Düşünürəm ki, indi şirkətləri təhlil
edərkən insanların çoxunun
diqqət yetirdiyi məqam, yəni gəlir və xərc
hesabatı haqqında öyrənmək vaxtıdır.
Gəlir hesabatı bir şirkətə baxdığınız
zaman
diqqət yetirəcəyimiz üç maliyyə
hesabatından biridir.
Digər ikisindən biri isə balans
hesabatıdır,
hansı ki maliyyə böhranı və digər
məsələlər haqqında etdiyim izahatlarda
ondan bir neçə dəfə istifadə etmişəm.
Bu videoda gəlir hesabatının
balans hesabatı ilə necə əlaqələndiyinə
baxacağıq.
Əsas üç hesabatın sonuncusu da
pul vəsaitləri hesabatıdır.
Buna daha sonra diqqət edəcəyik,
çünki bu, gəlir hesabatına nisbətən
biraz daha nüanslıdır.
Gəlir hesabatı
bir şirkətin müəyyən bir dövrdə nə qədər
qazana biləcəyini
bildirir və həmişə bir dövrə aiddir.
Yəni bu gəlir hesabatı illik ola bilər.
Məsələn, 2008-ci il üçün ola bilər.
Gəlir hesabatı rüblük də ola bilər.
Əsasən, bu, iki növ istifadə olunur.
Lakin bəzən aylıq və ya altı aylıq gəlir
hesabatları da olur.
Ümumi format olduqca uyğundur,
baxmayaraq ki bir biznesin nə etdiyindən
asılı olaraq
müxtəliflik çox olsa da, bu videoda
elektronik cihaz satan bir şirkət üçün
sadə bir gəlir hesabatını izah etmək
istəyirəm.
Beləliklə, bir cihaz satarkən ilk proses
onu hazırlamaq və satmaqdır.
Siz cihazı
müştəriyə verirsiniz və onlar da sizə
pul verir.
Onların sizə
verdikləri pul
gəlir hesab olunur.
Buna bəzən satış da deyirlər.
Bu, sizə
müəyyən bir müddətdə verdikləri puldur.
Oradakı mühasiblərdən bəziləri deyir ki,
bu, yalnız verdikləri pul deyil.
Bu, müəyyən bir müddətdə qazandığınız
puldur.
Lakin nümunəmizdə,
cihazı satanda verdikləri pulu qazandınız
və bu da şatış gəliridir.
Daha sonra gəlir və satışları hesablamaq
üçün
müxtəlif yollardan bəhs edəcəyik.
Deyək ki, verilmiş
gəlir və ya satış
2008-ci il üçün bir gəlir hesabatındadır.
Beləliklə, 2008-ci ildə 3 milyon
dollar dəyərində cihaz satdıq.
Yəni deyək ki, bu, 3 milyon dollardır.
Çox zaman şirkətlər üçün gəlir hesabatına
nəzər yetirirsiniz. Əgər Yahoo!-da
baxsanız, 3 milyon
dollar əvəzinə orada 3000 dollar
görəcəksiniz.
Deyə bilərsiniz ki,
bu şirkət, demək olar ki, heç nə satmır.
Lakin rəqəmləri minliklərdə yazmaq
onlarda
bir standartdır.
Yəni 3000 dedikdə 3000 minlik nəzərdə
tutulur.
Bu da 3 milyon edir.
Böyük şirkətlərdə
bəzən rəqəmlər milyonluqla yazılır.
Yəni burada 3000 görürsünüzsə, əslində,
o, 3 milyarddır.
Yaxın gələcəkdə biz
real gəlir hesabatlarına nəzər
yetirəcəyik.
Beləliklə, bu, bizə verdikləri pul
miqdarıdır.
Lakin, əldə etdiyimiz gəlir bu deyil,
çünki cihazın hazırlanmasının
xərcini də hesablamalıyıq.
Birinin sizə 3 milyon dollar verməsi,
sizin
3 milyon dollar qazanmağınız demək deyil.
Bu pulun
hamısı
gəlir deyil.
Gəlir hesabatında ilk baxmalı
olduğunuz hissə,
bu cihazların istehsal xərcləridir.
Xərcləri çəhrayı ilə qeyd edək.
Bu, bəzən satış dəyəri və ya satılan
malların
dəyəri kimi yazılacaqdır.
Diqqət edilməli olan 2 nöqtə var.
