Düşünürəm ki, indi, şirkətləri təhlil edərkən insanların çoxunun diqqət yetirdiyi nöqtə yəni, gəlir və xərc hesabatı haqqında öyrənmək vaxtıdır. Gəlir hesabatı bir şirkətə baxdığınız zaman diqqət yetirəcəyimiz üç maliyyə hesabatından biridir. Digər ikisindən biri isə balans hesabatıdır, hansı ki maliyyə böhranı və digər məsələlər haqqında etdiyim izahatlarda ondan bir neçə dəfə istifadə etmişəm. Bu videoda gəlir hesabatının balans hesabatı ilə necə əlaqələndiyinə baxacayıq. Əsas üç hesabatın sonuncusu da pul vəsaitləri hesabatıdır. Buna daha sonra diqqət edəcəyik, çünki bu gəlir hesabatına nisbətən biraz daha nüanslıdır. Gəlir hesabatı bir şirkətin müəyyən bir dövrdə nə qədər qazana biləcəyini bildirir və həmişə bir dövrə aiddir. Yəni, bu gəlir hesabatı illik ola bilər. Məsələn, 2008-ci il üçün ola bilər. Gəlir hesabatı rüblük də ola bilər. Əsasən, bu iki növ istifadə olunur. Lakin, bəzən aylıq və ya altı aylıq gəlir hesabatları da olur. Ümumi format olduqca uyğundur, Baxmayaraq ki bir biznesin nə etdiyindən asılı olaraq müxtəliflik çox olsa da, amma bu videoda elektronik cihaz satan bir şirkət üçün sadə bir gəlir hesabatını izah etmək istəyirəm. Beləliklə, bir cihaz satarkən ilk proses onu hazırlamaq və satmaqdır. Siz cihazı müştəriyə verirsiniz və onlar da sizə pul verir. Onların sizə verdikləri pul gəlir hesab olunur. Buna bəzən satış da deyirlər. Bu, sizə müəyyən bir müddətdə verdikləri puldur. Oradakı mühasiblərdən bəziləri deyir ki, bu, yalnız verdikləri pul deyil. Bu, müəyyən bir müddətdə qazandığınız puldur. Lakin, nümunəmizdə, cihazı satanda verdikləri pulu qazandınız və bu da şatış gəliridir. Daha sonra gəlir və satışları hesablamaq üçün müxtəlif yollardan bəhs edəcəyik. Deyək ki, verilmiş gəlir və ya satış 2008-ci il üçün bir gəlir hesabatındadır. Beləliklə, 2008-ci ildə 3 milyon dollar dəyərində cihaz satdıq. Yəni deyək ki, bu 3 milyon dollardır. Çox zaman şirkətlər üçün gəlir hesabatına nəzər yetirirsiniz. Əgər Yahoo!-da baxsanız, 3 milyon dollar əvəzinə orada 3000 dollar görəcəksiniz. Deyə bilərsiniz ki, bu şirkət, demək olar ki, heçnə satmır. Lakin, rəqəmləri minliklərdə yazmaq onlarda bir standartdır. Yəni, 3.000 dedikdə 3.000 min nəzərdə tutulur. Bu da 3 milyon edir. Böyük şirkətlərdə bəzən rəqəmlər milyonluqla yazılır. Yəni, burada 3000 görürsünüzsə, əslində o, 3 milyardır. Yaxın gələcəkdə biz real gəlir hesabatlarına nəzər yetirəcəyik. Beləliklə, bu, bizə verdikləri pul miqdarıdır. Lakin, əldə etdiyimiz gəlir bu deyil, çünki cihazın hazırlanmasının xərcini də hesablamalıyıq. Birinin sizə 3 milyon dollar verməsi, sizin 3 milyon dollar qazanmağınız demək deyil. Bu pulun hamısı gəlir deyil. Gəlir hesabatında ilk baxmalı olduğunuz ilk hissə, bu cihazların istehsal xərcləridir. Xərcləri çəhrayı ilə qeyd edək. Bu, bəzən satış dəyəri və ya satılan malların dəyəri kimi yazılacaqdır. Diqqət edilməli olan 2 nöqtə var. Burada dəyişkən bir xərc var, hansı ki hər bir cihaz üçün bir miqdar metal, bir miqdar enerji və boyalı bir cihazdırsa, bir miqdar boya sərf edilir. Malların xərcləri, yəni ki, alınan metal və