
Gəlin, bunu asanlaşdıraq.
Gəlin, bunu 10% edək.
Yəni bu əməliyyat mənfəətidir.
Bu aktivlərin özündən çıxan puldur.
Ancaq təbii ki, bu evə aparmaq üçün aldığımız pul deyil,
çünki bunun faizini ödəməliyik.
Beləliklə, onu xərc kimi ortaya ataq.
Faiz xərcləri.
Əlbəttə ki, borcu olmayan bir şirkətin faiz xərcləri olmayacaq,
amma bu vəziyyətdə biz bunu edirik.
Və bu illik gəlir hesabatıdır.
Deyək ki, 5 milyon dollar borcumuz varsa və bunun
10%-ni ödəyiriksə, 5 milyon dolların 10%-i illik
500.000 dollardır. Beləliklə, əməliyyat mənfəətimizin
yarısını götürməli və banka qaytarmalıyıq.
İndi isə getməli olduğumuz yerə yaxınlaşırıq -
vergi öncəsi gəlirimizlə qarşı-qarşıya qalırıq.
Və çıxma prosesini həyata keçirsək, 500.000 dollar səviyyəsində oluruq.
Və bunun vergi öncəsi yazıldığını nəzərə alaraq
növbəti sətirin nə olacağını təxmin edə bilərsiniz.
Bu şirkət sahiblərinin hökümətə pul ödəmədən
əvvəl əldə etdikləridir.
Beləliklə, növbəti sətirin nə olduğunu təxmin edə bilərsiniz.
Bu vergilər olacaq.
Deyək ki, bu 30% vergi dərəcəsidir və siz burada
bu rəqəmin 30%-ni alacaqsınız.
Bu rəqəmin 30%-i oradadır.
Yəni 500.000 dolların 30%-i 150.000 dollardır.
Və artıq işimiz bitdi.
Nəhayət, ödəməli olduğumuz hər kəsə ödəniş etdik.
Beləliklə, biz burada 3 milyon dollarla işə başladıq.
Bir çox xərcləri ödəməyə davam etdik,
indi nə ilə üz-üzə qalırıq?
Bu 350.000 dollar xalis gəlirdir.
Və bu şirkət sahiblərinə gedir.
Bu xalis gəlir buradadır.
Beləliklə, balansımıza qayıtsaq, 10 milyon dollarlıq
aktivimiz, 5 milyon dollar borcumuz var idi.
Qalanın kapital olduğunu bilirik.
Ona görə də bunu canlı rənglə edim.
Kapital artıq qalandır.
Deyək ki, bunun hamısı kitab dəyəridir.
Beləliklə, 5 milyon dollarlıq kapitalımız var.
Və kitab dəyəri bizim mühasiblərimizin
pulu bizim ödədiyimizi bildirməklərinin
bəzəkli bir yoludur.
Kitablarımızda olanlar budur.
Və sonra amortizasiya və bu dəyərləri necə dəyişdirə
biləcəyimiz barədə danışacağıq, amma çox sadə bir yol odur ki,
odur ki, əgər çıxıb 10 milyon dollar dəyərində nəsə
alsanız, kitablarınıza yazacaqsınız ki,
10 milyon dollarlıq aktivim var.
5 milyon dollarlıq bir kredit götürsəydiniz, həqiqətən,
sahib olduqlarınızı, bunların hamısını satmaq istəsəniz,
5 milyon dollar kapital əldə edərdiniz.
Və bunun maraqlı bir şey olduğunu düşünürəm.
Aktivimizi geri qaytardıqdan sonra əməliyyat mənfəətinə baxdıq,
çünki bu banka və ya Sam dayıya və ya buna bənzər nəyəsə
ödəniş etmədən əvvəl şirkətimizin yaratdıqlarıdır.
Beləliklə, bu rəqəmi pay olaraq götürdük və
aktivlərin sayına böldük.
İndi başqa bir anlayışı izah edə bilərik və bu kapitalın qaytarılmasıdır.
Kapitalın qarşılığı olaraq pay əldə etdiyimiz xalis gəlirdir
və bu 350.000 dollardır.
Buradakı məxrəc isə öz kapitalımızın balans dəyəri,
yəni bu 5 milyon dollardır.
Bir, iki, üç.
Bir, iki, üç.
Gəlin, bəzi sıfırları ləğv edək.
Yəni, bu 35/500 kimidir.
35/500 7/100 ilə eynidir, beləliklə,
7% kapitalın qaytarılmasına bərabərdir.
Və bu maraqlıdır, çünki, bu niyə daha aşağıdır -
yaxşı, çox dərinliyə getmək istəmirəm,
çünki vaxt limitimi keçdiyimi başa düşürəm.
Ancaq bu nöqtədə ən azından widget satan
bir şirkətin əsas gəlir bəyannaməsini
yaxşı başa düşməlisiniz.
Və gələcəkdə biz bir çox fərqli şirkətlərə, maliyyə
şirkətlərinə, sığorta şirkətlərinə, təbii qaz boru kəməri
şirkətlərinə nəzər yetirəcəyik, hansı ki onlar tamamilə
fərqli gəlir bəyannamələrinə sahib olacaq, lakin bu sizə
işlərin necə həll olunması üçün ümumi şablon verir.
Və ən azından sizə gəlirlərin, ümumi mənfəətin, əməliyyat
mənfəətinin, vergi öncəsi gəlirin və xalis gəlirin, həqiqətən,
necə fərqli olduğunu hiss etdirəcəkdir.
Məşhur təzyiqdə bir çox dəfə.
Hər hansı bir şirkət bu qədər pul qazandığı üçün
onların hamısı qarışıqdır.
Hər halda, növbəti videoda görüşəcəyik.