Burada dəyişkən bir xərc var, hansı ki
hər bir cihaz üçün bir miqdar metal,
bir miqdar enerji və boyalı bir
cihazdırsa,
bir miqdar boya sərf edilir.
Malların xərcləri, yəni ki,
alınan metal və boyanın və bu
3 milyon dollar dəyərindəki cihazları
hazırlamaq üçün istifadə olunan
elektrikin xərci,
dəyişkən xərcdir. Bundan əlavə
sabit xərcləriniz və ya nisbətən sabit
xərcləriniz var. Burada yalnız
fabrikin işlək qalması üçün neçə cihaz
düzəltməyinizdən asılı olmayaraq
hər il müəyyən qədər pul tələb olunur.
Bu barədə daha da ətraflı danışacağıq,
Amma sadə olsun deyə, cihazların
hazırlanmasının bütün xərclərinin
1 milyon dollar olduğunu düşünək.
Bəzən kimsə buna sadəcə 1 milyon
dollarlıq bir xərc
deyə bilər. Mən bunların xərc olduğunu
xatırlamaq üçün,
rəqəmin qabağına mənfi qoyuram. Gəliri
azaldan hər faktora
mənfi, artıran faktorlara isə
müsbət işarəsi qeyd edirəm.
Amma bunu etmək mütləq deyil.
Bəzi insanlar buna 1 milyon dollarlıq
müsbət bir xərc deyirlər,
yəni bunu gəlirdən çıxırsınız.
İstənilən halda, bunu anladığınızı
düşünürəm.
Xərclərinizi gəlirinizdən çıxsanız
və ya bu iki rəqəmi toplasanız,
ümumi gəlirinizi əldə edəcəksiniz.
Hansı ki, bu nümunədə 2 milyon dollardır.
Bu rəqəm,
yalnız bu cihazların satışından
nə qədər mənfəət əldə etdiyinizi bildirir.
Beləliklə, nə qədər çox cihaz satsanız,
əksər hallarda,
bu rəqəm bir o qədər çox olacaqdır.
Bu, vergilər və icraçı direktorun maaşı
kimi
bir şirkətin sahib olduğu bütün
xərclərdən öncəki qazancınızdır.
Əslində, icraçı direktorun maaşı bura
daxil deyil.
Çünki icraçı direktor əksər hallarda,
fabrikə getmir
və cihazın hazırlanmasına kömək etmir.
İcraçı direktorun maaşı, maliyyə
direktorunun maaşı
və ya qərargah,
həmçinin marketinq xərcləri də
burada nəzərə alınmır.
İnsanlara cihazı reklam eləmək
burada nəzərə alınmır.
Bunlar növbəti sırada qeyd edilir.
Çox vaxt xərclər ayrı-ayrılıqda
qeyd olunur.
Marketinq və satış xərcləri buna
nümunədir.
Bundan əlavə, korporativ ofis,
icraçı direktor, yeni işə alınan
audit və mühasiblərin maaşları
ümumi olaraq qeyd edilir.
Bunları çəhrayı ilə edəcəyəm,
çünki bunların hamısı xərcdir.
Marketinq, satış və bəzən G&A
görəcəksiniz.
Bəzən isə SG&A görəcəksiniz.
G&A ümumi və inzibati xərcləri bildirir.
Bəzən bunun əvəzinə SG&A görəcəksiniz,
bu satış, ümumi və inzibati
xərcləri bildirir.
Satış xərcləri, satıcıların aldığı
komissiyalar,
ölkələr üzrə səyahətləri
və yemək xərcləri ola bilər.
Ümumi və inzibati xərclərə isə
korporativ ofisin və həmçinin
bu səviyyədə olan bütün insanların
xərcləri aiddir.
Bu hissələrə özümdən
rəqəmlər yazacağam.
Deyək ki, marketinq sahəsində şirkət
500 000 dollar xərcləyir.
Mən bunu mənfi olaraq qeyd edirəm ki,
xərc olduğunu xatırlayım.
Görəcəyiniz bəzi modellərdə - burada
sadəcə 500 000 dollar xərc yazılacaq.
Burada ümumi və inzibati xərclərdir.
Lakin satış xərclərini ayrıca qeyd etmək
istəyirəm.
Deyək ki, satış xərcləri 200 000
dollardır.
Ümumi və inzibati xərclər, korporativ
ofislər və digərləri
isə 300 000 dollardır.
İndi isə bu işin əməliyyatlarından
nə qədər
pul qazandığını tapmağa hazırıq.
Bu, əməliyyat gəlirləridir.