boyanın və bu 3 milyon dollar dəyərindəki cihazları hazırlamaq üçün istifadə olunan elektrikin xərci, dəyişkən xərcdir. Bundan əlavə sabit xərcləriniz və ya nisbətən sabit xərcləriniz var. Burada yalnız fabrikin işlək qalması üçün neçə cihaz düzəltməyinizdən asılı olmayaraq hər il müəyyən qədər pul tələb olunur. Bu barədə daha da detallı danışacağıq, Amma, sadə olsun deyə, cihazların hazırlanmasının bütün xərclərinin 1 milyon dollar olduğunu düşünək. Bəzən kimsə buna sadəcə 1 milyon dollarlıq bir xərc deyə bilər. Mən bunların xərc olduğunu xatırlamaq üçün, rəqəmin qabağına mənfi qoyuram. Gəliri azaldan hər faktora mənfi, artıran faktorlara isə müsbət işarəsi qeyd edirəm. Amma, bunu etmək mütləq deyil. Bəzi insanlar buna 1 milyon dollarlıq müsbət bir xərc deyirlər, yəni bunu gəlirdən çıxırsınız. İstənilən halda, bunu anladığınızı düşünürəm. Xərclərinizi gəlirinizdən çıxsanız və ya bu iki rəqəmi toplasanız, ümumi gəlirinizi əldə edəcəksiniz. Hansı ki, bu nümunədə 2 milyon dollardır. Bu rəqəm, yalnız bu cihazların satışından nə qədər mənfəət əldə etdiyinizi bildirir. Beləliklə, nə qədər çox cihaz satsanız, əksər hallarda, bu rəqəm bir o qədər çox olacaqdır. Bu, vergilər və icraçı direktorun maaşı kimi bir şirkətin sahib olduğu bütün xərclərdən öncəki qazancınızdır. Əslində, icraçı direktorun maaşı bura daxil deyil. Çünki, icraçı direktor əksər hallarda, fabrikə getmir və cihazın hazırlanmasına kömək etmir. İcraçı direktorun maaşı, maliyyə direktorunun maaşı və ya qərargah, həmçinin marketinq xərcləri də burada nəzərə alınmır. İnsanlara cihazı reklam eləmək burada nəzərə alınmır. Bunlar, növbəti sırada qeyd edilir. Çox vaxt xərclər ayrı-ayrılıqda qeyd olunur. Marketinq və satış xərcləri buna nümunədir. Bundan əlavə, korporativ ofis, icraçı direktor, yeni işə alınan audit və mühasiblərin maaşları ümumi olaraq qeyd edilir. Bunları çəhayı ilə edəcəyəm, çünki bunların hamısı xərcdir. Marketinq, satış və bəzən G&A görəcəksiniz. Bəzən isə SG&A görəcəksiniz. G&A ümumi və inzibati xərcləri bildirir. Bəzən bunun əvəzinə SG&A görəcəksiniz, bu satış, ümumi və inzibati xərcləri bildirir. Satış xərcləri, satıcıların aldığı komissiyalar, ölkələr üzrə səyahətləri və yemək xərcləri ola bilər. Ümumi və inzibati xərclərə isə korporativ ofisin və həmçinin bu səviyyədə olan bütün insanların xərcləri aiddir. Bu hissələrə özümdən rəqəmlər yazacağam. Deyək ki, marketinq sahəsində şirkət 500.000 dollar xərcləyir. Mən bunu mənfi olaraq qeyd edirəm ki, xərc olduğunu xatırlayıram. Görəcəyiniz bəzi modellərdə, burada sadəcə 500.000 dollar xərc yazılacaq. Burada ümumi və inzibati xərclərdir. Lakin, atış xərclərini ayrıca qeyd etmək istəyirəm. Deyək ki, satış xərcləri 200.000 dollardır. ümumi və inzibati xərclər, korporativ ofislər və digərləri isə 300.000 dollardır. İndi isə bu işin əməliyyatlarından nə qədər pul qazandığını tapmağa hazırıq. Bu, əməliyyat gəlirləridir. Bu hissəyə diqqət yetirmək vacibdir, çünki çox adam deyir ki, bir şirkət bu qədər əldə etdi. Ümumi, əməliyyat, xalis və vergi öncəsi gəlirləri barədə eşidəcəksiniz. Bunların bir-birindən çox fərqli olduğunu başa düşmək çox çətindir, çünki hamısında "mənfəət" sözü var. Bütün bunların mənası nədir? Burada bunun çox fərqli mənaları ifadə etdiyini görürsünüz. İlk növbədə bunu hesablayaq, sonra isə əməliyyat və ümumi mənfəət arasındakı bütün fərqlər barədə danışarıq. Gəlin baxaq, 2 milyondan 1 milyon çıxmalıyıq. Düşünürəm ki, dolayı yolla beynim rəqəmləri çox gözəl uyğunlaşdırdı. Beləliklə, buradakı əməliyyat gəlirim 1 milyon dollar olur. Artıq mənfəət mövzusunda yeni bir nüansımız var. Sadəcə cihaz satışlarından 2 milyon dollar qazandım, ancaq o zaman şirkətin bütün xərclərini, yəni, marketinq, satış, ümumi və inzibati xərcləri çıxardığınız zaman, mənim yalnız 1 milyon dollarım qalır. Bu, şirkətin fəaliyyətindən, aktivlərindən, biznesindən və ya müəssisəsindən əldə etdiyiniz mənfəətdir. Onun əmələ gətirdiyi budur. Əvvəl, bir çox balans hesabatı tərtib etmişəm, və düşünürəm ki, başqa bir balans hesabatı hazırlamaq üçün yaxşı vaxtdır. Bir şirkətin bir sıra aktivləri var. Aktivlər və müəssisə dəyəri haqqında daha çox danışacağıq. Orada bir nüans var. Lakin, əsasən şirkətin özünə fokuslanacağıq. Müəssisəyə necə ödənildiyini və necə maliyyələşdirildiyini düşünməzdən əvvəl, sadəcə müəssisənin özü, aktivləri barədə düşünün. Aktivlər əməliyyat mənfəətini yaradırlar. Bu, gələcəkdə aktivlərin qaytarılması haqqında danışarkən, bunu anlamaq üçün çox vacibdir. Əslində, bu barədə indi danışa bilərik. Deyək ki, əgər bu aktivlər üçün 10 milyon dollar ödəmişiksə və bu aktivlər ildə 1 milyon, və ya bu ildə ən azı 1 milyon dollar gətirirsə, çox vaxt qısaca ROA deyilən aktivlərin gəlirliliyini 1 milyon dolları 10 milyon dollara nisbəti olaraq tapa bilərik. Bu halda, aktivlərin gəlirliliyi 10 faizdir. 10 milyon dollarlıq bir investisiya üçün ildə 1 milyon dollar qazanırıq. Hər il aktivlərimizin investisiyasının 10 faizini geri alırıq. Aktivlərin gəlirliliyi ağlınızda saxlamalı olduğunuz yaxşı anlayışdır. Bu anlayış, bir şirkətin əməliyyat mənfəəti və həqiqi aktivləri ilə çox sıx bağlıdır. Öyrəndiklərimizdən və xüsusən də, bəzi digər iqtisadiyyat videolarımı izləmisinizsə, bütün şirkətlərin eyni formada maliyyələşdirilmədiyini bilirsiniz. Onların bir çoxunun borcu ola bilər. Deyək ki, şirkətin 10 milyon dollarlıq aktivi var idi, amma, bunun üçün 5 milyon dollar borc ödədilər. Gəlin bu borcun faiz dərəcəsi - icazə verin, yaxşı bir rəqəm düşünüm - 5%-dir. Gəlin, bunu asanlaşdıraq. Gəlin, bunu 10% edək. Yəni bu əməliyyat mənfəətidir. Bu aktivlərin özündən çıxan puldur. Ancaq təbii ki, bu evə aparmaq üçün aldığımız pul deyil, çünki bunun faizini ödəməliyik. Beləliklə, onu xərc kimi ortaya ataq. Faiz xərcləri. Əlbəttə ki, borcu olmayan bir şirkətin faiz xərcləri olmayacaq, amma bu vəziyyətdə biz bunu edirik. Və bu illik gəlir hesabatıdır. Deyək ki, 5 milyon dollar borcumuz varsa və bunun 10%-ni ödəyiriksə, 5 milyon dolların 10%-i illik 500.000 dollardır. Beləliklə, əməliyyat mənfəətimizin yarısını götürməli və banka qaytarmalıyıq. İndi isə getməli olduğumuz yerə yaxınlaşırıq - vergi öncəsi gəlirimizlə qarşı-qarşıya qalırıq. Və