Bu hissəyə diqqət yetirmək vacibdir,
çünki çox adam deyir ki, bir şirkət
bu qədər əldə etdi.
Ümumi, əməliyyat,
xalis və vergi öncəsi gəlirlər
barədə eşidəcəksiniz.
Bunların bir-birindən çox fərqli olduğunu
başa düşmək çox çətindir,
çünki hamısında "mənfəət" sözü var.
Bütün bunların mənası nədir?
Burada bunun çox fərqli mənaları ifadə
etdiyini görürsünüz.
İlk növbədə bunu hesablayaq, sonra isə
əməliyyat və ümumi mənfəət arasındakı
bütün fərqlər
barədə danışarıq.
Gəlin baxaq, 2 milyondan 1 milyon
çıxmalıyıq.
Düşünürəm ki, dolayı yolla beynim
rəqəmləri çox gözəl uyğunlaşdırdı.
Beləliklə, buradakı əməliyyat gəlirim
1 milyon dollar olur.
Artıq mənfəət mövzusunda yeni bir
nüansımız var.
Sadəcə cihaz satışlarından 2 milyon
dollar qazandım,
ancaq o zaman şirkətin bütün xərclərini,
yəni
marketinq, satış, ümumi və inzibati
xərcləri
çıxardığınız zaman, mənim yalnız
1 milyon dollarım qalır.
Bu, şirkətin fəaliyyətindən,
aktivlərindən, biznesindən və ya
müəssisəsindən əldə etdiyiniz mənfəətdir.
Onun əmələ gətirdiyi budur.
Əvvəl, bir çox balans hesabatı tərtib
etmişəm
və düşünürəm ki, başqa bir balans
hesabatı hazırlamaq üçün yaxşı vaxtdır.
Bir şirkətin bir sıra aktivləri var.
Aktivlər və müəssisə dəyəri haqqında daha
çox danışacağıq. Orada bir nüans var.
Lakin əsasən şirkətin özünə
fokuslanacağıq.
Müəssisəyə necə ödənildiyini və necə
maliyyələşdirildiyini
düşünməzdən əvvəl, sadəcə
müəssisənin özü, aktivləri
barədə düşünün.
Aktivlər
əməliyyat mənfəətini yaradırlar. Bu,
gələcəkdə aktivlərin qaytarılması
haqqında danışarkən,
bunu anlamaq üçün çox vacibdir.
Əslində, bu barədə indi danışa bilərik.
Deyək ki, əgər bu aktivlər üçün
10 milyon dollar ödəmişiksə və bu aktivlər
ildə 1 milyon və ya bu ildə
ən azı 1 milyon dollar gətirirsə --
çox vaxt qısaca
ROA deyilən
aktivlərin gəlirliliyini
1 milyon dolları
10 milyon dollara nisbəti olaraq tapa
bilərik.
Bu halda, aktivlərin gəlirliliyi 10
faizdir.
10 milyon dollarlıq bir investisiya üçün
ildə 1 milyon dollar qazanırıq.
Hər il aktivlərimizin investisiyasının
10 faizini geri alırıq.
Aktivlərin gəlirliliyi ağlınızda saxlamalı
olduğunuz yaxşı anlayışdır. Bu anlayış,
bir şirkətin
əməliyyat mənfəəti və həqiqi aktivləri
ilə çox sıx bağlıdır.
Öyrəndiklərimizdən və xüsusən də,
bəzi digər
iqtisadiyyat videolarımı izləmisinizsə,
bütün şirkətlərin
eyni formada maliyyələşdirilmədiyini
bilirsiniz.
Onların bir çoxunun borcu ola bilər.
Deyək ki, şirkətin 10 milyon dollarlıq
aktivi var idi, amma
bunun üçün 5 milyon dollar borc ödədilər.
Deyək ki, bu borcun faiz dərəcəsi
5%-dir.
Gəlin daha rahat olması üçün,
bunu 10% edək.
Bu, əməliyyat gəliridir.
Bu, aktivlərin özündən gələn puldur.
Lakin bu, evə aparacağımız pul deyil,
çünki bunun faizini ödəməliyik.
Bu halda, bunu faiz xərci
kimi qeyd edəcəyik.
Aydın məsələdir ki, borcu olmayan bir
şirkətin faiz xərcləri olmayacaq,
amma bizim nümunədə borc var.
Bu, illik gəlir hesabatıdır.