çıxma prosesini həyata keçirsək, 500.000 dollar səviyyəsində oluruq. Və bunun vergi öncəsi yazıldığını nəzərə alaraq növbəti sətirin nə olacağını təxmin edə bilərsiniz. Bu şirkət sahiblərinin hökümətə pul ödəmədən əvvəl əldə etdikləridir. Beləliklə, növbəti sətirin nə olduğunu təxmin edə bilərsiniz. Bu vergilər olacaq. Deyək ki, bu 30% vergi dərəcəsidir və siz burada bu rəqəmin 30%-ni alacaqsınız. Bu rəqəmin 30%-i oradadır. Yəni 500.000 dolların 30%-i 150.000 dollardır. Və artıq işimiz bitdi. Nəhayət, ödəməli olduğumuz hər kəsə ödəniş etdik. Beləliklə, biz burada 3 milyon dollarla işə başladıq. Bir çox xərcləri ödəməyə davam etdik, indi nə ilə üz-üzə qalırıq? Bu 350.000 dollar xalis gəlirdir. Və bu şirkət sahiblərinə gedir. Bu xalis gəlir buradadır. Beləliklə, balansımıza qayıtsaq, 10 milyon dollarlıq aktivimiz, 5 milyon dollar borcumuz var idi. Qalanın kapital olduğunu bilirik. Ona görə də bunu canlı rənglə edim. Kapital artıq qalandır. Deyək ki, bunun hamısı kitab dəyəridir. Beləliklə, 5 milyon dollarlıq kapitalımız var. Və kitab dəyəri bizim mühasiblərimizin pulu bizim ödədiyimizi bildirməklərinin bəzəkli bir yoludur. Kitablarımızda olanlar budur. Və sonra amortizasiya və bu dəyərləri necə dəyişdirə biləcəyimiz barədə danışacağıq, amma çox sadə bir yol odur ki, odur ki, əgər çıxıb 10 milyon dollar dəyərində nəsə alsanız, kitablarınıza yazacaqsınız ki, 10 milyon dollarlıq aktivim var. 5 milyon dollarlıq bir kredit götürsəydiniz, həqiqətən, sahib olduqlarınızı, bunların hamısını satmaq istəsəniz, 5 milyon dollar kapital əldə edərdiniz. Və bunun maraqlı bir şey olduğunu düşünürəm. Aktivimizi geri qaytardıqdan sonra əməliyyat mənfəətinə baxdıq, çünki bu banka və ya Sam dayıya və ya buna bənzər nəyəsə ödəniş etmədən əvvəl şirkətimizin yaratdıqlarıdır. Beləliklə, bu rəqəmi pay olaraq götürdük və aktivlərin sayına böldük. İndi başqa bir anlayışı izah edə bilərik və bu kapitalın qaytarılmasıdır. Kapitalın qarşılığı olaraq pay əldə etdiyimiz xalis gəlirdir və bu 350.000 dollardır. Buradakı məxrəc isə öz kapitalımızın balans dəyəri, yəni bu 5 milyon dollardır. Bir, iki, üç. Bir, iki, üç. Gəlin, bəzi sıfırları ləğv edək. Yəni, bu 35/500 kimidir. 35/500 7/100 ilə eynidir, beləliklə, 7% kapitalın qaytarılmasına bərabərdir. Və bu maraqlıdır, çünki, bu niyə daha aşağıdır - yaxşı, çox dərinliyə getmək istəmirəm, çünki vaxt limitimi keçdiyimi başa düşürəm. Ancaq bu nöqtədə ən azından widget satan bir şirkətin əsas gəlir bəyannaməsini yaxşı başa düşməlisiniz. Və gələcəkdə biz bir çox fərqli şirkətlərə, maliyyə şirkətlərinə, sığorta şirkətlərinə, təbii qaz boru kəməri şirkətlərinə nəzər yetirəcəyik, hansı ki onlar tamamilə fərqli gəlir bəyannamələrinə sahib olacaq, lakin bu sizə işlərin necə həll olunması üçün ümumi şablon verir. Və ən azından sizə gəlirlərin, ümumi mənfəətin, əməliyyat mənfəətinin, vergi öncəsi gəlirin və xalis gəlirin, həqiqətən, necə fərqli olduğunu hiss etdirəcəkdir. Məşhur təzyiqdə bir çox dəfə. Hər hansı bir şirkət bu qədər pul qazandığı üçün onların hamısı qarışıqdır. Hər halda, növbəti videoda görüşəcəyik.