Deyək ki, 5 milyon dollar borcumuz
varsa və bunu
10% ilə ödəyiriksə, bu, illik
500 000 dollar edir. Beləliklə,
əməliyyat mənfəətimizin
yarısını banka qaytarmalıyıq.
İndi isə vergi öncəsi
gəlir barədə danışacağıq.
Çıxma prosesini həyata keçirsək,
500 000 dollarımız qalır.
Bunun vergi öncəsi olduğunu nəzərə alaraq
növbəti sətirin nə olacağını təxmin
edə bilərsiniz.
Bu şirkət sahiblərinin hökumətə pul
ödəmədən
əvvəl əldə etdikləridir.
Təxmin edə biləcəyiniz kimi, növbəti sətir
vergilər olacaq.
Deyək ki, vergi dərəcəsi 30%-dir.
Siz burada
bu rəqəmdən 30%-ni çıxacaqsınız.
Bu rəqəmin 30%-i,
yəni 500 000 dolların 30%-i
150 000 dollardır.
Artıq işimiz bitdi.
Nəhayət, ödəməli olduğumuz
hər kəsə ödəniş etdik.
Beləliklə, burada 3 milyon dollarla
işə başladıq.
Bir çox xərcləri ödəməyə davam etdik.
Bəs indi nə qədər pulumuz qaldı?
Xalis gəlirimiz 350 000 dollardır.
Bu, şirkət sahiblərinə gedən puldur.
Bu, xalis gəlirdir.
Balans hesabatımıza qayıdaq,
10 milyon dollarlıq
aktivimiz, 5 milyon dollar borcumuz
var idi.
Qalığın kapital olduğunu bilirik.
Gəlin bunu canlı rənglə edək.
Kapital qalıqdır.
Deyək ki, bunun hamısı balans
dəyərindədir.
5 milyon dollarlıq kapitalımız var.
Balans dəyəri dedikdə, bu,
mühasiblərimizin
ödənişlərimizi bildirməklərinin
başqa bir yoludur.
Hesabatımızda olanlar budur.
Amortizasiya və köhnəlmə barədə
və bu dəyərləri necə dəyişdirə
biləcəyimiz barədə daha sonra
danışacağıq. Sadə dildə desək,
əgər çıxıb 10 milyon dollar dəyərində
əşya
alsanız, bunu hesabatınıza
10 milyon dollarlıq aktiv kimi qeyd
edəcəksiniz.
5 milyon dollarlıq bir kredit
götürsə idiniz və ya
sahib olduqlarınızın hamısını satmaq
istəsə idiniz ,
5 milyon dollar kapital əldə edərdiniz.
Düşünürəm ki, bu, maraqlı mövzudur.
Aktiv gəlirliliyindən istifadə etdikdən
sonra əməliyyat mənfəətinə baxdıq,
çünki bu, banka və ya başqa birinə
ödəniş etmədən əvvəl şirkətimizin
yaratdıqlarıdır.
Bu rəqəmi bölünən olaraq götürdük və
aktivlərin dəyərinə böldük.
İndi isə kapital gəlirliliyi anlayışını
izah edə bilərik.
Kapital gəlirliliyini, bölünəni xalis
gəlir, yəni
350 000 dollar,
məxrəci isə kapitalımızın balans dəyəri,
5 milyon dollar götürərək tapırıq.
Buradakı
sıfırları
ixtisar edək.
Yəni bu, 35/500-dir.
35/500 7/100 ilə eynidir, beləliklə,
kapital gəlirliliyi 7%-dir.
Bu barədə
çox dərinə getmək istəmirəm,
çünki vaxt limitimi keçdiyimi görürəm.
Lakin bu nöqtədə ən azından cihaz satan
bir şirkətin əsas gəlir hesabatını
yaxşı başa düşdüyünüzə inanıram.
Gələcəkdə bir çox fərqli şirkətlərə, yəni
maliyyə
şirkətlərinə, sığorta şirkətlərinə,
təbii qaz boru kəməri
şirkətlərinə nəzər yetirəcəyik, hansı ki
onlar tamamilə
fərqli gəlir hesabatına sahib olacaq.
Lakin bu, sizin
üçün ümumi izah şablonudur.
Ən azından gəlirlərin, ümumi
gəlirin, əməliyyat
gəlirinin, vergi öncəsi gəlirin və
xalis gəlirin
necə fərqli olduğunu görəcəksiniz.
Mediada
hər hansı bir şirkət bu qədər pul
qazandığı barədə
qarışıq məlumatlar qeyd olunur.
Növbəti videoda görüşənədək, sağ olun.